Cümə axşamı günü, 22 oktyabr 2026
     

Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

Image


Rusiya və ABŞ arasında münasibətlərin mövcud vəziyyəti dünyada xüsusi diqqətlə izlənilir. Məsələyə növbəti dəfə nəzər salan “The Telegraph” qəzeti bir sıra maraqlı nüanslara diqqət çəkərək yazır:

“Bu günlərdə ABŞ prezidenti Donald Tramp Rusiyaya xəbərdarlıq edib ki, Ukrayna ərazisinə hücumları davam etdirməklə odla oynayır. Tramp verdiyi açıqlamada deyib: “Putin anlamır ki, əgər mən olmasaydım, Rusiya ilə bağlı artıq çox pis şeylər baş vermişdi. Mən çox pis deyəndə, həqiqətən çox pis şeyləri nəzərdə tuturam. O, odla oynayır”.

“The Telegraph” qəzeti yazır ki, bu sözlər o vaxt hansısa məna kəsb edəcək ki, Ağ Ev Kremlə qarşı daha sərt addımlar atacaq: “Trampın münaqişənin nizamlanması ilə bağlı əsas problemlərindən biri onun Vladimir Putinə münasibətinin qeyri-sabitliyidir. O, müxtəlif vaxtlarda Rusiya prezidentini “ağıllı” və ya “tamamilə dəli” adlandıraraq, müharibəni diplomatik yolla bitirmək cəhdinə inamının azaldığını göstərir. Onun “Ağ Evə qayıtdıqdan sonra 24 saat ərzində müharibəni dayandıracağıq” kimi yüksək səsli bəyanatlarına baxmayaraq, Tramp və komandasının faktiki hərəkətləri çox vaxt Ukraynanı ağrılı ərazi güzəştlərinə məcbur etmək cəhdi kimi görünür. Məhz bu siyasət NATO müttəfiqləri və Kiyevin özü tərəfindən kəskin tənqid olunur. Amma deyəsən, hətta Tramp da oyanıb və anlayır ki, Putin sülhə can atmır. O, Rusiya lideri ilə son telefon danışığından sonra müəyyən irəliləyiş olduğunu elan etdi, lakin administrasiyanın analitikləri əks nəticəyə gəliblər: Moskva cəbhə xəttində üstünlük əldə etmək üçün zaman udur. Bunu son hadisələr də təsdiqləyir. Rusiya tammiqyaslı işğalın əvvəlindən Ukraynada ən böyük hava zərbələrindən birini həyata keçirib və Sumı vilayətində bufer zonası yaratmağa çalışır. Rusiyanın təzyiqləri ABŞ-nin açıq-aşkar qətiyyətsizliyi fonunda baş verir. Tramp etiraf edir ki, Putin onu aldadıb və yalnız Moskvaya artan təzyiqlər, məsələn, Rusiya neftinin alınmasına görə Hindistan və ya Çinə qarşı ikinci dərəcəli sanksiyalar, eləcə də Ukraynaya hərbi yardım vəziyyəti dəyişə bilər. Vaşinqton Kiyevi uzaqmənzilli raketlər və müasir hava hücumundan müdafiə vasitələri ilə təmin etmək imkanlarını müzakirə edir ki, bu da onun müdafiəsini gücləndirməklə yanaşı, Kremlə aydın siqnal göndərəcək: “qələbə” olmayacaq. Putin Trampın zəif cəhətlərindən istifadə edə bilsə də, ABŞ-nin hazırkı prezidentinin vəziyyəti dəyişmək şansı hələ də var. Ancaq bu, yalnız o dərhal və qətiyyətlə hərəkət edəcəyi təqdirdə mümkündür”. O da vurğulanır ki, Tramp Putinə simpatiyası olan bir fiqurdan Rusiyanın təhlükəli və qeyri-sabit rejimini anlayan sərt tənqidçiyə çevrilməkdədir. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bu yanaşmaya artıq münasibət bildirib: “Əslində, həqiqətən pis şey Üçüncü Dünya müharibəsidir. ABŞ prezidenti bunu başa düşməlidir”. Putinin mətbuat katibi Dmitri Peskov Trampın BBC telekanalına müsahibəsi zamanı “Putin lap ağlını itirib” söyləməsinə Kremlin münasibətini bildirib. Peskov bunu emosional yüklənmənin nəticəsi olduğunu söyləyib və Rusiya ilə Ukrayna arasında danışıqların başlanmasına görə Amerika liderinə təşəkkürünü bildirib: “Bu, çox məsuliyyətli məqamdır. Əlbəttə ki, emosional yüklənmə və emosional reaksiyalarla bağlıdır. Biz bütün reaksiyaları diqqətlə izləyirik. Putin ölkəmizin təhlükəsizliyinin təmin olunması üçün qərarlar qəbul edir”.

Onu da qeyd edək ki, indiyədək Rusiya Ukraynaya qarşı apardığı müharibədə atəşkəslə bağlı Qərbin çağırışlarına müqavimət göstərib. Eyni zamanda, Donald Tramp da Kiyev və Avropa ölkələrinin Moskvaya qarşı əlavə sanksiyalar tətbiq olunması ilə bağlı çağırışlarına cavab verməyib. Tramp vaxtın çatdığını hiss etdiyi halda Rusiyaya qarşı dağıdıcı tədbirlər görəcəyi ilə hədələyib. Lakin o, dəfələrlə həmin vaxtın hələ yetişmədiyini bildirib və yeni sanksiyaların tətbiqinin sülhə nail olmaq səylərini poza, prezident Vladimir Putinin mövqeyini sərtləşdirə biləcəyindən narahat olduğunu ifadə edib. Tramp Ağ Evdə jurnalistlərin ondan Moskvaya qarşı yeni sanksiyalara nə mane olması ilə bağlı sualını cavablandırarkən bildirib: “Bunu edərək prosesi pisləşdirmək istəmirəm. Belə tədbirləri nə vaxt və necə istifadə etməyi bilməlisiniz”. Əgər o zaman yetişərsə, ABŞ-nin Rusiyaya qarşı yeni tədbirləri necə görünə bilər? Vaşinqtonda yerləşən Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin sanksiyalar üzrə eksperti Reyçel Ziemba bildirib: “Onlar qəbul edə biləcəkləri siyasətlərlə bağlı çox danışılıb, lakin bu mərhələdə hansı planın tətbiq olunacağı hələ dəqiq deyil”. Növbəti genişmiqyaslı sanksiyalar Moskva üçün çox əlverişsiz bir zamanda gələ bilər. Hazırda Rusiya iqtisadiyyatı neft qiymətlərinin düşməsi və son dərəcə yüksək faiz dərəcələrinin iqtisadi fəallığa ciddi təsiri fonunda kəskin şəkildə yavaşlayır. Londonda yerləşən “Capital Economics” konsaltinq şirkəti bu ayın əvvəlində xəbərdarlıq edib ki, Rusiyanın iqtisadiyyatı “çətin eniş” –ağır bir tənəzzül istiqamətində irəliləyə bilər. Tramp, hələlik, mümkün tədbirlər barədə ətraflı açıqlama verməyib. Hazırda, ən azı bu mərhələdə ABŞ-ın Rusiya ilə bağlı mümkün yeni cəzalandırıcı addımları ilə bağlı qərarların mərkəzində əsas diqqət senator Lindsi Qrem və Riçard Blumentalın rəhbərlik etdiyi qanun layihəsinə yönəlib. “2025-ci il Rusiyaya Sanksiyalar Aktı” layihə Moskvanın Ukraynaya qarşı apardığı müharibəni dəstəkləyən banklar və digər qurumlara qarşı birinci dərəcəli sanksiyalar tətbiq etməyi nəzərdə tutur. Eyni zamanda, bu qanun layihəsi ikinci dərəcəli sanksiyalar vasitəsilə həmin qurumlarla əməkdaşlıq edən digər ölkələrə, şirkətlərə və şəxslərə də cəzalar tətbiq etməyi hədəfləyir. Qanun layihəsinin mətninə görə, əlavə olaraq, “Rusiya Federasiyasından gələn neft, uran, təbii qaz, neft məhsulları və ya neft-kimya məhsullarını bilə-bilə satan, təmin edən, transfer edən və ya alan” hər hansı ölkədən idxala ən azı 500 faiz rüsum tətbiq olunacaq. Çin, Hindistan və Türkiyə Rusiyanın enerji ixracatının ən böyük alıcıları arasındadır. Senatorlar bildirib ki, qanun layihəsinin məqsədi “kölgə donanması”ndan ucuz Rusiya nefti alaraq Putinin müharibə maşınına dəstək verən Çini məsuliyyətə cəlb etməkdir. “Kölgə donanması” Moskvanın ən gəlirli məhsulu olan neftə qarşı Qərb sanksiyalarından yayınmaq üçün istifadə etdiyi, mülkiyyəti hüququ qeyri-müəyyən və çox vaxt köhnə olan yüzlərlə gəmidən ibarətdir. Neft ixracatı Rusiyanın federal büdcə gəlirlərinin təxminən üçdə birini təşkil edir. Sanksiyalar üzrə ekspert Ziemba bildirib ki, Rusiyanın banklarına tətbiq olunacaq ilkin və ikinci dərəcəli sanksiyalar ölkə iqtisadiyyatına zərbə vurmaq baxımından mühüm addım olacaq. Birinci dərəcəli sanksiyalar ABŞ qurumlarına Rusiya bankları ilə əməliyyat aparmağı qadağan edir, ikinci dərəcəli sanksiyalar isə Rusiya bankları ilə iş görən xarici maliyyə institutlarını ABŞ dolları və maliyyə sistemindən kənarlaşdıraraq onları cəzalandırmağı nəzərdə tutur. Çinin maliyyə institutları hələ də Rusiya bankları ilə əməkdaşlıq edən xarici şirkətlər arasındadır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ