Bazar ertəsi günü, 09 noyabr 2026
     

Makronun Fransa xalqı qarşısında cinayətlərinin təsnifatı...

Image


Fransada davam edən iğtişaşlar fonunda hökumət hələ də etirazçıların həbsi ilə üzləşdiyi böhrandan xilas olmaq istəyir. Amma atılan radikal addımlar vəziyyəti daha da pisləşdirir. Eyni zamanda baş verənlər bu ölkədə irqçilik, polis zorakılığının yüksək həddə olduğunu göstərir.

Məsələ burasındadır ki, Fransada Əlcəzair əsilli 17 yaşlı sürücü Nahel Merzuk Nanterdə polis zabiti tərəfindən odlu silahdan açılan atəşlə öldürülüb, bunun isə məqsədqyönlü hal olduğu üzə çıxır. Belə ki, həmin avtomobildə olan digər gənc oğlanın ifadələri məslənin əsl mahiyyətini üzə çıxarıb. O bildirib ki, bu qətllə bağlı sosial mediada çoxlu yalanlar var, halbuki, polis 17 yaşlı sürücünü əvvəlcə ölümlə hədələyib: "Biz spirt və ya narkotikin təsiri altında deyildik". Yeniyetmələr avtobus zolağında hərəkətdə olarkən polis motosikletlərinin sayrışan işıqlarla onların arxasınca getdiyini görüb maşını saxlayıblar. Daha sonra zabit maşının pəncərəsinə yaxınlaşaraq Nahelə pəncərənin şüşəsini aşağı salmağı əmr edib və bildirib: “Mühərriki dayandır, yoxsa atəş açacam”. Zabit daha sonra Nahelə tapançanın qundağı ilə zərbə endirib, ikinci polis gələndə o da silahının qundağı ilə Əlcəzair əsilli gəncə zərbə endirib. “Yerindən tərpənmə, yoxsa sənin başına güllə vuraram”, - deyə birinci polis Nahelin başına silah dayayıb. Gənc iddia edib ki, digər polis zabiti “onu vur” deyib. Şahidin sözlərinə görə, birinci zabit tapançasının qundağı ilə Naheli yenidən vuraraq, ayağını avtomobilin əyləcindən çəkməyə məcbur edib, bu da maşının irəli getməsinə səbəb olub. Bundan sonra ikinci zabit silahı ilə sürücüyə atəş açıb, ona görə də Nahel ayağını qaz əyləcinə basıb: “Onun necə ağrıdığını, titrədiyini gördüm. Mən qorxdum, maşından düşüb qaçdım. Düşündüm ki, məni də güllələyə bilərlər. Ona görə də qaçdım”. Nahelin anası Muniya isə, digər fəallar kimi, oğlunun qətlinə məhz irqinin səbəb olduğuna inanır. Bu barədə “France 5” telekanalına müsahibə verən Muniya qeyd edib ki, bütünlüklə polis qüvvələrini deyil, məhz oğlunu qətlə yetirmiş polis zabitini günahlandırır: “O, ərəbin üzünü gördü və onu öldürmək istədi. Gənclərin bu şəkildə öldürülməsi nə vaxta qədər davam edəcək? Neçə ana mənim aqibətimi yaşayacaq? Nəyi gözləyirlər?”. Qeyd edək ki, yüksək səviyyəli məmurların məsələnin araşdırılması üçün ədliyyə sisteminə vaxt verilməsi və səbrli davranışlar sərgilənməsi ilə bağlı çağırışlarına baxmayaraq, Fransa daxilində xeyli sayda insan, xüsusilə də rənginə görə polis ayrıseçkiliyinin qurbanı olmuş gənc insanlar şok və qəzəb içindədirlər. Bir həftəyə yaxındır ki, xalq etiraz edir. Amma eyni zamanda hadisələrin intensivliyinin bir qədər azaldığı da bildirilir. Ehtimal edilir ki, bu, hadisələrin qarşısını almağa cəlb olunan polisin sayının artırılması ilə bağlıdır. Bu sayın 45 mindən çox olduğu bildirilir. Beş gün ərzində həbs olunanların sayı 3 mini ötüb. Etiraz edənlər əsasən gənclərdir. Polis zorakılıq və irqçilikdə ittiham olunur. Fransa prezidenti Emmanuel Makron qətli “açıqlanmaz və bağışlanmaz” adlandırıb. O, “ədalətin qalib gəlməsi üçün” zorakılığa son qoymağa çağırıb. Amma xatırladaq ki, Nahelin polis tərəfindən öldürülməsi nəticəsində yaranan etirazlar fonunda Makronun və onun həyat yoldaşı Bricit Makronun Elton Conun Parisin məşhur “l’Accor Arena” salonunda keçirilən konsertində iştirak etmələri, əylənmələri mediada böyük əks-səda doğurub və hiddətə səbəb olub. Bir sıra xəbər portallarında və sosial mediada yayımlanan materiallarda “Heç nə onun vecinə deyil”, “O, hadisələrin mərkəzində olmaq əvəzinə, indi əylənir”, “Küçələrdə vandallıq, soyğunçuluq baş alıb gedir, Makron isə əylənir, cənab Makron, bunu dayandırmaq üçün tez hərəkətə keçmək lazımdır” kimi fikirlərə tez-tez rast gəlinir. Ənənəvi mediada yayılan xəbərlərin manşetlərində əsasən 17 yaşlı Nahelin öldürülməsi və Makronun konsertdə iştirakı paralel yer alıb.

Makronun belə bir məqamda əyləncəyə vaxt tapması bir daha göstərir ki, onu sadə fransızların qayğıları yox, hakimiyyətə gətirmiş marginal qrupların, o cümlədən erməni lobbisinin tələbləri maraqlandırır. Makronun hakimiyyətə gəlməsi ilə Fransanın demokratiyanın beşiyi olmasına son qoyulub. Hətta bir çox siyasətçilər belə ölkədəki indiki vəziyyəti avtoritarizm adlandırırlar. Dünyaya demokratiya dərsi keçməyə çalışan bir ölkədə bu gün insanların təhlükəsiz yaşamaq, şəxsi mülkiyyət kimi fundamental hüquqları belə təmin edilmir. Polis, eləcə də Makron hökuməti etirazçılar və etirazlarla paralel olaraq baş verən soyğunçuluq halları qarşısında aciz qalıblar, çünki real vəziyyəti idarə etməyə qadir deyillər. Qeyd edək ki, iğtişaşlar zamanı dövlət idarələri, banklar, polis komissarlıqları dağıdılıb və ya yandırılıb, ictimai nəqliyyata və avtomobillərə od vurulub, bir çox mağazalar talan edilib. Bordoda iğtişaşçılar ovçuluq mağazasından silah və patronlar ələ keçiriblər.  Ölkədə baş verənlər artıq dövlət böhranı səviyyəsinə çatıb. Əsas şəhərlərdə idarəetmə iflic vəziyyətdədir. Hər gün daha da alovlanan və genişlənən etirazlar ölkədəki xaos və hərc-mərcliyi daha da dərinləşdirir. Buna baxmayaraq, Fransa polisi öz vətəndaşı ilə amansız mübarizəsini davam etdirir. Lakin görünən odur ki, nümayişçilər öz haqlı tələblərindən əl çəkmək fikrində deyillər. Daha bir maraqlı nüans odur ki,  Fransanın artıq Afrikadakı müstəmləkələrindən qovulması prosesi gedir. Bu amil də Makron hakimiyyətinin qeyri-fransızlara qarşı aqressiyasını daha da artırır. Baş verənlər bir daha göstərir ki, ölkəni diktatura üsulu ilə idarə edən Makron hakimiyyəti etimadını itirib. Qeyd edək ki, Makronun hakimiyyətə gəlişindən bəri Fransada bir neçə genişmiqyaslı etiraz aksiyası (Sarı jiletlilər, pensiya islahatları və sair) baş verib ki, bunlar da ölkə həyatının müxtəlif sahələrinə aid olub. Bu bir daha sübut edir ki, Makron idarəetmədə acizdir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp Nvidia-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ