Bazar ertəsi günü, 07 sentyabr 2026
     

Ermənilərin Laçında "humanitar şousuna" qarşı Azərbaycan diasporunun yeni təşkilatlanma mərhələsi açıla bilər...

Image


Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı yanlış təsəvvürlərin ən başlıca səbəbi ikili standartlardan qaynaqlanır. Yəni başqa sözlə desək, beynəlxalq birlik, əslində nə baş verdiyini yaxşı bilsə də, bir çox hallarda xristian təəssübkeşliyindən və erməni diasporunun alətinə çevrilmək səbəbindən anti-Azərbaycan mövqeli bəyanatlar səsləndirir.

Misal olaraq son günlərdə baş verən “humanitar yük” şousunu göstərə bilərik. 2014-cü ildə Rusiya Donetsk və Luqanska humanitar maşın karvanı göndərmək istəyəndə ABŞ, BMT, ATƏT və digərlər dərhal bəyanatlarla çıxış edərək Rusiya tərəfindən atılan bu addımı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təhdid olaraq qiymətləndiridilər. Onlar bildirirdi ki, humanitar yüklərin daşınması Ukrayna ilə razılaşdırılmayıb və Ukrayna tərəfinin icazəsi olmadan belə bir addımın atılması qətiyyən yolverilməzdir. İndi də eyni şey Ermənistan tərəfindən  edilir. Azərbaycanla razılaşdırılmadan ermənilər guya Qarabağda “humanitar fəlakətin” qarşısını almaq üçün onlara yardım aparmaq adı ilə çıxış edirlər. Lakin bu dəfə beynəlxalq birlik 2014-cü ilə sərgilədiyi mövqeyi, yəni Ukraynaya göstərdikləri münasibəti göstərmirlər. Əksinə, o mövqedən çıxış edirlər ki, bu mövqe Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birbaşa təhdiddir. Odur ki, ikili standartların olması fakt olaraq ortadadır.

  • Müdafiə deyil, hücum diplomatiyası həyata keçirilməlidir

Amma bu yeganə səbəb deyil. Digər bir səbəb də bizim hələ də beynəlxaq birliyə real həqiqətləri çatdıra bilməməyimizdən qaynaqlanır. Belə ki, erməni təbliğatına uyaraq Azərbaycan əleyhinə çağırış edən dövlətlər içərisində ölkəmizlə strateji tərəfdaşlıq müqaviləsi olanlar da var. Bu isə o deməkdir ki, biz hələ də real həqiqətləri çatdıra bilmirik, erməni yalanlarını ifşa etmək üçün yetərli qədər fəaliyyət göstərmirik. Burada həm xarici siyasət qurumlarımızın, həm diaspor təşkilatlarımızın, o cümlədən də beynəlxaq səviyyəyə çıxa bilən media qurumlarımızın üzərinə böyük məsuliyyət düşür.

Həqiqətlərin çatdırılması, beynəlxalq müstəvidə erməni yalanlarının ifşası epizodik olaraq həyata keçirilməməlidir. Azərbaycan həqiqətlərinin təbliği mütəmadi və davamlı xarakter almalı və nəhayət ki, müdafiə deyil hücum diplomatiyası həyata keçirilməldiir. Uzun illər ərzində erməni yalanının girovuna çevrilmiş, erməni media qurumlarının və diaspor təşkilatlarının alətinə çevrilmiş ayrı-ayrı dövlətlər və beynəlxaq təşkilatlarla iş üçün ayrıca proqramın qəbuluna ehtiyac var. Həqiqətləri çatdıra bilmək üçün hər kəs üzərinə düşən vəzifəni icra etməlidir.

  • Norveç doğumlu, əslən cənubi azərbaycanlı xanım qələmə aldığı yazıda…

Bildiyiniz kimi, dünya Azərbaycanın Ermənistan ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsini yaratması ilə erməni yalanlarının yeni dalğasına şahid olmağa başladı. Yalana “həqiqət donu” geyindirərək dünyaya sırımağa çalışan ermənilərin həyasızlığına və məkrliyinə dair tarixdə saysız-hesabsız nümunələr var. Lakin təəssüf doğuran hal odur ki, dünya ictimaiyyəti ermənilərin bu manipulyasiyalarına və yalanlarına nəinki inanır, hətta bəzən onun fəal iştirakçısına, alətinə çevrilir. Çox təəssüf ki, bu hala beynəlxalq ictimaiyyətin ermənilərin Azərbaycanın Qarabağdakı erməni əhalisinin guya “blokada”da qalması və “humanitar fəlakət” hay-küyünə qulaq verməsində bir daha şahid oluruq. Lakin yalan ayaq tutar, yeriməz deyirlər. Qarabağdakı ermənilərin bu yalanları elə onların özləri tərəfindən biabırçı formada üzə çıxarılır. Norveçin nüfuzlu “Aftenposten”, “Klassekampen” və “Utrop” kimi qəzet və jurnallarında, habelə kütləvi informasiya vasitələrində dərc olunan yazılarda “Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür”, “Qarabağın lənəti” və “Qarabağ: Blokada şəraitində dəbdəbli istiqamət?” sərlövhəli məqalələrində Qarabağdakı ermənilərin guya “humanitar fəlakət”lə üzləşmələri barədə erməni yalanlarından bəhs edilib. Məqalənin müəllifi, Norveç doğumlu, əslən cənubi azərbaycanlı, qadın geyimi brendinin yaradıcısı, modelyer-dizayner, “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpurun  qələmə aldığı yazıda “Laçın” dövlət sərhədində buraxılış məntəqəsinin yaradılmasından sonra Qarabağdakı ermənilərin guya blokadada qalmaları barədə əsassız iddiaları müəllifin topladığı, Qarabağdakı ermənilərin gündəlik həyatları ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə alt-üst edilib.

  • Azərbaycanın mənafeyi üçün gördüyü yaxşı işlər onların hər biri üçün nümunə olmalıdır

Məqalələrdə vurğulanıb ki, Azərbaycana qarşı guya Qarabağdakı erməni əhalisini qida, su, dərman, yanacaq və elektrik enerjisi ilə təmin olunmadan dünyanın qalan hissəsindən təcrid etməsi ilə bağlı əsassız ittihamlar irəli sürülür. Lakin Azərbaycan ermənilərin bütün ehtiyaclarını ödəməyə hazırdır. Azərbaycan Qarabağa malların daşınması üçün Ağdam rayonu ilə Xankəndi arasındakı açıq yoldan istifadə olunmasını təklif edir. Lakin bu təklifi qəbul etməyən ermənilərin “humanitar böhran” və “blokada” iddialarının sırf siyasi manipulyasiya olduğu xüsusi vurğulanıb. Ermənistan KİV-lərinin, eləcə də ermənilərin bəzi havadarlarının da bu siyasi manipulyasiyalardan faydalanmağa və erməni yalanlarını daha da şişirtməyə çalışdıqları bildirilib.

Ş.Nəcəfpurun Qarabağın erməni sakinlərinin gündəlik həyatları ilə bağlı sosial şəbəkələrdən topladığı paylaşımlar onların “blokada” şəraitində yaşamaları, “humanitar fəlakət” ilə üzləşdikləri yalanlarını tamamilə ifşa edir.

Hazırda milyonlarla azərbaycanlı dünya üzrə müxtəlif ölkələrdə yaşayır. Məhz, Şervin və onun timsalında digər vətəninə, xalqına bağlı olan azərbaycanlıların Azərbaycanın mənafeyi üçün gördüyü yaxşı işlər onların hər biri üçün nümunə olmalıdır. Ermənilərin azğın və böhtan dolu təbliğatı qarşısında yalnız onların cəmləşərək yaratdıqları sipər mühüm təsir vasitələrindən biri ola bilər.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

SON XƏBƏRLƏR

06.09.2026 / 22:45
Overçuk Aİ-nin Ermənistana yardımını Rusiya bazarı ilə müqayisədə heç saydı - bizi əvəz edə bilmədilər...

06.09.2026 / 22:07
Netanyahu söz verdi - "İran rejimini devirəcəyik, sonu yaxındır"...

06.09.2026 / 21:35
Kuşner Putinlə danışıqların təfərrüatlarını açıqladı – üçtərəfli görüş keçirilə bilər…

06.09.2026 / 21:10
Kiyevdə Zelenski-Uitkoff-Kuşner danışıqlarına üç Aİ ölkəsi də qoşuldu – təfərrüatlar açıqlandı…

06.09.2026 / 20:28
ABŞ-ın İranla müharibəsi "əbədi müharibəyə" çevrilə bilər - Pentaqonun keçmiş rəhbərindən Trampa xəbərdarlıq...

06.09.2026 / 20:05
Kremldən III Dünya Müharibəsi xəbərdarlığı… Lavrov Berlinin addımlarını Nasist Almaniyası ilə müqayisə etdi - bizə müharibə elan edəcəklər…

06.09.2026 / 19:31
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib

06.09.2026 / 18:15
Sahibə Qafarovanın ABŞ-a səfəri başladı...

06.09.2026 / 17:22
Ruslar Trampın elçilərinin Kiyevə təyyarə ilə getməsinə imkan vermədilər…

06.09.2026 / 16:38
İran Hörmüz boğazına girməyə çalışan ABŞ pilotsuz qayığını vurdu…

06.09.2026 / 16:10
Trampın nümayəndələri ilk dəfə Kiyevdə…. Zelenski Uitkoff və Kuşnerlə görüşdü…

06.09.2026 / 15:15
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - FOTO

06.09.2026 / 14:12
Rusiya Ukraynadakı ÜST anbarlarını da bombalayır – ancaq təşkilat təcavüzkarın adını çəkməkdən yayınır…

06.09.2026 / 13:40
“Rusiya və Ukrayna iqtisadiyyatı məhv olacaq, müharibəni dayandırmalıyıq” - Zelenskinin müşaviri xəbərdarlıq etdi…

06.09.2026 / 12:14
Ukrayna Ryazanda neft emalı zavodunu vurdu…

06.09.2026 / 11:36
"Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb" - Prezident

06.09.2026 / 11:33
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb

06.09.2026 / 11:22
İran Hörmüz boğazından icazəsiz keçməyə çalışan gəmiləri vurmaqla hədələdi...

06.09.2026 / 11:04
Trampın elçilərinin Moskva danışıqlarının bəzi detalları açıqlandı...

06.09.2026 / 10:23
Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

06.09.2026 / 10:11
Ağdamda traktor minaya düşdü, sürücü yaralandı - YENİLƏNDİ

06.09.2026 / 09:36
İran ABŞ-ın nəhəng təyyarədaşıyan gəmisini vurdu…

06.09.2026 / 00:26
Kremldə üç saatdan çox davam edən Putin-Uitkoff-Kuşner danışıqları başa çatdı... - YENİLƏNDİ

05.09.2026 / 22:12
Everest buzlaqlarını əridən… alpinistlərin sidiyi imiş… İlginc…

05.09.2026 / 21:36
“Sputnik Armenia”dan Azərbaycanla aranı qatmaq üçün təxribatçı xəbər...

05.09.2026 / 20:34
Paşinyan Ermənistanın yenidən inqilaba ehtiyacı olduğunu deyir…

05.09.2026 / 20:11
Zelenskidən Putinin atəşkəs əmrinə reaksiya - üç gün Moskvaya hücum olmayacaq…

05.09.2026 / 19:48
Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarıldı

05.09.2026 / 19:32
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edildi

05.09.2026 / 19:08
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi

05.09.2026 / 18:50
Serbiyanın hakim partiyası Vuçiçi rəsmən baş nazir vəzifəsinə namizəd göstərdi....

05.09.2026 / 18:12
ABŞ İranın üç neft tankerini vurdu və Tehrana xəbərdarlıq etdi – birini vursanız üçünü vuracağıq…

05.09.2026 / 16:38
Putin Trampın elçilərini Kremldə qəbul edəcək…

05.09.2026 / 16:21
Putin Zelenskinin təklifini qəbul etdi - Kiyevə hücumlar təxirə salındı…

05.09.2026 / 15:45
50 yüksək rütbəli hərbçi yalan detektorundan keçirildi, nazirin istefası tələb olundu - İrana hücumla bağlı məxfi məlumatların sızdırılması ABŞ-ı qarışdırdı…

05.09.2026 / 15:07
Rusiya Ukraynanın atəşkəs təklifinə cavab vermir - təklif Putinə çatdırılıb, ancaq…

05.09.2026 / 14:24
Rusiyada vəzifəlilərin şübhəli ölümlərinə daha biri əlavə olundu – istefa verdi, qısa müddət sonra 9-cu mərtəbədən yıxıldı…

05.09.2026 / 13:55
Avrokomissar hərbi caninin qəhrəmanlaşdırılmasına görə Serbiyaya səfərini ləğv etdi…

05.09.2026 / 13:26
Rusiya səfiri Kiyevdə SBU binasına hücuma görə Slovakiya XİN-ə çağırıldı…

05.09.2026 / 13:09
Trampın sülh elçilərini daşıyan təyyarə Moskvaya endi…

05.09.2026 / 12:53
AB Xark adası sahillərində İran tankerini vurdu…

05.09.2026 / 12:37
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub

05.09.2026 / 12:19
Armen Qriqoryan 2018-ci ilin "məxməri inqilabı"ndan kitab yazdı - Suallardan isə yayındı...

05.09.2026 / 12:14
Azərbaycan LLDCs-nin vitse-sədri seçildi...

05.09.2026 / 11:50
Bir gündə axtarışda olan 149 nəfər saxlandı...

05.09.2026 / 11:40
Bakıda daha bir BMT tədbiri keçiriləcək - Dördüncü İqlim Həftəsi

05.09.2026 / 11:22
ABŞ Ermənistana Azərbaycanla razılaşmaya görə 5 milyardlıq layihə verib...Hikmət Hacıyevdən maraqlı sitat...

05.09.2026 / 11:08
Erməni hüquq müdafiəçisi Azərbaycana böhtan atdı - Ombudsmandan da tutarlı cavab aldı...

05.09.2026 / 10:32
"Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir" - DYP vətəndaşlara çağırış etdi...

05.09.2026 / 09:30
Nigerdə avqust üsyanının arxasından Makron çıxdı - "şəbəkəyə o rəhbərlik edib"...

05.09.2026 / 00:49
Davudoğluna bu çıxışına görə cinayət işi açıldığı deyilir...

04.09.2026 / 22:43
ABŞ öz günahını Ukraynanın üzərinə yükləməyə çalışır - qlobal enerji qiymətlərinin artmasında Kiyev günahkardır…

04.09.2026 / 22:26
Ukrayna Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qalacaq - "Patriot" böhranı dərinləşir…

04.09.2026 / 22:16
Azərbaycanın reallıqları və Qərb mediasının dezinformasiya kampaniyası

04.09.2026 / 22:09
Deputat nazir parlamentdə çıxış edərkən it kimi hürməyə başladı...

04.09.2026 / 21:51
Almaniya-Rusiya münasibətləri 1-2-ci dünya savaşları ərəfəsindəki həddə qayıdır...

04.09.2026 / 21:33
Paşinyan özü üçün “ən real variantı” seçdi - Putininsə variant seçmə imkanını “qeyri-real” hesab etdi...

04.09.2026 / 21:15
Lavrovun “uzaqgörənliyi” - Ermənistanın Avropaya həvəsi çox tez sönəcək...

04.09.2026 / 20:57
Azərbaycana Ermənistandan ilk mal ixracı başladı - Ticarət hansı valyuta ilə aparılacaq...

04.09.2026 / 20:42
Əliyevdən ATƏT-ə “30 illik səhvinizdən heç olmasa bundan sonra nəticə çıxarın” mesajı...

04.09.2026 / 20:29
Tibbdə maaş islahatının hədəflərindən biri - Təcili yardım sürətlə dəyişəcək...

04.09.2026 / 20:15
İran 56 gəminin Hörmüz boğazından keçidinə qadağa qoydu...

04.09.2026 / 20:02
Meloni Prezident İlham Əliyevə təşəkkür etdi

04.09.2026 / 19:59
Zaxarova Paşinyana - "Sən kişisən, yoxsa qadın?"...

04.09.2026 / 19:50
Paşinyan Rusiyanın 102-ci bazasını ölkədən çıxarmaqda israrlıdır...

04.09.2026 / 19:21
Məhkum ermənilərlə bağlı Paşinyanın “Əliyevlə müzakirə etdik” bəyanatında ciddi qüsur var...

04.09.2026 / 19:07
Prezident və Birinci xanımın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü - FOTO

04.09.2026 / 19:03
Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi qərargahını vurdu –birbaşa SBU rəhbərinin otağı hədəf alındı...

04.09.2026 / 18:51
ABŞ Ermənistanla İran sərhədində qoşun yerləşdirmək niyyətindədir – iddia

04.09.2026 / 18:38
Trampın xüsusi nümayəndəsi Kiyevə getməkdən qorxur...

04.09.2026 / 18:27
Rusiyanın uzaq adasında bioloji silah sirləri gizlədilir... ABŞ 2022-də "qara siyahı”ya salıb...

04.09.2026 / 18:25
Ermənistan-Rusiya münasibətlərinin “inventarlaşdlrılmasına” başlanılır... Bu nədir?

04.09.2026 / 18:20
Çin Yaxın Şərqdə ABŞ-a meydan oxuyur - Pekin mühüm gedişlərə başladı...

04.09.2026 / 18:03
Gümrüdəki 102-ci bazanın məsələsini Paşinyandan qabaq Putin özü qaldırdı - şübhəlidir...

04.09.2026 / 17:51
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

04.09.2026 / 17:45
Tramp Rusiyanı səssiz şəkildə beynəlxalq təcriddən qurtarır - G20 dəvəti təsadüf deyil...

04.09.2026 / 17:44
Meloni hökuməti rekord qırdı - ən uzunömürlü hakimiyyət

04.09.2026 / 16:39
Seuta anklavına miqrant axınında İsrail barmağı - İspaniya hökuməti ifşaedici hesabat açıqlayacaq...

04.09.2026 / 15:52
Rusiya TRİPP-lə bağlı əndişəsini gizlətmir - bu dəfə Şevtsov dilləndi

04.09.2026 / 15:35
Ceyhun Bayramov İsveç səfiri ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə etdi

04.09.2026 / 15:12
ABŞ-İran savaşının qızışması neft qiymətlərini yenidən kəllə-çarxa çıxarır

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ