Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qarabağda antiterror əməliyyatı qaçılmaz oldu - konkret xəbərdarlıqlar səsləndi...

Image


Ermənistan silahlı qüvvələrinin bölmələri son günlərdə sərhəd zonasında atəşkəs hallarını daha intensiv şəkildə pozmağa başlayıblar. Xatırladaq ki, sentyabrın 1-də belə hal zamanı qarşı tərəf xeyli itki verib.

Ekspertlər isə bildirir ki, Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər regionda gərginliyin azaldılması və müharibədən sonrakı proseslərin dinc məcraya qaytarılmasının zəruriliyi məsələsini yenidən gündəmə gətirib. “Vestnik Kavkaza” portalına açıqlamasında rusiyalı politoloq Aleksey Naumov qeyd edilən xüsusda olduqca maraqlı fikirlər səsləndirib.

O qeyd edir ki, Ermənistan öz hərbi və qeyri-qanuni silahlı birləşmələrini Azərbaycanın Qarabağ iqtisadi rayonundan çıxarmaq üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir və nəticədə erməni silahlılarının Xankəndidə mövcudluğu Cənubi Qafqazın sabitləşməsi üçün getdikcə daha çox problemlər yaradır. Ekspert ilk növbədə Ermənistan hakimiyyətinin həm Azərbaycanla sərhəddə, həm də Qarabağda yeni irimiqyaslı toqquşmalar törətmək istəyini bəyan edib: “Təəssüf ki, biz İrəvanın sülhə doğru hər hansı irəliləyişin qarşısını necə aldığını görürük. Azərbaycan Xankəndidəki erməni əhalisini bütün təhlükəsizlik təminatları ilə təmin edib, onlara iki sülh ssenarisi verib: ya Azərbaycan vətəndaşlığını alırlar, ya da istəmirlərsə,  sakit və sərbəst şəkildə leqallaşdırılmadan qalmaq hüququ olmayan ərazilərdən Ermənistana gedirlər. Lakin erməni tərəfi Azərbaycan tərəfinin bu lütfünü qəbul etməyib və hər vasitə ilə nizamlanmanı ləngitməkdə davam edi”. Aleksey Naumova görə, təəssüf ki, Ermənistan cəmiyyətində hələ də  bununla bağlı konsensus yoxdur: “Ermənistan cəmiyyətində heç də hamı qaçılmaz reallığı qəbul edə bilmir ki, Azərbaycanın daxilində separatçı rejimin saxlanılması perspektivləri yoxdur. Üstəlik, erməni siyasətçiləri də bunu qəbul etməyə hazır deyillər, nəticədə biz davamlı təxribatların şahidi oluruq. Bu, bizi yeni müharibənin getdikcə yaxınlaşması fikrinə vadar edən həyəcanverici vəziyyətdir. Ancaq müharibə faciəvi vəziyyətdir, ondan bütün vasitələrlə qaçmaq lazımdır. Bu, Ermənistanda siyasi elitanın bir növ siyasi aktiv insanların həyatı ilə oynamaq cəhdidir”. Ekspert vurğulayır ki, gərginliyin artmasında əsas amil Qarabağda erməni hərbi birləşmələri və qeyri-qanuni silahlı birləşmələrdir: “Onların Azərbaycanda olması daim vəziyyətə mənfi təsir göstərir. Bildiyiniz kimi, Qarabağdakı silahlı birləşmələrini çıxarmaq öhdəliyi Ermənistan tərəfinin üzərinə düşür, lakin o bunu yerinə yetirmir. O, Qarabağ müharibəsinin sona çatmasının ilk günündən bu öhdəliyi yerinə yetirməyib. Bu amil aradan qaldırılan və Ermənistan Silahlı Qüvvələri yaraqlılarla birlikdə Azərbaycanı tərk edən kimi biz dərhal vəziyyətin kəskin yaxşılaşdığını görəcəyik”.

Aleksey Naumov əmin olduğunu bildirib ki, nə Ermənistan əhalisi, nə də Xankəndinin sadə sakinləri Azərbaycan ordusu ilə yeni müharibədə iştirak etmək istəyir: “Adi insanlar sülh yolu ilə nizamlanmanı istərdi. Çünki adi insan barıt çəlləyində, qeyri-sabitlik və qeyri-müəyyənlik şəraitində yaşamağı sevmir və həyatın proqnozlaşdırıla biləninə can atır. Amma erməni siyasətçiləri onlara imkan vermirlər. Millətçilik kartını oynamağa və öz siyasi gələcəkləri üçün mübarizə aparmağa davam edirlər, sadə insanların həyatını təhlükəyə atırlar”. Erməni bloger İşxan Verdyan da qeyd edilənlər fonunda olduqca maraqlı açıqlamalar verir: “Ermənistan əhalisi və Xankəndidə yaşayan ermənilər heç bir halda Azərbaycanla müharibənin təkrarlanmasını istəmirlər, lakin Ermənistan hakimiyyəti öz qoşunlarını Azərbaycanın Qarabağ iqtisadi rayonunda saxlamaqda davam edir və Bakı ilə münasibətlərin sülh yolu ilə həlli üçün istənilən imkanlara qarşı çıxır. Beləliklə də yeni genişmiqyaslı hərbi əməliyyatlara təhrik edir. Ermənistan bunu nə qədər inkar etsə də, təəssüf ki, onun silahlı qüvvələri Qarabağdadır. Bunu Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan da təsdiqləyib və müharibənin bitməsindən bir il sonra İrəvandan çağırışçı olmayanların Qarabağa göndərilmədiyini, ancaq muzdluların olduğunu bəyan edib. Onun bəyanatı internetdə var və o tezisi tam əhatə edir ki, Qarabağda yalnız qondarma “müdafiə ordusu” fəaliyyət göstərir və orada Ermənistandan heç bir hərbi personal yoxdur. Amma şəxsən mən Ermənistanın bir neçə konkret sakinini tanıyıram ki, hazırda Qarabağda silahla dayanıb Ermənistan Respublikası Müdafiə Nazirliyindən hər ay məvacib alır. Halbuki, Ermənistan vətəndaşlarının müharibəyə ehtiyacı yoxdur. Ermənistan əhalisi müharibədə maraqlı deyil və onu axtarmır. Son müharibənin itkiləri çoxlarının gözünü açdı və insanlar indi dinc həyata yox, müharibəyə can atsalar, çox qəribə olardı. Eyni şəkildə, Qarabağın erməni əhalisi də müharibə istəmir, qohumlarını itirmək istəmir. Siyasətçilər müharibədə maraqlı ola bilər və bu həmişə belə olub: müharibə siyasətin davamıdır, onun ifrat təzahürüdür. Ermənistan hökuməti müharibədə maraqlıdırmı? Mühakimə yürütmək çətindir, lakin erməni tərəfinin bütün son bəyanatları və addımları ayrı-ayrılıqda müharibəyə səbəb sayıla bilər. Ermənistan, təbii ki, müharibəni qızışdırır, Azərbaycana iddialar irəli sürməkdən yorulmur və onun suverenliyini şübhə altına alır. Fakt faktlığında qalır ki, Ermənistan hakimiyyəti sülhə getmir, Ermənistan hakimiyyəti sülh istəmir”. İşxan Verdyan Xankəndidə ermənilərin tam hərbi əməliyyatlar keçirməsinin mümkünsüzlüyünü qeyd edib: “Qarabağda qanunsuz hərbi birləşmələr Azərbaycan ordusuna ciddi müqavimət göstərmək iqtidarında deyil. Onların təchizatı kəsilib, maddi-texniki təchizat yoxdur, itkiləri kompensasiya etmək imkanı yoxdur. Hərbi həll yolu olsa, çox güman ki, hər şey məqsədli hədəflərlə yerli antiterror əməliyyatlarının əhatəsində olacaq. Azərbaycanın iki-üç uğurlu əməliyyatından sonra silahlı ermənilər tamamilə ruhdan düşəcək və çox güman ki, tez bir zamanda silahlarını yerə qoyacaqlar”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ