şənbə günü, 15 avqust 2026
     

Kitabxanalarımızda uşaq ədəbiyyatı qıtlığı?...

Image


F.Köçərli adına Respublika Kitabxanasının əməkdaşı: “Dünya uşaq ədəbiyyatının klassik və müasir yazarlarının əsərləri ilə də kitabxanamız təmin olunub”
M.Seyidzadə adına Mərkəzi Uşaq Şəhər Kitabxanasının əməkdaşı: “Uşaq ədəbiyyatı  nümunələrinə gəlincə, bu sahədə heç bir korluğumuz yoxdur”
Bakı Şəhər Uşaq Kitabxanasının əməkdaşı: “Bizim kitabxanada müasir uşaq yazıçı və şairlərinin kitabları azdır”
Kəmalə Qəzənfərli: “Ola bilsin hamısında deyil, bəzi kitabxanalarda indiki Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələri olmasın”

 

Uşaq ədəbiyyatı uşaqların formalaşmasında olduqca böyük rol oynayır. Müasir uşaqların internet asılılığını nəzərə alsaq deyə bilərik ki, indi məktəbli uşaqlar arasında onlar üçün yaradılan ədəbiyyata maraq elə də güclü deyil. Uşaqlarımızın ədəbiyyata bağlanmasına hər birimiz əməlli-başlı çalışmalıyıq. Sözsüz ki, burada kitabxanaların da rolu böyük olmalıdır. Bəziləri uşaqların kitabxanalara üz tutmamasının səbəbini guya burada uşaq ədəbiyyatı nümunələrinin az sayda olması ilə əlaqələndirir. Deyilənə görə, bəzi kitabxanalarda müasir uşaq yazarlarının əsərlərinə rast gəlinmir.

Yeri gəlmişkən, onu da bildirək ki, müasir uşaqların əksəriyyəti onunla bir dövrdə yaşayan, əsərlər yazıb çap etdirən yazıçıları tanımır. Təbii, burada günah bu sahədə təbliğatın zəif olmasındadır. Yəni uşaq yazıçı və şairləri təbliğ olunsaydı, uşaqlar mütləq onları tanıyar, yazdıqlarını oxumağa çalışardılar.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə kütləvi çapı həyata keçirildi. Burada dünya və Azərbaycan uşaq ədəbiyyatı nümunələri də vardı.

Uşaq ədəbiyyatı nümunələrinin uşaqlar arasında lazımi səviyyədə təbliğ edilməməsi “kitabxanalarda uşaq ədəbiyyatı qıtdır” fikrinin yaranmasına gətirib çıxarır.

Əlaqə saxladığımız şəhər kitabxanalarından bir çoxundan bildirdilər ki, Prezident Sərəncamı ilə latın əlifbası ilə çap olunan dünya və Azərbaycan uşaq ədəbiyyatı nümunələri alıblar, kitabxanalarda əsasən müasir yazarların əsərlərinə az rast gəlinir.

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasından “Bakı-Xəbər”ə verilən məlumata görə, bu kitabxanada uşaq ədəbiyyatı sahəsində heç bir problem yoxdur. Kitabxana əməkdaşının bildirdiyinə görə, kitabxana profilinə uyğun olaraq klassik və müasir Azərbaycan, eləcə də dünya ədəbiyyatı nümunələri ilə zəngindir: “Bura Respublika Uşaq Kitabxanası olduğu üçün bizim fondda bütün ədəbiyyat nümunələri var. Dünya uşaq ədəbiyyatının klassik və müasir yazarlarının əsərləri ilə də kitabxanamız təmin olunub. Azərbaycan ədəbiyyatının da həm klassik, həm də müasir uşaq yazarlarının kitablarını almışıq. Bizdə müasir uşaq yazıçı və şairlərindən İlyas Tapdığın, Qəşəm İsabəylinin, Sevinc Nuruqızının, Zahid Xəlilin, Ələmdar Quluzadənin, Elvira Məmmədlinin, Aygün Bünyadzadənin, Gülzar İbrahimovanın və digərlərinin kitabları var. Biz Sevinc Nuruqızının kitablarını Beynəlxalq Kitab Şurasına təqdim etmişik. Ümumiyyətlə, uşaq ədəbiyyatı nümunələri ilə bağlı kitabxanamızda heç bir problem yoxdur. Uşaqlar bizimlə mütəmadi əlaqə saxlayır, kitabları götürüb oxuyurlar. Kitabxanamızın fondu olduqca zəngindir. Biz hətta burada şagirdlərin uşaq yazıçı və şairlərinin də görüşlərini təşkil edirik”.

Bakı Şəhər Uşaq Kitabxanasından (M.Qorki adına Səyyar kitabxana fondu) isə bildirdilər ki, kitabxanada  Prezident Sərəncamı ilə nəşr edilən dünya və Azərbaycan uşaq ədəbiyyatı nümunələri çox olsa da, müasir dünya və Azərbaycan uşaq ədəbiyyatı nümunələri azdır: “Bizim kitabxanada müasir uşaq yazıçı və şairlərinin kitabları azdır”.

M.Seyidzadə adına Mərkəzi Uşaq Şəhər Kitabxanasından isə bizə bildirdilər ki, kitabxana şəhərin mərkəzində yerləşdiyindən, bura maraq böyükdür. Kitabxana fondunda olan kitablara tələbatın çox olduğunu deyən kitabxana əməkdaşının sözlərinə görə, kitabxana tam olaraq uşaq ədəbiyyatı nümunələri ilə təmin olunub: “Biz mütəmadi olaraq kitablar alırıq. Prezident Sərəncamına əsasən, latın qrafikası ilə çap olunan kitablar da kitabxanamızda var. Uşaq ədəbiyyatı nümunələrinə gəlincə, bu sahədə heç bir korluğumuz yoxdur. Müasir yazarların özləri kitablarını bizə hədiyyə edirlər”.

Məsələni şərh edən kitabxanaşünaslar hesab edirlər ki, bu gün Azərbaycanın ən ucqar yerlərində belə Prezident Sərəncamına əsasən, latın qrafikası ilə çap olunan kitablar var. Bu kitabların təmənnasız olaraq dövlət tərəfindən kitabxanalara verildiyini deyən kitabxanaşünas Kəmalə Qəzənfərlinin dediyinə görə, kitabxanalar dövlət qayğısı ilə əhatə olunub: “Azərbaycanda kitabxana işinə göstərilən diqqət və qayğı sayəsində bu istiqamətdə bir sıra işlər görülüb. Fondlar yenilənib, kitabxanaların böyük əksəriyyəti həm də elektronlaşıb. Bu, günün olduqca vacib tələblərindən biri idi. İndi kitabxanaların əksəriyyəti təmir edilib, yenidən qurulub. Bütün bunlar müsbət haldır. Sevindirici haldır ki, rayon və kənd kitabxanalarına diqqət artırılıb. Kəndlərdə də müasir kitabxanalar qurulmaqdadır. Kitabxanaların hamısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə çap olunan kitablarla təmin olunub. Hər kitabxanaya nə qədər kitab düşürsə, o qədər də ala biliblər. Məsələn, oxucu sayı çox olan kitabxana ilə oxucu sayı az olan kitabxanaya eyni sayda kitab verilə bilməz. Çünki tələbat daha çox hansı kitabxanayadır, ora verilən  kitabın sayı çox olmalıdır. Bu gün Bakı kəndlərində də, bölgələrdə də kitabxanalar kitabla təmin olunub. Uşaq ədəbiyyatı çox həssas bir sahədir. Bilirsiniz ki, ölkə başçısının Sərəncamı ilə çap olunan klassik və müasir dünya və Azərbaycan ədəbiyyatı nümunələrinin sırasında uşaq ədəbiyyatı seriyası da var. Bu yazıçı və şairlərin əsərləri ilə o uşaqların valideynləri tanışdır, onlar indi latın qrafikası ilə yenidən çap olunduğu üçün, müasir uşaqlar da o kitabları maraqla oxuyurlar. Ola bilsin ki, indi hamısında  deyil, bəzi kitabxanalarda müasir Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələri olmasın. Bu da ondan irəli gəlir ki, müasir uşaq yazıçı və şairləri o kitabxanalara kitab göndərmirlər. Müasir dünya uşaq ədəbiyytı belədir ki, ola bisin kitabxanaların əli onlara çatmır. Amma Azərbaycan yazıçı və şairlərinin çoxu kitabı öz şəxsi vəsaiti hesabına çap etdirdiyi üçün, o kitabı satışa göndərməklə yanaşı, müəyyən bir sayını siyahı üzrə respublika kitabxanalarına göndərə bilərlər. Amma dövlət xətti ilə çap olunan uşaq ədəbiyyatı nümunələri mütləq mənada kitabxanalara göndərilir”.

Bu gün valideynlərin uşaqlarını kitabxanalara cəlb etməli olduğunu deyən K.Qəzənfərli hesab edir ki, məktəblərdə də bu iş təbliğ edilməlidir: “Bəzən deyirlər ki, uşaqlar, şagirdlər kitabxanalara getmir. Bu ondan irəli gəlir ki, şagirdlərdə kitabxanaya getmək, kitabdan istifadə etmək vərdişləri formalaşdırılmayıb. Bəzən kitab mağazalarında müşahidə edirik ki, valideynlər uşaqlarına uşaq kitabları alır, bu kitabların çoxu “Uşaq ədəbiyyatı” seriasından müxtəlif nəşriyyatlar tərəfindən çap olunur. Bəzən görürsən ki, bu kitablarda nə qədər ziyanlı məqamlar var. Yaxşı olar ki, valideynlər uşaqlarını kitabxanalara üzv yazdırsınlar, kitabxanalar da o uşaqlara əsl uşaq ədəbiyyatı nümunələri verəcəklər”.

İradə SARIYEVA    



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ