Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanda kino yayımını həyata keçirən müstəqil prodüsser şirkətləri…

Image


Hüseyn Mehdiyev: ”Kino yayımının mərkəzləşmiş formada həyata keçirilməsi vacibdir”
Səbinə Feyzullayeva: ”Yeni kinoprokat tipli qurum yaradılarsa, yəqin dövlət də ona dəstək verər”

 

Müasir Azərbaycan kinosuna güclü dövlət dəstəyi mövcuddur. Kino ilə bağlı dövlətin həyata keçirdiyi siyasət xeyli dərəcədə öz bəhrəsini verməkdədir. Əlbəttə, dövlət dəstəyi sahəsində bu sahədə mövcud olan problemlərin böyük bir hissəsi həll olunub, bir qismi həll olunmaqdadır. Bununla belə, yenə də kino sahəsində müəyyən problemlər qalmaqdadır. Bu sahədə peşəkarlara məlum olan bir sıra çətinliklər var ki, onlar öz həllini gözləyir.

Məlumdur ki, Azərbaycanda kino sənayesi inkişaf istiqaməti götürsə də, yeni filmlər çəkilsə də, filmlər dövlət xətti ilə müxtəlif beynəlxalq festivallarda iştirak etsə də, ödüllər qazansa da, kinonun yayım, təbliği məsələsində hələ də ciddi problemlər var. Azərbaycanda kinoprokatın olmaması filmlərin ölkədə və ölkədən kənarda geniş şəkildə yayımına əngəl törədir. Əlbəttə, bu sahədə Mədəniyyət və Turizm Nazirliyi işlər görür, filmlərin rejionlarda nümayişi ilə bağlı mədəniyyət və turizm nazirinin imzaladığı əmr bu sahənin formaıaşmasına təkan verəcək.

Amma bütün dünyada kino yayımı, təbliği ilə müstəqil prodüsser şirkətləri, peşəkarlaşmış agentliklər məşğul olur. Dünyanın iri kino şirkətləri var ki, onlar bu işi həyata keçirir.

Azərbaycanda da filmlərinin yayımı, təbliği ilə bağlı özəl, müstəqil qurumların, prodüsser şirkətlərinin yaradılmasına ciddi ehtiyac var. Əslində, kino təbliği ilə müstəqil qurumlar məşğul olsa, onlar bu sahəyə daha böyük gəlir gətirmiş olar. Bu da dövlət büdcəsinə kifayət qədər maliyyə axınının olmasını təmin edər.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının rəhbəri, rejissor-ssenarist Hüseyn Mehdiyev mövzu ilə əlaqədar “Bakı-Xəbər”ə bildirdi ki, kino yayımı ilə bağlı müstəqil təşkilatın yaradılması vacibdir, ancaq bu, kino sahəsində mövcud olan bir sıra problemlər öz həllini köklü şəkildə tapdıqdan sonra bəhrə verə bilər. Onun sözlərinə görə, kino sahəsində elə qayğılar var ki, onların həlli daha vacibdir. O qeyd etdi ki, bir sıra kinematoqraflar kinonun problemləri ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb: ”Biz Prezidentə də müraciət edərkən gözləyirdik ki, Azərbaycanda kinematoqrafiya sahəsində köklü struktur dəyişiklikləri həyata keçiriləcək və yeni qurumlar yaradılması üçün göstərişlər olacaq. Bu gün Azərbaycan milli kinosunun normal inkişafını təmin etmək üçün infrastruktur yoxdur. Hər bir ölkənin kinematoqrafı, o cümlədən də bizim kinematoqraf həm yaradıcılıq fəaliyyətidir, həm siyasətdir, ideologiyadır, həm də istehsalatdır, sənayedir. Bu üç amil kinonu bütün sahələrdən fərqləndirir. Bu bütün dünyada artıq aksiomaya çevirilib. Bu aksiomadan çıxış edib kinoya münasibət dəyişməlidir. Hesab edirəm ki, bu sahədə təcili surətdə struktur dəyişiklikləri olmalıdır. Yəni kinematoqrafın idarəetmə sistemi formalaşmalıdır. Elə bir idarə sistemi olmalıdır ki, bu sahənin spesifkasına uyğun olsun. Ümumiyyətlə, kinonun vəziyyəti ətraflı, dəqiq analiz olunmalı və onun əsasında konsepsiya hazırlanmalıdır. Əksər kinematoqrafların mövqeyi belədir”.

“Hüseyn müəllim, siz dediyiniz məsələlər öz həllini taparsa, kino yayımı, kino təbliğatı üçün yeni təbliğat qurumu yarana bilərmi? - sualına onun cavabı belə oldu: ”Konsepsiyanın hazırlanmasından danışarkən burada bütün məsələlər öz əksini tapacaq. Kinematoqrafiyanın inkişafı bir-iki məmurun çaxnaşmasından, atılıb-düşməsindən asılı deyil, kinematoqrafiyanın inkişafı çoxlu sayda ictimai təşkilatların, dövlət təşkilatlarının, analitik mərkəzlərin, mətbuatın və digər qurumların birgə fəaliyyətinin nəticəsi ilə bağlı ola bilər. Yəni bununla nə isə əldə etmək olar.  O cümlədən də sizin irəli sürdüyünüz məsələ də bu cür həll oluna bilər. Kinoprokat köhnə sovet sözüdür. Kino yayımı məsələsinin mərkəzləşmiş formada həyata keçirilməsi vacibdir. Mənə belə gəlir ki, bu sahədə yayım qurumunun yaradılması  konsepsiyalarda vacib amillərdən biridir. Çünki indiki zamanda bu olmasa, ölkə üzrə və eləcə də xaricdə filmlərin yayımının təşkil olunması bir az pərakəndə xarakteri daşıyacaq”.  

Festivallara çıxarılan filmlərə toxunan H.Mehdiyev qeyd etdi ki, bu sahədə uğurlarımız az deyil. O bildirdi ki, kinoya münasibət konseptual olmalıdır: ”Çünki xırda şeylərin ardınca qaçsaq, nə kinoya kömək edə, nə də inkişafına təkan verə biləcəyik. Yəni festivallarda olmaq başqa şeydir, kommersiya isə tamam başqa şeydir. Bəziləri ki, deyir bizim filmlər özlərini ödəmir, o adamlar ya savadsızdır, ya da bilərəkdən milli kinomuzun özülü olan sənət hissəsinə çox böyük kölgə salmaq niyyətindədirlər. Çünki sənət pulla ölçülmür. Pulla ölçülən filmlər kənarda çəkilir. Yəni onları şəxsi studiyalar çəkəcək, şəxslər onlara pul ayıracaq, filmdən pul qazanacaqlar və s. O ayrı məsələdir. Ancaq milli kinomuz isə birtərəfli inkişaf edə bilməz. Milli kinonun özəyi sənətdir. Ona görə də “satıldı-satılmadı” deyə qiymətləndirən adamlar ya bilərəkdən milli kinomuza ləkə salır, ya da heç nədən başı çıxmır. Festivalların filmlərimizə verdiyi mənəvi və təbliği nəticəni Azərbaycanda heç bir sənət verməyib. Filmlərimiz 200-dən artıq festivalda iştirak edib, bu elə-belə məsələ deyil.  Bu faktdır və bu faktı gizlətmək də mümkün deyil. Bu, Azərbaycan kinosunun böyük nailiyyətidir. Sənətlə kommersiyanı eyni arşınla ölçmək düzgün deyil. Onlara münasibət fərqli olmalıdır. Xaricdə qeyri-kommersiya filmlərini, yəni sənət baxımından güclü olan filmləri də alırlar. Yəni o filmləri alırlar ki, onlar böyük sənət əsəridir. 1995-ci ildə bizim “Yarasa” və “Özgə vaxt” filmlərini Almaniya almışdı. İndiyə qədər də o filmləri arxivdə saxlayırlar, onlar Almaniyada prokatda oldu. Bu yaxınlarda “Nabat” filmini də xaricdə aldılar. Bu filmin müəllif hüquqlarını biz almışıq. Əminəm ki, bu arada digər filmlərimiz də xaricdə alınıb”.

Azərbaycan Dövlət Mədəniyyət və İnsənət Universitetinin kinorejissorluq fakültəsinin məzunu Səbinə Feyzullayeva bizimlə söhbətində qeyd etdi ki, kino yayımı ən ciddi problemlərdən biri olduğu üçün, hər bir peşəkarı narahat edir. Onun sözlərinə görə, yeni kino yayımı şirkəti, qurumu yaradılarsa, bu problem  aradan qaldırılar: ”Bilirsiniz ki, Mədəniyyət və Turizm Nazirliyi kino yayımı ilə bağlı tədbirlər həyata keçirir, kinonun təbliğini ön plana çəkir. Bu vacib məsələ nazirliyin diqqətindədir. Amma bununla belə, Azərbaycan kinosunun yayımı, satışı, daha böyük auditoriyalara çatdırılması sahəsində problem qalır. Hesab edirəm ki, bu işlə məşğul ola bilən prodüsserlər meydana çıxmalı və onlar bu işi həyata keçirmək üçün dövlətə dəstək verməlidir. Yeni kinoprokat tipli qurum yaradılarsa, yəqin dövlət də ona dəstək verər. Bu qurumun yaradılması zəruridir. Çünki dünya çapında bu işlə müstəqil qurumar məşğul olur. Bu qurumlar dünya kino bazarı ilə sıx əlaqədə olduğu üçün, kino bazarının nəyə tələbatı olduğunu yaxşı bilir. Kino təbliği, yayımı təşkilatı yaranarsa, bunun kinoya ancaq xeyri olar. Dövlət kinoya maliyyə ayırır, bu maliyyə əsasında kino çəkilir, amma geniş təbliğ olunmadığı üçün, dövlət büdcəsinə gəlir gətirmir, gətirirsə də, bu çox cüzi məbləğ ola bilər”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ