Bazar ertəsi günü, 09 noyabr 2026
     

Deputat Kamal Cəfərova "yanlış dil" verən Vasif Qafarovun özü tariximizi necə saxtalaşdırıb...

Image


Cumhuriyyət tariximizə ləkə yaxanların, şər atanların olması təəssüf doğurur. Bu mənada ki, bəzi tarixçilər özlərində cəsarət taparaq və tarixi şəraiti nəzərə almayaraq ayrı-ayrı epizodik hadisələrdən istifadə edib Azərbaycan Xalq Cumhuriyyətinin qurucularını qaralayırlar. Cumhuriyyət bizim dövlət müstəqilliyi tariximizin etibarlı ünvanıdır, bu ünvana çirkab atmaq isə bizə başucalığı gətirməz.

Son günlər mətbuatın gündəmini tutan məsələlərdən biri deputat Kamal Cəfərovun məlum məqaləsində tarix üzrə elmlər doktoru Vasif Qafarovun kitabına istinadən yazdığı "V.Qafarovun araşdırmaları göstərir ki, M.Ə.Rəsulzadə və M.H.Hacınski erməni dövləti məsələsində prinsipal olublar, gürcülərdən fərqli olaraq, erməni dövlətinin yaradılması məsələsində israr ediblər. Hətta Azərbaycan nümayəndə heyəti 23 mayda Ənvər Paşaya yazılı müraciət edərək bildiriblər ki, yalnız iki dövlətin yaranması ilə müttəhid Qafqaz fikri məhv olar...” iddiasıdır. 23 may 1918-ci ildə Azərbaycan nümayəndə heyətinin Ənvər Paşaya erməni dövlətinin yaradılması ilə bağlı müraciət etməsi ilə bağlı iddia ciddi müzakirələr doğurub.

Amma V.Qafarovun bu iddiasını əlaqə saxladığımız heç bir mütəxəssis qəbul etmədi, bildirdilər ki, tarixçi keçmişimizə bötan atır.

Söhbət V.Qafarovun hansı əsərinizdən gedir və deputatın istinad etdiyi bu kitab harada çap olunub? 23 may məsələsi haradan çıxıb? Müəllif  bunu nəyin, hansı sənədlərin əsasında yazıb? İddia edildiyi kimi, doğrudanmı 23 mayda Ənvər Paşaya müsəlman fraksiyası məktub yazıb və erməni dövlətinin yaradılmasında israr edib? Tarixçilər qeyd edir ki, Qafarov  Rəsulzadəni, Hacinskini əsassız yerə ittiham edib. 23 may tarixində onlar Ənvər Paşaya belə bir məktub ünvanlamayıblar.

Bu və digər suallarla birinci Vasif Qafarovun özünə müraciət etdik. V.Qafarov açıqlama verməkdən imtina etdi və “Bu mövzu ilə bağlı bütün fikirlərim kitablarımda və məqalələrimdə əks olunub, kitabıma və məqalələrimə müraciət edə bilərsiniz” deyə bildirdi. Ona bildirdik ki, sizin özünüz açıqlama verib fikrinizi əsaslandırsanız yaxşı olar, amma o bir cavab vermədi. Hər halda, biz ondan cavab gözləyirik.

Məsələ üzərində araşdırma apararkən çox maraqlı məlumat əldə etdik. Daim əməkdaşlıq etdiyimiz tarix professorlarından biri bildirdi ki, V.Qafarovun ittihamları ucuz populyarlığa hesablanıb və Müsəlman Fraksiyasını, Rəsulzadəni, Milli Şuranı, o cümlədən də Osmanlı və Cumhuriyyət münasibətlərini, ondan əvvəlki hadisələri qaralamağa çalışır. İllər əvvəl də Qafarovun bu ittihamı gündəmə gətirdiyini deyən professor bildirdi ki, hətta “Space” kanalında bu məsələnin geniş müzakirəsi keçirilib. “Vaxtilə Qafarov televiziyada çıxış edib bu məsələ ilə bağlı qərəzli fikirlər səsləndirmişdi.  Daha diqqət çəkən məqam isə bu cür avantürüst fikirlərinə, Cumhuriyyət irsinə, onun qurucularına şər atdığı üçün bir neçə il əvvəl Vasif Qafarovla bağlı professor Qulu Məhərrəmli, cumhuriyyətçi alim Boran Əziz, professor Solmaz Tohidi və dosent Firdovsiyyə Əhmədova  Nəsimi rayon məhkəməsinə müraciət edib. Amma məhkəmə heç bir araşdırma aparmadan məsələni V.Qafarovun xeyrinə həll edib. Amma o haqlı deyildi. Düzdür, o, Osmanlı arxivlərində işləyib, oradakı sənədləri çap edib, kitablar yazıb, amma qərəzindən qalmayıb”-deyə alim qeyd etdi.

  • Məhərrəm Zülfüqarlı: “İddia edilən 23 may müraciətinə gəlincə, bu iddianı irəli sürənlər öz cılızlıqlarından əl çəkmək istəmirlər

Cumhuriyyət tarixinin tədqiqatçılarından biri, AVCIYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, o dövrdə Osmanlı dövləti ilə Müsəlman Fraksiyası arasında saysız yazışmalar olub və bu yazımaların da hər birini ayrı-ayrılıqda fərqləndirmək çətindir. “Zaman-zaman Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarının üzərinə hücumlar olur, hucum edənlərin də layiqli cavabı verilir. Çox təəssüf ki, professor Şirməmməd Hüseynov sağ deyil, o, bu dövrün, xüsusən də M.Ə.Rəsulzadənin əsas tədqiqatçılarından biridir. Şirməmməd Hüseynovun əsərlərini oxusalar öz layiqli cavablarını alarlar və bu yanlış fikirlərindən əl çəkərlər. Bəzi insanlar bulanlıq suda balıq tutmaqla məşğuldurlar. Bəzi deputatlar xalqın problemlərini yada salmayıb, özləri kimi heç bir uğur qazanmayanlarla birləşib Cumhuriyyətçilərə çirkab atırlar, bu da düzgün deyil. Biz bir millət olaraq Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarına borcluyuq. Cumhuriyyət qurucularına hücum edənlər, Azərbaycan-Türkiyə münasibətlərində soyuqluq yaratmaq istəyən insanlar yanılırlar. Bəzi tarixçilər insanların məlumatsızlığından istifadə edib 1918-1920-ci illər Azərbaycan – Türkiyə münasibətlərinə kölgə salmaq istəyirlər. Birincisi, onlar tarixi yaxşı oxusunlar   və milli dövlətçilik duyğuları olsun…Gələk tarixə, birincisi, Azərbaycan Xalq Cumhuriyyəti yaranana qədər Zaqafqaziya Seymi fəaliyyət göstərirdi və orada üç fraksiya vardı. Nəinki 1918-ci ildə, hətta ondan əvvəl müvəqqəti hökumətin dövründə keçirilən seçkilərdə Cənubi Qafqazda yaşayan üç xalqın nümayəndələri Müvəqqəti hökumətin parlamentinə seçildilər. 1917-ci il oktyabr çevrilişindən sonra bunlar bolşevik hakimiyyətini qəbul etməyərək əvvəl Tiflisdə Zaqafqaziya Komissarlığını, 1918-ci ilin fevral ayında isə Zaqafqaziya Seymini yaratdılar, orada da, dediyim kimi, Azərbaycan, gürcü və erməni deputatlar təmsil olunurdu. 26 mayda Zaqafqaziya Seymi dağıldı, gürcülər öz müstəqilliklərini élan etdilər. Üç fraksiyanın üçü də dövlət yaratmaq fikrində idi. Bu fikri də böyük dövlətlər dəstəkləyirdi. İndi kimsə iddia edir ki, müsəlman fraksiyası, Rəsulzadə, Hacınski erməni dövlətinin yaradılmasında maraqlı idi, bu tamamilə yanlış fikirlərdir. Hesab edirəm ki, bu insanlar o dövr tarixinə 1918-ci il prizmasından baxsınlar. İsti otaqlarda, komfor şəraitində yaşayan və kompüter qarşısında oturub iftiralar atanlar bir anlıq özlərini Cumhuriyyət qurucularının yerinə qoysunlar. Onların Tiflisdə nə evləri, nə oturmağa yerləri, nə pulları, nə də orduları vardı, sadəcə bir cumhuriyyət élan ediblər, ona da sağdan-soldan hücumlar vardı, düşmənlər onlardan əl çəkmirdi. İndiyə qədər düşmənlər Cumhuriyyət qurucularından əl çəkmirlər.  O zaman gürcüləri və erməniləri Almaniya dövləti müdafiə edirdi, o, Birinci Dünya müharibəsində Osmanlının müttəfiqi idi. Almaniya türk ordusunun Azərbaycana gəlməsini qəti şəkildə istəmirdi. Ona görə də, Osmanlı ordusu Azərbaycana Osmanlı ordusu adı ilə deyil, Qafqaz İslam Ordusu adı ilə gəldi və élan etdilər ki, bu ordu könüllü ordudur, onun Osmanlı ordusuna heç bir aidiyyəti yoxdur, o müsəlman-türk qardaşlarını müdafiə etmək üçün gəlib. Belə bir şəraitdə dövlət qurmağa Azərbaycanın və gürcülərin öz ərazisi vardı, ermənilərin isə yox idi. Onlar bizim bölgəyə Türkmənçay müqaviləsindən sonra zaman-zaman köçürülən ermənilər idi. Türkiyə ilə Rusiya arasında Ərzincan müqaviləsindən sonra Türkiyədən Qafqaza  böyük bir erməni axını başladı. Gələn ermənilərin əksəriyyəti əli silahlı idi, onlar nəinki İrəvanı, hətta Bakını “erməni şəhəri” élan etmək istəyirdilər. Belə bir şəraitdə pulu, ordusu, hətta oturmağa yeri olmayan insanlar necə çətinliklə dövləti yaratdılar. O ki qaldı İrəvanın verilməsinə, silahlı ermənilərin gəlişi ilə 1918-ci ilə qədər artıq İrəvanda onların sayı artmışdı. Hətta  1917-ci ildə keçirlən duma seçkilərində İrəvandan üç nümayəndə seçilmişdi ki, onun ikisi erməni, biri azərbaycanlı idi. Gəncədən seçilənlərin ikisi azərbaycanlı, bir erməni, Bakıdan isə iki azərbaycanlı bir erməni seçilmişdi. O zamandan orada ermənilər güclənmişdi. Yəni Cumhuriyyətin yaradıcıları iki pisdən birini seçdilər. Çünki Bakı Şaumyanın əlində idi. Bakı azad edilməli idi. Rəsulzadə demişdi ki, Bakısıız Azərbaycan başsız bədən kimidir. Bakı mütləq azad olmalı idi. Bakını azad etmək üçün isə Seymdə olan və bolşeviklərlə düşmənçilik edən ermənilərlə hər hansı bir razılığa gəlmək lazım idi. Ermənilər də belə öhdəlik götürdülər ki, Azərbaycan Milli Şurası İrəvan və onun ətrafını güzəştə gedərsə, bolşevizmə qarşı mübarizədə birgə fəaliyyət göstərəckər, Qarabağa olan iddialarından isə əl çəkəcəklər. Bu adi uşağa da aydındır ki, o zaman imkan, güc olsaydı heç bir azərbaycanlı buna razı olmazdı. İkincisi, Milli Şura qərar qəbul etməsəydi belə, ermənilərin silahlı qüvvələri onsuz da o əraziləri tutacaqdı. Bakını azad etmək, Azərbaycan Cumhuriyyətini bərqərar etmək üçün bu addımlar atılıb.

Zaman-zaman fəaliyyəti zəif olan, Azərbaycanın ictimai həyatında tanınmayan insanlar bu cür çıxışlarla özlərinə reytinq qazanmaq istəyirlər. Bu isə çox yanlış halıdır.

İddia edilən 23 may müraciətinə gəlincə, bu iddianı irəli sürənlər öz cılızlıqlarından əl çəkmək istəmirlər, bununla yarınmaq istəyirlər...Deyim ki, Müsəlman Fraksiyasının Osmanlıya qarşı qoymaq səlahiyyəti yox idi ki, durub belə bir tələblə çıxış etsinlər”-deyə M.Zülfüqarlı qeyd etdi.

  • Qulu Məhərrəmli: “…Bu tamamilə yanlış, əsası olmayan bir iddadır”

Professor Qulu Məhərrəmlinin məsələyə mövqeyi belə oldu: “Mən peşə etibarı ilə tarixçi deyiləm. Tarixi sənədləri, məktubları təhlil etmək istənilən tədqiqatçıdan obyektivlik və dürüstlük, vicdan tələb edir. Amma təəssüf ki, tarixçilərin bir çoxunda bu yoxdur. O cümlədən,  bu qaldırılan məsələlər ki var, bunlar tarixi xətt, proses kimi götürülmür, bəzən epizodlardan götürüb nəsə düzəltməyə çalışırlar. Tarixçi monipulyasiya ilə məşğul olmamalıdır. Əgər o gündəmə çıxmaq, sifariş eyrinə yetirmək üçün hansısa bir epoizodu təhrif edirsə, o vicdansızlıqla məşğuldur. O ki qaldı Vasif Qafarova, mən onu bir televiziya kanalından tanıyıram, o orada bir monipulyator kimi çıxış etdi, ona da mən çox kəskin reaksiya vermişəm. Vasif Qafarov o vaxt iddia edirdi ki, guya Tələt Paşa göndərdiyi teleqramda deyib ki, ermənilərə heç vaxt dövlət qurmaq olmaz və sair. Guya Azərbaycan tərəfi də təkid edib ki, yox, “erməni dövləti qurulmalıdır”, bu tamamilə yanlış, əsası olmayan bir iddadır. Bəli, Tələt Paşanın belə bir teleqramı var. Onun birinci hissəsində ümumi münasibət bildirir, amma teleqramın sonunda qeyd edir ki, indiki halda ermənilərə mütləq bir dövlət qurulmalıdır. Yəni sənədin birinci hissəsini verib ikinci hissəsini gizlətmək tarixçi davranışı deyil, bu, faktlarla oynamaqdır, tarixə dələduzcasına yanaşmaqdır. Ona görə də bu cür tarixçilərin verdikləri informasiyaların heç biri doğru deyil. Ciddi tarixçilərin qənaəti budur, ümumiyyətlə prosesin gedişatı bundan ibarətdir ki, bəli, 1918-ci ildə, yəni  Cumhuriyyətin qurulması ərəfəsində Cənubi Qafqazda vəziyyətə Osmanlı imperiyası nəzarət edirdi, burada erməni dövləti yaratmaq da, təbii ki, Osmanlı imperiyasının istəyi idi…”-deyə qeyd edən Q.Məhərrəmlinin sözlərinə görə, o dövrdə ermənilərin kifayət qədər güclü siyasi təşkilatları, 20-yə yaxın hərbi diviziyası olub, eyni zamanda onlar Qərbdən də güclü dəstək alıblar.  Q.Məhərrəmli vurğuladı ki, burada Xalq Cumhuriyyəti qurucularına ləkə yaxmaq, onlara qara yaxmaq sadəcə vicdansızlıqdır.

İradə SARIYEVA
P.S. Mövzu ilə bağlı polemikaya qoşulmaq istəyənlərin fikirlərini də işıqlandıra bilərik. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ