Bazar ertəsi günü, 09 noyabr 2026
     

Kremldən İrəvan və Parisə xəbərdarlıq - Fransa bu gedişlə Afrika kimi Cənubi Qafqazdan da qovulacaq...

Image


Fransanın Cənubi Qafqaza burnunu soxması, burada Ermənistan vasitəsilə məkrli niyyətlərini reallaşdırmaq cəhdləri təkcə Azərbaycan yox, bir çox ölkələr tərəfindən mənfi qarşılanır. Regionda təsir imkanları və maraqları olan Türkiyə, Rusiya kimi ölkələr də Fransanın bədxah planlarına qarşı açıq mövqe sərgiləyirlər. Çünki Parisin niyyəti regionda yenidən xaos yaratmaqdır.

Hazırda öz məqsədinə çatmaq üçün Fransa erməni faktorundan yararlanmağa xüsusi diqqət edir. İrəvanın buna şərait yaratması Rusiyanın ciddi narazılığına yol açır. Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamaları da təsdiq edir. Onun dediklərindən belə bəlli olur ki, İrəvan başqa tərəfləri regiona cəlb etmək əvəzinə üçtərəfli razılıqlara, o cümlədən 10 noyabr bəyanatına əməl etsə, daha yaxşı olar: “Ermənistan hakimiyyətinin Qarabağın Azərbaycana məxsusluğunu tanımasından sonra formalaşan yeni şəraitdə Rusiya sülhməramlı kontingentinin vəzifəsi Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, o cümlədən onların Bakı ilə birbaşa dialoqu kontekstində mümkün olan hər cür köməyin göstərilməsidir. Əgər hansısa razılıq əldə olunubsa, üstəlik yüksək səviyyədə imzalarla təsdiq edilibsə, o zaman başqa şərhlərlə, başqa konstruksiyalar düşünüb tapmaqla, üçüncü, hətta beşinci və onuncu tərəfləri cəlb etməklə məşğul olmaq deyil, onu reallaşdırmaq lazımdır. Razılaşmaların reallaşdırılmasında hərcmərclik başladığı an zəmanət arxa plana keçir”. Zaxarova Fransanın qərəzli və birtərəfli mövqeyinin regionda yalnız xaosa xidmət etdiyini bildirib: “Vasitəçilik səyləri çərçivəsində hər iki münaqişə tərəfinin mövqelərinin nəzərə alınması zəruridir. Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair onun səylərinə zidd olmayan, bu səyləri təkrar etməyən və sarsıtmayan hər hansı təşəbbüsü alqışlayır. Digər tərəfdən, Fransanın bu istiqamətdə fəallığı bizə yaxşı məlumdur və mühüm olan ondan ibarətdir ki, belə vasitəçilik səyləri çərçivəsində, ilk növbədə, hər iki münaqişə tərəfinin – həm Azərbaycanın, həm də Ermənistanın mövqelərini nəzərə almaq lazımdır. Bu, hər hansı vasitəçiliyin alfa və omeqasıdır”. Amma Fransa birmənalı şəkildə ermənipərəst mövqe sərgiləyir. Hətta iş o yerə çatıb ki, Fransanın Avropa və xarici işlər naziri Katrin Kalona səfirlər konfransındakı çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünün qorunması və suverenliyinin tam şəkildə təmin olunması istiqamətində atdığı addımları Qarabağda yaşayan “ermənilərin sıxışdırılması” kimi qiymətləndirərək, bunu “qanunsuzluq və mənəviyyatsızlıq” adlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə Katrin Kalonanın bölgədə sülhə və sabitliyə xidmət etməyən, qatı ermənipərəst mövqeyi ilə seçilən bu açıqlamasını qanunsuz və qeyri-əxlaqi yanaşma nümunəsi kimi dəyərləndirib.

Ekspertlər hesab edir ki, baş verənlər Fransa diplomatiyasının süqutunun təzahürləridir. Fransa diplomatiyası Afrikada məğlub olur. Nigerdə və Qabonda, bütövlükdə Afrikada baş verən son hadisələrlə bağlı Fransanın baş naziri Elizabet Born elə bu günlərdə etiraf edib ki, ölkəsinin diplomatiyası bu il böhranlarla üzləşib. Nigerdə ​​üsyançıların yaratdığı "Vətənin Qurtuluşu Milli Şurası" Fransadan sentyabrın 3-dək qoşunlarını respublika ərazisindən çıxarmağı tələb edib. Niger əhalisi arasında Fransa hərbçilərinin respublikada olmasından narazılıq artır. Ölkənin hakimiyyət orqanlarına Nigeri tərk etməyə məcbur etmək üçün Niamey bazasında yerləşdirilən fransız hərbçilərin qida, elektrik və su təchizatını kəsmək çağırışları var. Belə davam edərsə, bu tendensiyanın yalnız Afrika ilə məhdudlaşmayacağı və Avrasiya məkanına da transfer olunacağı heç kimdə şübhə doğurmamalıdır. Milli Məclisin deputatı Asim Mollazadə qeyd edir ki, Fransanın Cənubi Qafqazla bağlı mövqeyinin əsas səbəbi siyasi korrupsiyadır. O, Fransanın Cənubi Qafqazda pozucu fəaliyyətindən əl çəkməməsinin normal olduğunu deyib: “Onlar münaqişənin sülhlə nəticələnməsində maraqlı deyillər. Çünki sülh olarsa, o zaman korrupsioner fransız siyasətçiləri erməni icmasından rüşvət ala bilməyəcəklər. Fransada yaşayan zəngin erməni icması da müharibənin davam etməsini istəyir. Belə ki, Ermənistanda baş verən problemlər erməni diasporunun daha da zənginləşməsinə gətirib çıxarır və ölkələrində yaranmış hər hansı problemin həlli üçün toplanmış ianələri korrupsiya bataqlığına düşmüş fransız siyasətçilərlə də bölüşürlər... Təbii olaraq, hərbi qarşıdurmada maraqlı olan bütün qüvvələrin fəaliyyəti hazırda eyni istiqamətə yönəlib və onlar öz maraqlarını təmin etmək üçün girov götürülmüş erməniləri ağır vəziyyətə salmaq istəyirlər. Fransa hər bir imkandan istifadə edərək regionda vəziyyəti gərginləşdirməyə çalışır. Bu ölkə kiflənmiş imperiya təfəkkürü ilə Afrikadakı məğlubiyyətlərindən sonra Rusiyanın zəifləməsindən istifadə edərək Cənubi Qafqaza, Orta Şərqə burnunu soxmağa çalışır. Lakin Fransa unutmamalıdır ki, artıq hansısa imperiyanı bərpa etmək iqtidarında deyil. Onun Cənubi Qafqazla bağlı istənilən planı sadəcə olaraq darmadağın ediləcək”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ