Cümə günü, 09 oktyabr 2026
     

Milli Qəhrəmanlar haqda çəkilən sənədli filmlərdə nələr çatışmır?

Image


Təranə Əlizadə: “Hansı filmi ki, televizya rejissorları çəkib, həmin filmlər film çərçivəsinə uyğun gəlmir, verilişi xatırladır”
Roza Əliqızı: “Mənə elə gəlir ki, yavaş-yavaş daha yaxşı filmlər çəkiləcək”
Əli İsa Cabbarov: “Milli Qəhrəmanlar haqda filmlərin çəkilməsi yaxşıdır, amma onların ölkədən kənarda təbliğatı yoxdur”

 

Milli Qəhrəman mövzusu olduqca həssas olduğundan, yaradıcılıq sahəsində ona yanaşma da fərqli olmalıdır. Son illər Milli Qəhrəmanların həyatı, döyüş yolu, onların yaratdığı qəhrəmanlıq epopeyasının gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində oynadığı müsbət rolla bağlı kitablar yazılır, proqramlar hazırlanır, filmlər çəkilir. Əlbəttə, bu sahədə görülən işlər təqdirəlayiq hesab edilməlidir.

İndiyə qədər Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş” sənədli filmlər studiyasında dövlət sifarişi ilə “Milli Qəhrəmanlar” silsiləsindən bir sıra qəhrəman vətən oğulları ilə bağlı sənədli filmlər çəkilib, bəziləri çəkilməkdədir.

Milli Qəhrəman Ramiz Qənbərov, Təbriz Xəlilbəyli, Pəhləvan Fərzəliyev, Vəzir Sədiyev, Vəzir Orucov, Fred Asif və başqaları ilə bağlı sənədli filmlər ərsəyə gətirilib. “Yaddaş” sənədli filmlər studiyası ilə yanaşı, telekanallar da Milli Qəhrəmanlar haqqında sənədli filmlər çəkirlər. Bu sahədə AzTV-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin də gördüyü işləri qeyd etməliyik. Hər bir Milli Qəhrəman öz adını xalqımızın şərəf tarixinə yazıb və Azərbaycan xalqı yaşadıqca, qəhrəmanlarımız da yaddaş-yaddaşa, tarixdən-tarixə keçib yaşayacaq. Hər bir Milli Qəhrəmanın ömür və döyüş yolu bir vətənpərvərlik, vətən sevgisi məktəbidir. Bu əxlaq, tərbiyə, vətənpərvərlik məktəbi gəncliyin həmişə ehtiram göstərdiyi bir ünvan olmalıdır.

Milli Qəhrəmanlar haqqında çəkilən sənədli filmləri analiz edən kinoşünaslar bildirir ki, onlar haqqında film çəkilməsi olduqca vacibdir. Onların vurğuladığına görə, bu işlə təsadüfi adamlar məşğul olmalı deyil. Ekspertlər vurğulayır ki, “Yaddaş” sənədli filmlər studiyası tərəfindən çəkilən filmlərdə bir qədər pafos hiss olunsa da, filmlər bütövlükdə tarixi həqiqət üzərində köklənib.

Kinoşünaslar qeyd edir ki, bəzi hallarda Milli Qəhrəmanlar haqqında çəkilən filmlər arasında filmdən çox verilişə, proqrama oxşayanlar da var. Bu sahədə Azərbaycanın kifayət qədər təcrübəsi olduğunu deyən sənədli film mütəxəssisləri bildirir ki, televiziya rejissorlarının bu işə cəlb edilməsi müəyyən hallarda filmləri veriliş səviyyəsinə endirir. Bu işlə sırf sənədli kino rejissorlarının məşğul olmalı olduğunu düşünən ekspertlər vurğulayır ki, televiziya rejissoru sənədli filmə uğur gətirə bilməz.

Teatrşünas Təranə Əlizadə vurğulayır ki, Milli Qəhrəmanlar haqqında filmlər çəkilərkən onların ailə üzvlərinin, döyüş dostlarının çıxışı ilə kifayətlənmək lazım deyil, burada qəhrəmanın obrazı yaradılmalı, hadisə canlı şəkildə təqdim edilmləlidir: “Milli Qəhrəmanların təbliğ edilməsi, gənc nəslə tanıdılması istiqamətində görülən işlər bütövlükdə müsbətdir. Onlar barədə çəkilən filmlərə gəlincə, deyə bilərəm ki, indiyə qədər 15-ə yaxın filmə baxmışam. Xoşuma gələnlər də olub, gəlməyənlər də. Hansı filmi ki, televiziya rejissorları  çəkib, həmin filmlər film çərçivəsinə uyğun gəlmir, verilişi xatırladır. Hansını ki, kinorejissor çəkib, onlar yaxşı alınıb. Səhv etmirəmsə, Azərbaycanda 215 Milli Qəhrəman var, onların böyük əksəriyyəti şəhid olub, 18 nəfəri isə sağdır. Onların hər biri haqqında çox yüksək səviyyədə sənədli, hətta bədii filmlər çəkilməlidir. Amma, üst-üstə, “Yaddaş” studiyasında 20-30 sənədli film çəkilib. Halbuki, bunun sayı daha çox olmalıdır. Əsas məsələlərdən biri odur ki, bu filmlər çəkiləndən sonra bir dəfə təqdimatı keçirilir, sonra isə kənara qoyulur. Ancaq növbəli dəfə bu filmlərin məktəblərdə, universitetlərdə, hərbi məktəblərdə, hərbi hissələrdə və s. yerlərdə nümayişi keçirilməlidir ki, film gəncliyə təsir edə bilsin. Televiziyalar bu filmləri yaymalıdır. Milli Qəhrəmanların obrazları yaradılmalıdır. Kinoda, teatrda Milli Qəhrəmanlarla bağlı təbliğat gücləndirilməlidir”.

Hərbi jurnalist Roza Əliqızı bizimlə söhbətində çəkilən filmləri təqdir etdiyini dedi: “Bizi qane etsə də, etməsə də, çəkilməsi vacibdir. Mənə elə gəlir ki, yavaş-yavaş daha yaxşı filmlər çəkiləcək.  Biri var çəkilməyə, biri də var çəkilə. İkinci birincidən yaxşıdır. Bu filmləri çəkdikləri üçün çox sağ olsunlar. Nə yaxşı ki, yada salırlar”.

Kinorejissor-prodüsser Əli İsa Cabbarov isə bildirdi ki, Azərbaycan Respublikası Milli Qəhrəmanları haqqında filmlərə kompleks münasibət bildirmək üçün o filmlərin hamısına bir-bir baxmaq lazımdır. Ayrı-ayrı filmlərə gəlincə, Ə.İ.Cabbarov bildirdi ki, Milli Qəhrəman mövzusu mütəmadi olaraq təbliğ edilsə, bunun faydası böyük olar. O hesab edir ki, bu filmlər ancaq ölkə daxili ilə məhdudlaşmamalıdır: “Bu mövzu həmişə təbliğ edilməlidir. Milli Qəhrəmanlar haqda filmlərin çəkilməsi yaxşıdır, amma onların ölkədən kənarda təbliğatı yoxdur. Hesab edirəm ki, bu filmlər müxtəlif dillərə tərcümə edilib xaricə də çıxarılmalıdır. Onlar da bizim Milli Qəhrəmanlarımızı tanımalıdır. Milli Qəhrəmanlar haqqında filmlərin məktəblərdə, başqa yerlərdə təbliği faydalıdır, bu, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Milli Qəhrəmanlar, qəhrəman vətən övladları haqında film çəkənlər sırasında rejissor Nizami Abbasın, rejissor Emin Əfəndiyevin filmləri professionallıq baxımından və digər məziyyətlərinə görə çox gözəl filmlər kimi yadımda qalıb.

Ümumiyyətlə, Milli Qəhrəmanlar barədə çəkilən filmləri təqdir edirəm. Sadəcə, bizim Milli Qəhrəmanlarla bağlı sənədli filmlərdə pafos var. Əslində, faktları önə çəkmək lazımdır, pafos olmasa yaxşıdır”.  

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ