Bazar ertəsi günü, 09 noyabr 2026
     

İrəvanın Qarabağ siyasətinin sonu - Ermənistanın mövcudluğu böyük təhlükədə...

Image


Qarabağda qalan ermənilərlə bağlı məsələdə indiki mövqeyini davam etdirən və beləliklə, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərindən əl çəkməyən Ermənistan belə siyasətlə öz mövcudiyyətinin davamını da sual altına alır. Artıq Ermənistanda başa düşürlər ki, indiki siyasət ölkəyə heç nə vermir. Çünki Qarabağ məsələsi bitib, onunla bağlı mənasız mübahisə Ermənistan üçün təhdid yaradır.

Baş verənləri şərh edən Ermənistanın Demokratik Alternativ Partiyasının Siyasi Şurasının sədri Suren Surenyans zamanın ölkəsi əleyhinə işlədiyini etiraf edir: “Bu gün Qarabağ subyektivliyin bütün komponentlərini itirib. Yaranmış vəziyyətdə, hətta Qarabağ üçün siyasi muxtariyyət təklif edən hər hansı bir variantı müzakirə etmək mənasızdır. Kobud desək, “qırmızı xətlər”i müəyyən etmək üçün resurslarımız yoxdur. Hazırda söhbət ermənilərin Qarabağda yaşamaq hüququndan gedə bilər. Bu məsələni birbaşa Rusiya tərəfin qarşısında qoymaq lazımdır: onlar ermənilərə bu hüququ təmin edirlərmi, yoxsa biz humanitar dəhliz və soydaşlarımızın evakuasiyası barədə düşünməliyik?  Rusiyaya aid edilən təkliflər çox pisdir, lakin Bakı tərəfindən qəbul olunarsa, heç olmasa onlar Qarabağ ermənilərinin burada yaşamaq hüququnu təmin edər – minimal təhlükəsizlik zəmanətilə. Rusiyanın təkliflərini tənqid etmək asandır, belə olan halda, qoy opponentlər Qərbin təkliflərini açıqlasınlar, əlbəttə ki, Qarabağ ermənilərinin köçürülməsi haqqında deyilsə. Zaman və beynəlxalq kontekst bizim əleyhimizə işləyir. Əgər indi siyasi həll yolları tapılmasa, iki-üç aydan sonra daha yüksək bədəl ödəməli olacağıq.  Rusiya sülhməramlı missiyası öz mandatını çox pis həyata keçirir. Mübahisə etməyin mənası yoxdur. Buna baxmayaraq, beynəlxalq sülhməramlı missiyanı Qarabağa dəvət etmək çağırışları reallıqdan uzaqdır və vulqar manipulyasiyalardır. Birləşmiş Millətlər Təşkilatı, ATƏT belə bir qərar qəbul etməyəcək, Azərbaycan belə təklifi hətta müzakirə etməyəcək, dünyada elə bir ölkə (hətta Fransa) yoxdur ki, Ermənistan naminə, üstəlik, Qarabağdakı ermənilər naminə Azərbaycan və Türkiyə ilə sərt qarşıdurmaya girməyə hazır olsun. Ermənistanda hakimiyyətin mümkün dəyişməsi qlobal səviyyədə danışıqların kontekstini dəyişməyəcək, lakin Ermənistanın subyektivliyini qaytaracaq. Nikol Paşinyan hakimiyyəti nəinki Qarabağı məhv etdi, həm də siyasi iradənin və gündəliyin olmaması, populizm və avantürizm nəticəsində Ermənistanı faktiki subyektivlikdən məhrum edərək, onu danışıqların obyektinə çevirdi. Paşinyanın kənarlaşdırılması Qarabağın subyektivliyini xilas etməyəcək, amma biz heç olmasa, Ermənistan Respublikasını saxlaya bilərik. Əlbəttə ki, əgər gecikməsək”. Elə erməni hərbi ekspert Azat Adamyan da bildirir ki, vəziyyət sürətlə onların əleyhinə işləyir: “Əgər biz geosiyasi dinamikaya qarşı hərəkət etsək, Ermənistanın böyük bir hissəsini itirə bilərik”. O qeyd edib ki, Ernənistan qlobal siyasi dəyişikliyə qarşı çıxarsa, Qarabağı saxlamaq əvəzinə, Ermənistanın böyük bir hissəsini əldən verə bilər. Digər erməni politoloq Stepan Danielyan da bildirir ki,  Azərbaycanla sülh ölkəsi üçün çox vacibdir: “Yəni biz Azərbaycan və Türkiyə ilə daim münaqişə vəziyyətindəyiksə, o zaman Rusiyadan daim asılı vəziyyətdə qalacağıq və gec-tez öz suverenliyimizdən əl çəkəcəyik. Buna görə də sülh olmasa, müstəqilliyimiz də olmayacaq, erməni dövlətçiliyi sual altında qalacaq. Təəssüf ki, indiki hakimiyyətin siyasəti ona gətirib çıxarıb ki, Ermənistanın maraqlarını heç kim nəzərə almır. Ermənistanın mövcudluğu isə sual altındadır”.

Uzun müddət Ermənistanın xarici siyasətinə rəhbərlik edən Vardan Oskanyan isə belə bir vaxtda gülünc iddia ilə çıxış edərək bildirir ki, İrəvan Bakı ilə sülh müqaviləsindən imtina etməlidir: “Ermənistanın hakimiyyət orqanları hansı sənədi imzalayacaqlarını əvvəlcədən bəyan ediblər. Onlar artıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu əvvəlcədən bildiriblər. Amma bütün bunlara baxmayaraq, həmin bəyənatların hüquqi əsası yoxdur. Çünki hər şey şifahidir, yazılı şəkildə öz əksini tapmayıb. İndi həmin variantlardan maksimum istifadə etmək imkanımız qalır. Ancaq bundan elə istifadə etməliyik ki, yeni bir müharibəyə səbəb olmasın. Bu imkandan istifadə üsulu ciddi təhlükələr ehtiva edir, müharibə ehtimalı günü-gündən artır. Açığı, Nikol Paşinyanın nə düşündüyünü bilmirəm. Siyasi şərhçilər onun heç vaxt sülh müqaviləsinə imza atmayacağını, bəziləri isə bir an əvvəl imzalamağa tələsdiyini deyir. Hər halda hesab edirəm ki, Paşinyan üçün belə bir sənədi imzalamaq asan olmayacaq. Ona görə də mən sadəcə xahiş edirəm, yalvarıram ki, bugünkü danışıqlara yanaşmanı dəyişin. Ermənistan ciddi təhlükə astanasındadır. Erməni cəmiyyəti ümidlərlə BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını gözləsə də, toplantı bizim üçün məyusluqla başa çatdı. Heç bir qətnamə və ya bəyanat qəbul olunmadı. Bundan sonra da Azərbaycanı Laçın yolunu açmağa məcbur edəcək qətnamənin olub-olmayacağı sual altındadır”. Amma parlamentin “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan bildirib ki,  nə sülh müqaviləsini, nə də 10 noyabr bəyanatını ləğv etmək mümkündür: “Vəziyyəti kökündən dəyişmək lazımdır. Sənədi ləğv edə bilməzsiniz, ancaq vəziyyəti öz xeyrimizə dəyişmək variantı qalır. Azərbaycan tərəfi 12 may 1994-cü il tarixli atəşkəs haqqında sənədi ləğv etmədi, əksinə, vəziyyəti dəyişdi”. Ermənistan ordusunun ehtiyatda olan polkovniki Hayk Nahapetyan isə qeyd edir ki, indiki vıziyyətdə Ermənistanda dövlətçilik həqiqətən də təhdid altındadır: “Əliyev İrəvan bizimdir deyəndə nağıl danışmır. O adam öz ordusunda motivasiya yaradır, çünki fəth edən əsgərin motivasiyası başqadır, ölənə qədər də döyüşə bilər. Əliyev Ermənistanın Azərbaycanın bir parçası olduğunu deyəndə öz ordusunun döyüş ruhunu yüksəldir. Çünki azərbaycanlılar itirdiklərini geri qaytaracaqlarına inanırlar. Türklər yüksək motivasiya ilə buraya gələcəklər. Onlar buranı ələ keçirmək üçün qurban verməyə, canı bahasına döyüşməyə hazırdır”. Amma sülh müqaviləsi olduğu halda tamam fərqli mənzərə yarana bilər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ