Cümə günü, 09 oktyabr 2026
     

DTX-dan orijinal addım – muzeyə yüzlərlə müstəsna dəyərli eksponat verildi…

Image


Nəcəf Müseyibli: “Əsas odur ki, bizim üçün qiymətli olan nümunələr aşkarlanaraq muzeyə təhvil verilib”
Rəşad Salmanov: “Həmin əməliyyat keçən il mənim müraciətim əsasında həyata keçirilib”
“Onun evindən 385 ədəd eksponat götürüldü”

 

Hər bir maddi mədəniyyət nümunəsi xalqımızın tarixinin bir parçasıdır. Odur ki, hər bir vətəndaş ana torpağımızda olan hər saxsı parçasının belə qədrini bilməlidir. Bu ən azından bizim tariximizə, dövlətimizə və milli maraqlarımıza göstərdiyimiz xidmət olardı. Ancaq təəssüf ki, bəzi vətəndaşlarımız öz maddi rifahlarını milli maraqlardan üstün tuturlar. Maddi mədəniyyət nümunələrimizə bəzi vətəndaşların göstərdiyi neqativ münasibətin qarşısı alınıb.

Yerli mətbuatın yaydığı məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə tədbirləri nəticəsində Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə aid arxeoloji əhəmiyyət kəsb edən, maddi mədəniyyət nümunələri olan 385 ədəd əşya və predmetin Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilməsi təmin olunub.

DTX-nin İctimai Əlaqələr Mərkəzindən “Trend”ə verilən məlumata görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərinin ilkin rəyinə əsasən, həmin maddi mədəniyyət nümunələri, o cümlədən əksəriyyəti daş dövrünün müxtəlif mərhələlərinə və ilk orta əsrlər dövrünə aid olan tuncdan və dəmirdən hazırlanmış döyüş silahları, təsərrüfat təyinatlı saxsı qablar və onların qalıqları, daş əmək alətləri, qadın bəzək əşyaları, gümüş sikkələr tarixi əhəmiyyətə malikdir və onların arxeoloji tədqiqatına ehtiyac var. Bu tarixi əhəmiyyətli tapıntılar öyrənildikdən sonra muzeylərdə nümayiş etdiriləcək.

Məlumatlara görə, Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilmiş nadir tarixi sərvətlər Azərbaycanda sürətlə inkişaf edən turizmə, xüsusilə respublikamıza qonaq gələn əcnəbilərə xalqımızın, ölkəmizin milli yaddaşını özündə daşıyan maddi mədəniyyət nümunələrinin təbliği üçün daha bir töhfədir.

Bu nümunələrin yerli əhalidən, evlərdən, yoxsa qaçaqmalçılıqla məşğul olan şəxslərdən toplandığını araşdırdıq.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli ilə əlaqə saxladıq. N.Müseyibli bizimlə söhbətində Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə aid arxeoloji əhəmiyyət kəsb edən, maddi mədəniyyət nümunələri olan 385 ədəd əşya və predmetin Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verildiyini bildirsə də, o nümunələrin hansı yolla əldə edildiyindən məlumatsız olduğunu dedi: “Bu barədə informasiyam yoxdur. Əsas odur ki, bizim üçün qiymətli olan nümunələr aşkarlanaraq muzeyə təhvil verilib. Tapıntının xilas edilərək muzeyə verilməsi müsbət haldır”.

Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Rəşad Salmanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid olan əşya və predmetlər xüsusi əməliyyat nəticəsində götürülüb: “Həmin əməliyyat keçən il mənim müraciətim əsasında həyata keçirilib. Mən onda Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbəri idim. O vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin rayon bölməsinə bu barədə müraciət etdim ki, müxətəlif adamlar (əksəriyyəti tarix müəllimləridir - R.S) qanunsuz olaraq araşdırma adı ilə əraziləri gəzib qədim dövrləri əhatə edən tarixi eksponatları götürüb evlərinə yığıb saxlayırlar. Bizim rayon da İranla sərhəddir. Etimal oluna bilər ki, onlar belə nümunələri İrana da keçirsinlər, çünki belə oğurluq halları çox olub. Çox eksponatlar buradan İrana daşınıb aparılıb. Biz burada bir baş daşı tapmışıq. Mən onun ikincisini gedib Ərdəbildə aşkarladım. Onunla bağlı DTX Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edəcək ki, İrana nota versin.

Mənim müraciətimdən sonra DTX araşdırma aparmağa başladı. Hələ ki, o adamların adlarını açıqlamaq mümkün deyil. Biz hətta əvvəl onlara müraciət etdik ki, gətirib topladıqları əşya və predmetləri muzeyə təhvil versinlər. Hərəsi bir bəhanə edib o nümunələri muzeyə vermədilər. Görünür, verməməkdə maraqları var imiş. On gün bundan əvvəl DTX əməkdaşlarının, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qoşqar Qoşqarlının (Qoşqar müəllim bu işə ekspert kimi cəlb edilmişdi - R.S)  iştirakı ilə  həmin şəxsin evinə baxış keçirildi. Onun evindən 385 ədəd eksponat götürüldü. Onun bir neçəsi üst paleolit dövrünə, yəni 100-150 min il bundan əvvələ aiddir. 1800-cü illərə aid eksponatlar da var. Əksəriyyəti isə bizim eradan əvvəl tunc dövrünə mənsubdur. Biri isə üst paleolit dövrünə aiddir. Bu, Cəlilabadda ikinci tapılmış üst paleolit dövrünə aid eksponatdır. Bu da onu göstərir ki, Cəlilabadda ibtidai icma quruluşu dövründə də yaşayış olub. Bundan əvvəl qədim yaşı olan kəsici alət tapılmışdı. Bu alətin analoqu yoxdur, o bizim Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində saxlanır. Bu, ibtidai icma dövrü insanının işlətdiyi daşdan hazırlanmış dəstəksiz kəsici alətdir. Onunla ağac kəsirmişlər, ya heyvan öldürürmüşlər, məlum deyil. Ucu bıçaq kimi iti, lakin özü dəstəksiz baltaya bənzəyir, əldə tuturmuşlar.

Sonra Şirvan xalçaları növünə mənsub 1800-cü illərə aid kilim, Sasanilər dövrünə aid eksponatlar var. O vaxt daş atmaq üçün mancanaqlar olardı, həmin mancanaq mərmiləri də aşkarlanıb.  Götürülən əşyalar arasında saxsı əşyalar, müxtəlif dövrləri əks etdirən gümüş pullar, qadın bəzək əşyaları, Qızılbaşlara aid qədim baş daşları və s. var, bunlar o adamdan götürülüb”.

R.Salmanov qeyd etdi ki, DTX bu əməliyyatdan sonra təkrarən ikinci əməliyyat da həyata keçirib və nəticədə 62 ədəd qədim tarixə malik maddi mədəniyyət nümunəsi götürülüb və muzeyə təhvil verilib: “Bu eksponatların içində qədim çar dövrünə aid kağız pul əskinasları da var. Hazırda o eksponatlar da rayon muzeyindədir, onların üzərində iş gedir. Hazırlaşırıq ki, gələn ay tədbir keçirək və əldə edilən həmin eksponatları rayon ictimaiyyətinə, yerli əhaliyə nümayiş etdirək. Camaat görsün ki, bizim rayonun ərazisindən nələr tapılıb. Doğrudan da Cəlilabad qədim tarixə malik bir yaşayış ərazisidir. Məsələn, Cəlilabadda bir sinə daşı tapılıb. Bayar ki, sizə dedim, onun ikincisini Ərdəbildə aşkarlamışam. Həmin daşın üzərindəki yazını oxumaq mümkün deyil. Onun üzərindəki yazıya oxşar dünyada aşkarlanmış yazı nümunələri arasında ikinci bir nümunə yoxdur. Hələ onu oxumaq mümkün deyil ki, görək üstündə nə yazılıb. Onun bir işarəsinin oxşarı Mesopotomiyada bir qab qırığının üzərində var. O bizdə tapılan daşla eyni tarixə malikdir. Çünki bu yazı nümunəsi yoxdur, aşkar olunmayıb. Bizdə aşkarlanan daşın hardasa 400 kq-a yaxın çəkisi var, bu daş mənşə etibarilə Azərbaycana məxsus deyil. Mənşəyinə görə İraqa məxsus daşdır. Bizdə iki dənə o cür daş olub, birini İrana oğurlayıb aparıblar, Ərdəbildədir. Dediyim kimi, o daşı şəxsən görmüşəm, hətta o vaxt şəklini də çəkmişdim. Biz Cəlilabadda olan daşı niyə yerindən tərpədib muzeyə gətirdik? Biz həmişə qədim qəbirlərin sökülməsinin əleyhinə olmuşuq. Sadəcə, onu da oğurlamağa cəhd etmişdilər, onu qəbirdən sürüşdürüb yola qədər gətirmişdilər. Biz rayon rəhbərliyinə, DTX-ya müraciət etdik, sağ olsunlar, kömək etdilər, o daşı qorumaq məsqsədilə götürdük. O daş hazırda Heydər Əliyev Mərkəzində mühafizə edilir”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ