Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanın müasir türk xalqları ilə ədəbi əlaqələri necə qurulub?

Image


Vüqar Əhməd:“Akademiyanın Ədəbiyyat İnstitutunda türk xalqları ilə ədəbi əlaqələr çox yüksək səviyyədə qurulub”

Əsəd Cahangir: ”Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə “Sular günəşə şarkı söylərkən” adlı hekayələr kitabı...”

 

Türk xalqları hamısı bir ocaqdan qaynayıb artıb, dünyanın dörd bir yanına yayılıblar. Dünyanın elə bir nöqtəsi tapılmaz ki, orada türk nəfəsi, türk sədası olmasın. Keçmiş Sovet ittifaqı məkanında bir sıra türk xalqları yaşayıb, bu gün onların əksəriyyəti bağımsızlıq qazanıb, müstəqil dövlətə sahibdir. Sözsüz ki, indi onların dünyaya baxışı, öz tarixlərinə, soykökünə, ədəbiyyatına qayıdışı, münasibəti də əvvəlkindən fərqlidir.

Bu da türk xalqları ilə siyasi, ədəbi-mədəni əlaqələrin yeni müstəviyə çıxmasına böyük şərait yaradır. Son 20 ildə Azərbaycanla digər türk xalqları arasında ədəbi-mədəni əlaqələr formalaşıb. Bu xüsusən də ədəbiyyat sahəsində özünü göstərir. Türk xalqları ədəbiyyatının ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, çağdaş ədəbiyyat çox zəngin olmaqla yanaşı, həm də daim inkişafdadır.

Azərbaycanla başqa türk xalqları arasında ədəbi əlaqələrin inkişaf səviyyəsi, bu sahədə görülən işlər, həyata keçirilən layihələr hər bir oxucu üçün maraq kəsb edir. Qardaş xalqların ədəbi əlaqələrinin daha yükək səviyyədə inkişafı, təbii ki, arzuediləndir.

Onu da vurğulayaq ki, indiyə qədər müasir türkdilli yazarların əsərləri ilə yanaşı, klassik ədiblərin də əsərləri Azərbaycanda zaman-zaman çap olunub. Türk xalqları abidələrinin Azərbaycan oxucusuna çatdırılmasında tədqiqatçıların, tərcüməçilərin əməyi böyükdür.

Türk xalqları ədəbiyyatına yeni baxış...

Ekspertlər qeyd edirlər ki, hazırda türk xalqları ilə qırılmaz ədəbi əlaqələr mövcuddur. Bu ədəbi əlaqələr çərçivəsində həm klassik ədiblər, həm çağdaş ədəbi nəslin yaradıcılıq örnəkləri dilimizə uyğunlaşdırılaraq çap olunur, həm də bu sahədə dissertasiyalar, elmi işlər yazılır. Ədəbiyyatşünasların fikrincə, ədəbi əlaqələrin miqyasının daha da genişlənməsinə, daha geniş arealı əhatə etməsinə böyük ehtiyac var.

Professor Elman Quliyev “Türk xalqları ədəbiyyatı” nəşrində bu məsələyə kompleks yanaşıb. O yazır ki, dünyanın yeniləşdiyi, sovet rejiminin dağıldığı ayrı-ayrı suveren, müstəqil dövlətlərin yarandığı mərhələlərdən sonra, digər xalqlar kimi, türklər də özünün mədəni və siyasi tarixini yenidən öyrənmək (həm də yazmaq), obyektiv işıqlandırmaq, təbliğ etmək imkanı və hüququ qazana bildi.

Bu sahədə mərhum alim, şair Arif Əmrahoğlunun “Türk xalqları ədəbiyyatı” da böyük əhəmiyyətə malikdir. Uzun əsrlərdən bəri formalşan türk xalqlarının qədimdən tutmuş, çağdaş dövrə qədər yaranan ədəbiyyatını tədqiq və təhlil edən alim olduqca dəyərli nümunələrlə bizi tanış edib.

“Bizim institutda türk xalqları ədəbiyyatının araşdırılması üçün bir neçə yeni şöbə yaradılıb”

Azərbaycan Milli Elmlər Akademiaysının N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşı, tanınmış şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd bizimlə söhbətində təmsil etdiyi institutda türk xalqları ilə ədəbi əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini və bu sahədə misilsiz işlər görüldüyünü bildirdi: ”Akademiyanın Ədəbiyyat İnstitutunda türk xalqları ilə ədəbi əlaqələr çox yüksək səviyyədə qurulub. Bizim institutda türk xalqları ədəbiyyatının araşdırılması üçün bir neçə yeni şöbə yaradılıb. Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutuna direktor təyin ediləndən sonra türkçülüyə, türk xalqları ədəbiyyatının tədqiqinə, onlarla ədəbi əlaqələrə xüsusən diqqət artırılıb. İsa müəllimin təşəbbüsü ilə yaradılan şöbələrin hamısı çox effektiv işlər görür. Son illər institutda yaradılan şöbələrdən biri Türk xalqları ədəbiyyatı şöbəsidir, müdiri professor Məmməd Əliyevdir. Orta Asiya xalqları ədəbiyyatı şöbəsinə isə professor Bədirxan Əhmədov başçılıq edir. Özbəkistan ədəbiyyatı şöbəsinə də tanınmış alim Almaz Ülvi rəhbərlik edir. Bizdə Qazaxıstan, Qırğızıstan və s. xalqların ədəbiyyatı ilə bağlı şöbələr fəaliyyət göstərir. Hətta Çin ədəbiyyatı ilə də bağlı şöbə yaradılıb. Biz məzuniyyətdəyik, amma görürəm ki, İsa müəllim Çindən gələn qonaqlarla görüşüb. Yəni bu sahədə genişmiqyaslı işlər görülür. Mən müdafiə şurasının üzvüyəm. Ona görə də bu sahədə görülən işləri yaxından müşahidə etmək imkanım var. Təqdim edilən dissertasiyalar içində türk xalqları ədəbiyyatı ilə bağlı elmi işlər çoxluq təşkil edir. Ayda iki müdafiə edilirsə, onun biri mütləq türk xalqları ədəbiyyatı, türk abidələri, ümum ədəbiyyatımızla bağlıdır. Hazırda türk xalqları ilə ədəbi əlaqələrimiz haqqında ancaq müsbət fikirlər söyləmək olar. Azərbaycan Dövlət Pedoqoji Universitetində professor Elman Quliyev də bu sahədə böyük işlər görür. O, ali məktəblər üçün ümümtürk ədəbiyyatı ilə bağlı dərslik yazıb. Mən də bir vaxtlar ümumtürk ədəbiyyatından magistrlərə dərs demişəm. Akademiyanın Şərqşünaslıq İnstitutunda Türk filologiyası şöbəsi fəaliyyət göstərir. Onlar birbaşa Anadolu türklərinin ədəbiyyatı ilə bağlı araşdırmalar aparırlar. Amma Ədəbiyyat İnstitutunda bu sahədə kompleks işlər həyata keçirilir”.

“Deyərdim ki, xam mövzu olduğu üçün, ona maraq da böyükdür”

Bu sahədə alimlərin böyük işlər gördüyünü deyən V.Əhməd qeyd etdi ki, institutda mühacirət ədəbiyyatının araşdırılmasına da üstünlük verilir. Onun bildirdiyinə görə, institutun əməkdaşı Nikpur Cabbarlı mühacirət ədəbiyyatı ilə bağlı doktorluq işi müdafiə edib: ”Baş nazirin müavini Elçin Əfəndiyev və akademik Rəfael Hüseynov onun opponenti idi. Onun da işi Azərbaycanın mühacirətdə yaranan ədəbiyyatı və eyni zamanda da türk ədəbiyyatı ilə bağlı idi. O bu sahəni də tədqiq edib. Mən özüm Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində işləyirəm, bununla belə, digər şöbələrin də işi ilə maraqlanıram. Biz türkük. Sovet vaxtı da türk xalqlarına məhəbbətimiz vardı. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu məhəbbət daha açıq şəkildə şaxələndi, qarşımızda yeni yollar açıldı. Artıq qadağa yoxdur və bu da bu sahədə daha geniş fəaliyyət göstərməyimizə şərait yaradır. Türkmənistan, Qazaxıstan, Qaqauz və digər xalqların ədəbiyyatı maraq doğurur. İranda yaşayan Azərbaycan türklərinin də ədəbiyyatına yeni baxış formalaşıb. Cənubi Azərbaycan türklərinin də ədəbiyyatını bizim şöbə tədqiq edir. Bizim şöbə 40 ildir fəaliyyət göstərir”.

V.Əhməd qeyd etdi ki, türk xalqları ilə ədəbi əlaqələr tamamilə sistemli şəkildə qurulub və bunun da uğurlu nəticələri var: ”Elə ədiblərimiz var ki, sovet dönəmində onlara yanaşma fərqli olub. Onlar haqqında sovet ideologiyasına uyğun konsepsiya da yazılıb. Məsələn, Nəsimini, Mirzə Fətəli Axundovu “kafir” elan ediblər, onların yaradıcılığına sovet ideologiyası ruhunda yanaşıblar. Bunlara da indi yeni yanaşmalar mövcuddur və həqiqətlər üzə çıxarılır. Türk xalqları ədəbiyyatının sovet dövründə tədqiqatına elə də geniş meydan verilmirdi, bu gün o mövzu aktuallaşıb. Deyərdim ki, xam mövzu olduğu üçün, ona maraq da böyükdür. Ona görə də bu məsələyə müstəqillik, indiki demokratiya prinsipindən baxılır və ortaya çox gözəl işlər çıxarılır. Artıq Mirzə Fətəli Axundovu, Qasım bəy Zakiri və digərlərini yenidən işləyirlər. Çünki bunu dövr tələb edir və müasir baxışla həqiqətlər ortaya çıxarılmalıdır”.

“Artıq bizim aramızda qarşılıqlı ədəbi əlaqələr qurulub”

V.Əhmədin sözlərinə görə, digər türk xalqları da bizim ədəbiyyata biganə deyil, onlar da vaxtaşırı olaraq Azərbaycan ədəbiyyatına dair tədqiqatlar aparır, əsərlərimizi çap edirlər: ”Artıq bizim aramızda qarşılıqlı ədəbi əlaqələr qurulub. Bu gün Türkiyədən və digər türk respublikalarından gəlib bizdə dissertasiya müdafiə edirlər. Sizə bir fakt deyim. Bu ilin aprel ayından Qaziantep Universitetindən bir gənc oğlan mənimlə əlaqə yaratmaq istəyirdi. Nəhayət, yarada bildik. Doğan Şahin adlı gənc mənim Şeyx Məhəmməd Xiyabani haqqında olan əsərimi Türkiyə türkcəsinə çevirmək istəyir və bir müəllif kimi məndən icazə istəyirdi. Çox duyğulandım. Bu mənada ki, o, müəllif hüquqlarına hörmət edir. Mən razılıq verdim. Qaziantep Universitetinin tarix–filologiya fakültəsinin tarix bölümündə oxuyur. Xiyabani ilə maraqlanır. Sonra o mənim digər əsərlərimi də istədi. Dedi ki, istəyirəm mənim elmi rəhbərim olasınız. Dedim sağlıq olsun, bakalavrı bitirin, gələrsiniz. Bu da artıq elmi-ədəbi əlaqədir. Mən İran türklərini araşdırıram. Onların da ədəbiyyatı çox maraqlıdır. Onlar da bizim bir parçamızdır”.

“Azərbaycan ədəbiyyatı Türkiyədə, Türkiyə ədəbiyyatı isə Azərbaycanda tərcümə edilərək yayılıb”

Tanınmış ədəbi tənqidçi Əsəd Cahangir də “Bakı-Xəbər”ə açıqlamasında Azərbaycan və türk xalqları arasında ədəbi əlaqələrin mövcud olduğunu qeyd etdi. Ə.Cahangir əsasən Türkiyə və Azərbaycan ədəbi əlaqələrinə toxundu: ”Azərbaycan ədəbiyyatı Türkiyədə, Türkiyə ədəbiyyatı isə Azərbaycanda tərcümə edilərək yayılıb. Bizim ədəbiyyatdan Türkiyədə əsasən Bəxtiyar Vahabzadənin, Sabir Rüstəmxanlının, Anarın, Elçinin, Zəlimxan Yaqubun əsərləri yayılıb. Bundan başqa, bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə “Sular günəşə şarkı söylərkən” adlı hekayələr kitabı Türkiyə türkcəsinə tərcümə edilərək qardaş ölkədə çap olundu. Həmin kitaba ön sözü mən yazmışam. Bu kitaba Azərbaycanın yeni nəsil yazıçılarının hekayələri daxil idi. Kitabı Azərbaycan və Türkiyə ədəbi əlaqələrinin inkişafında əməyi olan Yasemin Bayer tərcümə etmişdi. Bu xanım bir sıra Azərbaycan folklor və yazılı ədəbiyyat nümunələrini Türkiyə türkcəsinə çevirib. Klassik və müasir türk xanım şairələrinin şeirləri Narıngül Nadir tərəfindən Azərbaycan dilinə çevirilib.  Bəsti Əlibəylinin tərcüməsində Orxan Arasın romanlarından biri Azərbaycan dilinə tərcümə edilib. Xanəmirin də Türkiyə ədəbiyyatından tərcümələri, məqalələri çoxdur. Tərcümə sahəsində Səlim Babullaoğlunun da fəaliyyəti böyükdür. O bir sıra əsərlər tərcümə edib və özünün də şeirlər kitabı Türkiyədə çap olunub. Filologiya elmləri namizədi Nailə Mirzəyevanın mənim “Namaz” poemam haqqında “Sevgi Tanrıdan başlayır” adlı böyük araşdırma yazısı Türkiyənin “Nəfəs” dərgisində  dərc olundu. Türkiyədə bir çox dərnəklər var. Onlardan biri də “Qardaş qələmlər” dərnəyidir. Bu dərnək də Azərbaycan ədəbiyyatı haqqında yazılar çap edir. Onlar Azərbaycan ədəbiyyatı nümunələrinə çox geniş yer verirlər. Tamella Əliyeva var, vaxtilə Bakı Dövlət Universitetində dərs deyib, mənim də müəllimim olub. Onun Azərbaycan ədəbiyyatı ilə bağlı çoxlu yazıları Türkiyə mətbuatında, Türkiyə ədəbiyyatı ilə bağlı məlumatlar da Azərbaycanda çap olunur”.

Ə.Cahangir qeyd etdi ki, Türkiyə ədbiyyatının tanınmış isimlərindən olan Orxan Pamukun əsərləri dilimizə çevrilib. Ə.Cahangirin sözlərinə görə, O.Pamukun “Mənim adım qırmızı” əsəri Nəriman Əbdürrəhmanlının tərcüməsində Azərbaycan dilində çap olunub: ”Eyni zamanda Orxan Pamukun bir sıra esseləri, məqalələri Fərid Hüseynin tərcüməsində çap olunub. Ondan başqa da digər müasir Türkiyə yazarlarının əsərləri Azərbaycan dilinə çevrilərək çap olunub”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ