Cümə günü, 23 oktyabr 2026
     

ABŞ-la Avropa İttifaqının yeni ticarət müharibəsi başlanır - prosesin Azərbaycana da dəxli var...

Image


ABŞ Avropa İttifaqı (Aİ) ilə ticarət sazişi bağlamağa ümid etmir, iyunun 1-dən oradan idxala 50 faizlik rüsum qoyulması qərara alınıb. Bunu - Amerika prezidenti Donald Tramp jurnalistlərə bildirib. Ağ Ev rəhbərinin fikrini dəyişməsi üçün Aİ ölkələrinin nə edə biləcəyini soruşduqda o, “bilmirəm” cavabını verib: “Razılaşma imkanını nəzərdən keçirmirəm... Aİ ölkələri ABŞ-la düzgün rəftar etməyiblər. Bizdən faydalanmaq üçün birləşiblər”.

Tramp, istehsalı Birləşmiş Ştatlara köçürsələr, Avropa şirkətləri üçün rüsumların olmayacağını vurğulayıb və zavodlar inşa olunduğu müddətcə tariflərin təxirə salınacağını ehtimal edib. Bundan əvvəl Amerika prezidenti Brüssellə danışıqların heç bir nəticə vermədiyini bildirərək iyunun 1-dən Aİ-dən gələn mallara 50 faizlik rüsumların tətbiqini tövsiyə etmişdi. Trampın sözlərinə görə, Aİ son dərəcə çətin tərəfdaş çıxıb, onun hərəkətləri isə – ticarət baryerləri, vergilər, valyuta manipulyasiyası, Amerika şirkətlərinə qarşı məhkəmə iddiaları və sair – 250 milyard dollardan çox ticarət kəsirinə gətirib çıxarıb. Xatırladaq ki, bu il aprelin 2-də Tramp bir sıra ölkələr üçün 10-50 faiz arasında “güzgü” rüsumlarını açıqlayıb. Aİ üçün tarif 20 faiz idi. Brüssel cavab tədbirlərini - brilyant, diş ipi, kolbasa, qoz-fındıq və soya da daxil olmaqla bir sıra Amerika mallarına 25 faizlik rüsum tətbiq etməyi nəzərdən keçirirdi. Ancaq aprelin 9-da ABŞ prezidenti “güzgü” rüsumlarının tətbiqinə 90 günlük fasilə elan edib. Brüssel də danışıqlara şans vermək üçün əks tədbirlərin tətbiqini təxirə salıb. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen o zaman xəbərdarlıq etmişdi ki, danışıqlar uğursuz olarsa, əks tədbirlər qüvvəyə minəcək. O, sıfır tarif siyasətini təklif edib, lakin Tramp bunu qeyri-kafi sayaraq rədd edib. Bu günlərdə “The Financial Times” yazırdı ki, Aİ və ABŞ tarif danışıqları çərçivəsində ilk dəfə sənəd mübadiləsi aparıblar. Aİ-nin ticarət komissarı Maroş Şefçoviç vurğulayıb ki, birlik böyük həcmdə Amerika qazı, silahı və kənd təsərrüfatı məhsulu almaqla ABŞ ilə ticarət kəsirini azaltmaq istəyir. Bununla belə, Brüssel Vaşinqtonun ƏDV-nin ləğvi və ya rəqəmsal texnologiyalar sektorunda tənzimləməni və vergiləri yumşaltmaq tələblərini qəbul etməyə hazır deyil. Bu arada hesablamalar göstərri ki, ABŞ ilə tarif müharibəsi 2025-2028-ci illər ərzində Almaniyaya 290 milyard avroya (illik ÜDM-in 1,6 faizi) başa gələcək. Bütün Avropa İttifaqı üçün xərclər isə 1,1 trilyon avro təşkil edəcək. Bu rəqəmləri Amerika Prezidenti Donald Trampın gömrük siyasətinin nəticələrini təhlil edən Almaniya İqtisadiyyat İnstitutu verib. O qeyd edir ki, inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan bazar iqtisadiyyatları Trampın tarif siyasətindən daha çox əziyyət çəkəcək, bəziləri isə artım nisbətlərində dramatik itkilərə məruz qalacaq.

Bütün bunlar hələ də dünya iqtisadiyyatında artıq gərgin bir dövr yaşandığını göstərir. Hazırda həm Aİ, həm də ABŞ iqtisadiyyatında narahatlıqlar artır və bu gərginliyin qlobal təsirləri barədə ciddi narahatlıqlar var. Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas qeyd edir ki, ABŞ Aİ-yə qarşı ticarət müharibəsini kəskinləşdirəcəyi təqdirdə, bunun yeganə qalibi Çin olacaq: “Aramızda ticarət müharibəsi başlasa, bundan ən çox qazanan yeganə ölkə Çin olacaq”. Onun sözlərinə görə, nə Avropa İttifaqı, nə də Birləşmiş Ştatlar ticarət müharibəsində maraqlı deyil. Bir müddət öncə “The Washington Post” qəzeti Donald Trampın tətbiq etməyı hazırlaşdığı rüsumların Avropa İttifaqı ölkələrinə ciddi iqtisadi ziyan vuracağını və Brüsselin Vaşinqtonla münasibətlərini korlayacağını yazıb. Eyni zamanda, Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard hesab edir ki, Avropa liderləri rüsumlarla bağlı Donald Trampın rəhbərlik etdiyi administrasiya ilə əməkdaşlığa başlamalı, həmçinin ticarət müharibəsindən yayınmaq üçün Amerika mallarını daha çox almalıdırlar. Bu fonda ABŞ lideri bu addımları ölkəsinin iqtisadi müstəqilliyə nail olması məqsədilə atdığını bildirir. Trampın fikrincə, gömrük tariflərinin artırılması bütün ölkələri - həm dost, həm də rəqib dövlətləri - ABŞ-a güzəştə getməyə məcbur edəcək. O, daha əvvəl bu qərarı “Amerika iqtisadi müstəqilliyinin bəyannaməsi” adlandırıb və ölkəsinin yenidən qüdrətli və zəngin olacağına dair vəd verib: “Ölkəmizi 50 ildən çoxdur ki, soyurlar. Bu, bir daha olmayacaq”. Belə görünür ki, yaxın dövrdə iqtisadi müstəvidə ABŞ-la digər dünya ölkələri arasında münasibətlər kəskinləşəcək. Ekspertlər bu vəziyytəin dünya maliyyə, eneji bazarlarına ciddi təsir göstərəcəyini proqnozlaşdırır. Belə vəziyyət Azərbaycan üçün də maraqlıdır. Məlumdur ki, ölkəmiz dünya ticarətində əsasən enerji daşıyıcıları ilə çıxış edir. Ticarət müharibəsinin böyüməsi, geosiyasi gərginliyin artması fonunda isə enerji daşıyıcılarının da qiyməti bahalaşır. Bu anlamda dünyada gərginləşən münasibətlərin Azərbaycana iqtisadi müstəvidə heç bir mənfi təsiri yoxdur. Əksinə, enerji daşıyıcılarının qiymətinin yüksəlişi fonunda ölkəmizin gəlirlərinin daha da artması gözlənir. Eyni zamanda ABŞ-la ticarət müharibəsi fonunda Avropa İttifaqının Azərbaycan kimi ölkələrlə ticarət dövriyyəsinin həcmini daha da artımağa çalışması istisna edilmir. Bu isə yaranmış vəziyyətdə Azərbaycanın əlverişli mövqedə olacağını üzə çıxarır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ