Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycanın Qarabağda humanitar əsaslı əməliyyatları üçün vaxt yetişdi...

Image


Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləməkdə davam edir.

Qeyd edək ki, içərisində 40 ton un olan TIR-lar avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postu qarşısındadır. Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Qarabağda qondarma rejimə rəhbərlik edənlər isə bu yardımın çatdırılmasının qarşısını almağa cəhd edirlər.  Qarabağ ermənilərindən olan Hamlet Apresyan bildirib ki, Əsgəranda ermənilər çadır qurub və növbətçiliyə başlayıb: “Azərbaycan yük maşınları gedənə qədər insanlar orada qalacaq”. O, Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə yüklərin daşınması məsələsi ilə bağlı danışıqları davam etdirib-etdirməməsindən xəbərsiz olduğunu qeyd edib. Azərbaycanın Ağdama diplomatik korpus nümayəndələrini gətirmək qərarına toxunan Apresyan deyib: “Biz onları görürük, izləyirik, müqavimət göstərməyə də hazırıq”. O, Xankəndidən gələn şəxslərin Ağdam yolu ilə bağlı danışıqlar aparması haqqında məlumatı təsdiqləyib. Qeyd edib ki, Xankəndidən gələnlər ermənilərin hansı halda Əsgəranda yolun açılmasına razılaşacaqları ilə maraqlanıblar. Əsgəranda Qarabağ “parlamentinin sədri” David İşxanyan vətəndaşlarla görüşüb. Bu fonda artıq bəllidir ki, Qarabağdakı ermənilərin Rusiya sülhməramlıları ilə münasibətlərində gərginlik yaranıb. Qarabağda jurnalist kimi fəaliyyət göstərən Marut Vanyan qeyd edir ki, vəziyyətlə yerindəcə tanış olmaq üçün çox çətinliklə Xankəndidən Əsgərana gedib: “Hazırda Ağdamdan gələn yolu maşınlar kəsib. Əsgəranda yerləşən Rusiya sülhməramlıları ilə münasibətlər kifayət qədər gərgindir və insanlarda inamsızlıq yaranıb. “Sülhməramlılarla bağlı vəziyyət olduqca gərgindir. Rusiya sülhməramlılarının yük maşınları da Ağdama gedib geri qayıtmağa cəhd etdi, bəzi qaranlıq əhvalatlar oldu, yerli sakinlər onlara icazə vermədilər, bilmirdilər ki, bu hərəkət nə üçündür, yük maşını niyə gedib qayıtmalıdır, insanlar buna icazə vermədi. Yəni Rusiya sülhməramlıları ilə bağlı vəziyyət gərgindir, təbii ki, inamsızlıq var və bunun gözlənilməz nəticələri ola bilər”. Rusiyalı siyasi ekspert Yevgeni Mixaylov isə qeyd edir ki, Rusiya sülhməramlıları özlərini qorumaq üçün ciddi tədbirlər görməlidirlər. Ekspert qeyd edib ki, Ermənistan açıq-aşkar qərbyönümlü mövqe tutub və Fransanın maraqlarını irəli sürməyə çalışır: "Qarabağda Rusiya sülhməramlılarına qarşı təxribatların davam etməsinə təəccüblənmirəm. Aİ missiyası və çoxsaylı mitinqlər Rusiya sülhməramlılarının və rus qoşunlarının regiondan çıxarılmasını tələb edir. Biz belə çıxışları mütəmadi olaraq görürük. İndi yekun danışıqlar və sülh müqaviləsinə yanaşma haqqında daha çox müzakirələr aparmaq lazımdır. Ermənistan və Qarabağdakı müəyyən qüvvələr vəziyyətin sabitliyini pozmaq üçün hər cür səy göstərirlər. Mən təxribatların daha da güclənəcəyini gözləyirəm, çünki İrəvan və onun müttəfiqləri faktiki olaraq küncə sıxışdırılıb. Azərbaycan birmənalı olaraq öz mövqeyində dayanır, Rusiya sülhməramlı rolunda qalmaqda davam edir. Bu isə Fransanı, onun müttəfiqlərini və Cənubi Qafqazda münaqişənin qızışdırılmasında maraqlı olanları sevindirmir. Onlar Ermənistandan öz mənafeləri üçün istifadə edirlər”.

Belə vəziyyətdə erməni ekspert Abram Qasparyan bildirir ki, Qarabağda humanitar müstəvidə məsələ kəskinləşərsə Azərbaycan hərbi əməliyyata başlaya bilər: “Azərbaycan humanitar əsaslarla Qarabağa daxil olmaq üçün qanuni hüquq yaratmağa çalışır. Qarabağdakı ermənilər bilir ki,   ya getməli, hər şeyi tərk etməli, ya da qalıb mübarizə aparmalıdırlar. Son dərəcə vacib bir vəziyyət var. Qarabağdan qadınlar və uşaqlar çıxır. Əgər yalnız kişilər qalsa, bu, Azərbaycana Qarabağda qalan  kişiləri silahlı marginal qruplar kimi təsnif etmək üçün qanuni hüquq verəcək. Nəticədə  Azərbaycan antiterror əməliyyatı aparmaq üçün qanuni hüquq əldə edəcək”. Erməni politoloq Aleksandr İsgəndəryan qeyd edir ki, bu halda Rusiya da daxil olmaqla heç kim Azərbaycana əngəl olmayacaq: “Nəzəri cəhətdən Rusiya çox şey edə bilər, böyük dövlətdir, Ukraynada müharibə olsa da, onun çəkisi təsir etmək üçün kifayətdir, amma praktiki baxımdan sülhməramlıların Qarabağda döyüşəcəyini düşünmək ciddi deyil”. Onun sözlərinə görə, hazırda Qarabağda yüngül odlu silah və yüngül texnikaya malik 2000-ə yaxın sülhməramlı var, onların əhatəsində isə bütün növ silahlarla silahlanmış 50 000 nəfərlik Azərbaycan ordusu mövcuddur: “Üstəlik, Rusiya Azərbaycanla həmsərhəddir. Bəs Rusiya nəzəri cəhətdən Azərbaycana şimaldan hücum edə bilərmi? Rus tanklarının karvanları Dərbənddən daxil olub Bakıya gedəcək? Rusiya hərbi donanması Abşeron sahillərinə yaxınlaşacaq? Belə bir şeyin olmayacağı tamamilə aydındır. Buna uyğun olaraq, Rusiyanın göstərdiyi və ya etmədiyi təzyiq siyasi xarakter daşıyır. Rusiya sülhməramlıları Qarabağda döyüşməyəcəklər. İlham Əliyev bütün bunları yaxşı başa düşür, heç bir inandırmaya qulaq asmır və gördüyü işi davam etdirir”. O əlavə edib ki, 10 noyabr bəyanatının tələblərini Rusiya da daxil olmaqla heç kim yerinə yetirmir. Digər erməni politoloq Edqar Vardanyan da qeyd edir ki, bütün məsələlərdə Rusiyanın mövqeyi çoxdan aydındır. Onun sözlərinə görə, Rusiya Azərbaycanın təzyiqlərinə müqavimət göstərə bilmir və müqavimət göstərmək də istəmir: “Bu, Rusiya üçün risqli oyundur. Rusiya Ermənistana təzyiq etmək üçün Bakı ilə əməkdaşlıq edir. 2018-ci ildən bəri baş verən dəyişikliklər Rusiyanı qane edə bilməz. Əgər Rusiya ən yaxşı vəziyyətdə olsaydı, Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi ona mənfi münasibət bəsləməzdi. Bu gün Rusiya Ermənistanda hər şeyini itirir. Rusiya Ermənistanda qalmaq üçün Azərbaycanla daha dərin əlaqələr qurmağa çalışır. Rusiya hesab edir ki, təzyiqləri gücləndirməlidir”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ