Bazar ertəsi günü, 09 noyabr 2026
     

Xankəndi erməniləri arasında ziddiyyət dərinləşir - bölgədə Azərbaycanın təsiri artır..

Image


Qarabağda məskunlaşan ermənilər arasında gərgin vəziyyət hökm sürməkdə davam etməkdədir. Belə görünür ki, onlar arasında Azərbaycana reinteqrasiya məsələsində fikir ayrılığı daha da dərinləşir. Eyni zamanda görünən odur ki, yaxın tezlikdə burada ermənilər arasında ziddiyyət, hətta silahlı qarşıdurma həddinə çata bilər.

Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryanın açıqlamaları da qeyd edilən fonda çox şeydən xəbər verir. Məsələn, o qeyd edir ki, elə bu ziddiyyətlər səbəbindən Arayik Arutyunyan “istefa” verməyə məcbur olub. “Kim məcbur edirdi” sualına erməni deputat belə cavab verib: “Ruben Vardanyan təxminən 8 nəfərdən danışırdı. Yəni 7-nin yerini bilir, biri də özü-özünü aşkara çıxardı. 8 nəfərdən biri mütləq özüdür, digər 7-si ortaya çıxacaq və o məcburiyyətin məntiqinin nəyə hesablandığı başa düşülməlidir. Arayik Arutyunyanın “seçilmiş sonuncu rəhbər” kimi heç bir işi yox idimi? Biz hansı problemi həll edirik? “Siyasi legitimlik” baxımından geriləmə ilə üzləşmişik. Xarici siyasi təmaslarda bundan həm “Qarabağ”a qarşı, həm də danışıq aparanlara qarşı istifadə olunacaq”. “Arayik Arutyunyan etimad qazanırdımı” sualına cavab olaraq Köçəryan deyib: “Arayik Arutyunyan “seçilmişdi”. “Seçilən” və “təyin olunan” fərqli şeylərdir. Bəzi kölgə qüvvələri, “sirli şam yeməyi”nin iştirakçıları seçilmiş “rəhbər”ə dedilər ki, Arayik, sən artıq getməlisən”. Xatırladaq ki, bu günlərdə Qarabağ separatçılarının lideri Arayik Arutyunyan “prezident” vəzifəsindən istefa verib. Onun sözlərinə görə, istefa qərarını son həftələrdə daxili və xarici oyunçular, geniş ictimaiyyətlə qarşılıqlı əlaqələr əsasında bir neçə gün əvvəl qəbul edib: “Bu, məndə olan məlumatlara və təhlillərin nəticələrinə əsaslanaraq yalnız tərəfimdən verilən balanslaşdırılmış qərardır”. Arutyunyanın avqustun 31-də verdiyi “fərman”la tanınmayan qurumun “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan “dövlət naziri” təyin edilib. Bir müddət öncə Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüşə Qarabağ ermənilərinin nümayəndəsi kimi məhz Şahramanyan qatılmışdı. Arutyunyanın “istefası”ndan sonra Ermənistanın bəzi siyasi şərhçiləri bu prosesin Azərbaycanın xeyrinə olduğunu dedi. Onların fikrincə, bununla Azərbaycan Qarabağdakı mövqelərini bərkitdi. Azərbaycanda isə bəzi müşahidəçilər hesab edir ki, bu istefa Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarına müəyyən təsirlər göstərəcək. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu da “Turan”a deyib ki, Azərbaycan onun istefasını istəyirdi: “Azərbaycanın iradəsi Xankəndidə artıq qəbul olunmaqdadır”. Deputatın sözlərinə görə, məsələnin digər tərəfi ondan ibarətdir ki, Xankəndidə artıq ciddi fikir ayrılığı mövcuddur: “Arutyunyanın fəaliyyəti orada yaşayan erməniləri qane etmir, orada ona qarşı ciddi narazılıqlar var. Bu da 2020-ci ildə Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra İrəvandakı vəziyyəti xatırladır. O vaxt ağır məğlubiyyətə uğrayan Nikol Paşinyan Ermənistan xalqı narazı olduğuna görə məcbur olaraq növbədənkənar seçki elan etdi”.

Komitə üzvünün fikrincə, Arutyunyan, bununla belə, prosesin üzərində öz nəzarətini saxlamaq istəyir: “Amma Azərbaycanın iradəsi Xankəndidə artıq kifayət qədər keçərlidir. Digər tərəfdən, Ermənistan da artıq dərk edir ki, Azərbaycanla mütləq şəkildə hansısa formada razılığa gəlmək lazımdır. Azərbaycan tərəfini qane etməyən reallıqları da aradan qaldırır, çünki Arutyunyan özbaşına istefa verməyib”. Mirbəşiroğlu hesab edir ki, bundan sonra Xankəndinin özündə separatçı qruplar arasında mübarizə dərinləşə bilər: “Xankəndidə bu siyasi xaosun əlamətləri özünü daha ciddi şəkildə göstərəcək. Azərbaycan isə hər gün bütün əraziləri boyunca suverenliyinin tam təmin olunması hədəfinə yaxınlaşmaqdadır. Artıq separatçıların manevr imkanları qalmayıb. Arutyunyanın bu “istefası” çarəsizlikdən gələn bir addım idi”. Erməni politoloq Argişti Kiviryan isə qeyd edir ki, Arayik Arutyunyan “Qarabağ rejimini” yaxın gələcəkdə nə gözlədiyini yaxşı bilir, ona görə də istefa verdi: “Maddi vəziyyətini yaxşılaşdırmaq ümidi ilə bir müddət oynaya bilsəydi, qalardı”.O bildirib ki, Arutyunyan “Qarabağın sonuncu prezidenti” ola bilər: “Yeni “seçiləcək” heç bir fiqur Ermənistan hakimiyyəti tərəfindən tanınmayacaq”. Hələlik isə Samvel Şahramanyanın separatçılara faktiki rəhbər təyin edilməsi artıq onu göstərir ki, halqa daralıb və Qarabağdakı erməni separatizmi dalana dirənib. Seçim isə birdir: Ağdam-Xankəndi yolunu açmaq, Azərbaycanla inteqrasiyaya getmək, əks halda ərazilərimizi tərk etmək. Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə açıq mətnlə bildirir ki, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər. Bu, həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə Bakının suverenliyini və qanunlarını da tanıyırlar. Bundan başqa, prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan Qarabağ ermənilərinin dil, mədəni, dini və bələdiyyə hüquqlarını təmin edəcək. Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan müxtəlif beynəlxalq konvensiyaların, o cümlədən Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının üzvüdür: “Belə konvensiyalar çərçivəsində biz Qarabağ bölgəsinin erməni sakinlərinin fərdi hüquqlarını təmin etməyə hazırıq”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ