Cümə günü, 09 oktyabr 2026
     

Əfsanəvi Ədalət Nəsibov...

Image


Hazırda xəstəliklə mübarizə aparan ustad aşığın kirayə yaşadığı mənzildə gördüklərimiz...
Ədalət Nəsibov: ”Mənim tam sağalıb ayağa durmağım Azərbaycan həkimlərindən asılıdır”
“5-6 aydır sazı əlimə almıram...”

 

Xəstə olduğunu eşidəndə elə narahat oldum ki... Fikirləşəndə ki, çağdaş aşıq sənətinin şahı Ədalət Nəsibov naxoşlayıb, içimdən qəribə bir üşərti keçdi. Bu xəbər üşütdü məni, fikrimi elə qarışdırdı ki, düşüncələrim kələf kimi dolaşdı. Bu dolaşıqlıqda özümü itirdim. Zəmanəmizin görkəmli ustad aşığının xəstələnməsi xəbəri bütün Türk dünyasını bir alov çınqısı kimi alışdırıb yandırdı. O, “Yanıq Kərəm”i ilə bizi onsuz da yandırıb külə döndərmişdi.

Ustad aşıq Ə. Nəsibov dünənin, bu günün və sabahın sağlığında dədələşmiş aşığıdır, ozanıdır. Xalq öz ozanına sağlığında ürəklərdə heykəl qoyub. Bu gün Dədə Ədalətin sazı sazsevərlərin, aşıq sənətinin qədrini bilən insanların gerçək bir and yeridir. Ustadın qara sazı bu xalqın tarixi mədəniyyətinin əbədi simvollarından biridir. O qara saz ki, Dədə Ədaləti zirvələrə qaldırıb.

Onu da qeyd edim ki, dahi şairimiz Səməd Vurğun onun çalğısının vurğunu olub. Məşhur türkiyəli yazıçı Əziz Nesin isə Ədalət Nəsibovun çalğısından riqqətə, heyrətə gələrək belə yazırdı: ”Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşıq söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”.

Sazı urvatlı tutan, müqəddəs alətimizi şəhər könlünə simsar edən, dünyanın saysız ölkələrində tanıtdıran, dilləndirən Dədə Ədalət ömrün 78-ci ilini yaşayır. Ancaq təəssüf ki, ustadın könlünə xal düşüb. Taleyin qəzövü-qədərindən ustad hazırda xəstəliklə mübarizə aparır. Fikrimcə, Dədə xəstəliyin kürəyini yerə vurmağa qadirdir. Saz ruhunu ruhuna calayan, əbədi həmdəminə çevirən Uca Yaradanın Dədəyə möhlət verəcəyinə, macal verəcəyinə gerçəkdən inanıram. Deyirlər dan üzü edilən dualar müstəcəb olur. Bu gün sazsevərlər, Dədə ocağının şöləsindən nurlananlar gün çıxmamış əllərini Ulu Dərgaha qaldırıb Dədə Ədalətə dualar edirlər. Dua Tanrı ilə ən gözəl ünsiyyət, danışma, söhbətləşmə, könülaçma vasitəsidir. 

Çoxdan idi Dədə Ədaləti ziyarət etmək istəyirdim. Açığı, dəfələrlə zəng vursam da o, telefon zənglərinə cavab vermirdi. Nəhayət, keçən həftənin bazar günü Dədə Ədaləti ziyarət etmək qismətim oldu. Qəzetimizin baş redaktoru Aydın Quliyev Dədə Ədalətin naxoşlaması xəbərini qüssə ilə qarşıladı və mənə tapşırdı ki, mütləq ustada baş çəkim.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, tanınmış aşıq Altay Məmmədlinin bələdçiliyi ilə Dədə Ədalətə qovuşmaq sevincini, qismətini yaşaya bildim. Dədə Ədalətin Bakının Nərimanov rayonu ərazisində kirayə yaşadığı evə getdik. Könüllərdə uçulmaz, özülü sarsılmaz saraylar quran ustad aşığın, dədələşmiş sənətkarın görkəmcə kasıb, lakin içi könül sevgisi, saz müqəddəsliyi ilə sölələnən kirayə qaldığı sadə evi məni çox qüssələndirdi. Bu ev görəsən hiss edirmi içində kim yaşayır, burada yaşayan sənətkarın qədir-qiyməti nə qədər bahadır, zəngindir, əvəzsizdir. Əvəzi yoxdur Ə. Nəsibovun. Ustadın qapısı el qapısıdır sözsüz ki. Odur  ki, qapını döyməyə ehtiyac olmadı. Qapısı ürəyi, könlü kimi açıq idi Dədənin. Biz içəri girəndə ustad yatırdı, telefonu isə aramsız zəng çalırdı. Görəsən, Dədənin hansı heyranı idi ki, onun nəfəsini, mübarək səsini duymaq üçün dayanmadan zəng vururdu... Zəng edən nə biləydi ki, Dədə şirin yuxudadır. Aşıq Altay irəli keçdi, ustad onun ayaq səslərini eşidəndə gözlərini açıb dirsəkləndi. Allahın bu anına şükür. Dədə Ədalət bizim onu ziyarət etməyimizi böyük sevinclə qarşıladı. Bizim gedişimiz ustadın ürəyini açdı. Nə yaxşı ki, onun gözündə işıq görə bildik.

Deyirlər ki, hər aşığın öz dövranı var. Mən isə belə deməzdim, elə aşıqlar var ki, bütün zamanlauda yaşayırlar. 

Beş-altı aydır barmaqları qara sazın pərdələrinə, simlərinə toxunmur. Sinəsinə götürüb zilini zil, bəmini bəm etdiyi, hər telində alovlandığı və ürəkləri alovlandırdığı qaraca sazı Dədə Ədalətin 60 illik könül dostudur.

 Gözlərində ümid gördüm, böyük bir ümid. Yaşamağa çağırırdı onu. Gözləri önündən hansı günlərin karvanı keçmirdi ki... Hər günün öz adı, hər anın da öz xatirəsi, öz sədası vardı.

Dədə Ədalətin yatdığı otaq səliqəsi və sadəliyi, bir də burada nəfəs alan, yaşayan dahi sənətkarın nəfəsi ilə gözəldir, tarixidir.

Dədə Ədalətin otağında ustadın gənclik illərində və ömrünün sonrakı çağlarında çəkilən fotoşəkilləri, qara sazı, bir də Heydər Əliyevin şəkli həkk olunan xalça var. Kiçik xalı otağın baş tərəfində asılıb, əhatəsində isə Dədənin böyüdülmüş fotoşəkilləri qoyulub. Dədənin işığında bizim də könlümüz nurlandı. Ürəyimizdən keçdi ki, Dədə Ədalət qara sazını bağrına basıb zilini zil, bəmini bəm edib qəlbləri dağlayan havalarla ruhumuzu dindirsin. Təəssüf ki, indi o, sazına toxuna bilmir. Ancaq inanırıq ki, tezliklə Dədənin barmaqları hələ də kökdən düşməyən sazının simlərinə toxunacaq.

Dədə Ədalət qürurlu, mərdanəliyini qoruyan, özünü öz ucalığında, mərtəbəsində saxlayan uca bir aşıqdır. Özü də dədələşmiş aşıq.

Danışırıq, hisslərimizə həyəcan da əlavə olunur. Ustad yatağında uzanıb əli ilə boğazını işarə edərək:

- Qardaşqızı, boğazımda balaca bir nöqtə ağrıyır. Bu ağrı mənə aman vermir.

-Səhhətinizdə heç nə yoxdur, müalicə edirsiniz, ağrı da, acı da keçib gedəcək - deyə ona təsəlli verirəm. Əlimi ustadın ağrıyan hulqumuna qoyuram.

- Bircə bu ağrı sakitləşsəydi - deyir ustad.

Ustadın səsi yerindədir, normal danışır, fikrini yerli-yataqlı çatdırır, yaddaşı da öz yerindədir.

- Ədalət əmi, nəyə ehtiyacınız var? Könlünüzdən nə keçir?

- Heç nəyə ehtiyacım yoxdur, qardaşqızı. Türkiyədən müalicədən gəlmişəm. İndi də gördüyünüz vəziyyətdəyəm. Mən indiyə qədər dünyanın bir çox ölkələrində olmuşam, 70-ə qədər ölkədə çıxışım olub, ancaq heç bir yerdə öz xalqım kimi xalq, Azərbaycan kimi də yer yoxdur. Azərbaycanı var olsun. Allah Prezidentimizə, onun ailəsinə can sağlığı versin. Mənim nəyəsə ehtiyacım olsaydı deyərdim. Mən Prezidentimiz başda olmaqla, Azərbaycan xalqının can sağlığını istəyirəm. Ölkəmizin həmişə belə firavan olmasını arzu edirəm. Sənətkar kimi hər yeri dolaşmışam. İndi də belə. Şükür Allahın məsləhətinə.

-Siz həmişə dövlətə, dövlətçiliyə bağlı olmusunuz. Heydər Əliyev yoluna da həmişə sadiq qalmısınız. Evinizdə Heydər Əliyevin şəkli toxunmuş xalça var, hətta bildiyim qədər büstü də var.

-Ulu Öndər Heydər baba bizim böyük xilaskarımız olub. Mən Heydər Əliyevi, ümumiyyətlə onun ailəsini sevən adamam. 50 il bundan əvvəl bu ailəni şəxsən tanımışam. Rəhmətlik Zərifə xanımı da tanıyırdım. Onda cənab Prezidentin 4-5 yaşı olardı. Həmişə Heydər Əliyev ailəsinə böyük sayğı və sevgi bəsləmişəm. Çox gözəl insanlardırlar. Həmişə xalqa, sənətə qayğı ilə yanaşıblar. İntəhası, mənim səhhətim, vəziyyətim yaxşı deyil.

Söhbət etdikcə ustadı tez-tez öskürək tutur, bu da həm özündə, həm də bizdə ciddi narahatlıq yaradırdı.

Söhbətə aşıq Altay qoşulur:

- Ustad, keçən dəfəkinə nisbətən indi yaxşısınız, səhhətinizdə xeyli irəliləyiş var.

- Qismətinə şükür. Sənətkar olmuşam, xalq məni sevib. İnanın ki, yanıma gəlib-gedənin sayı-hesabı yoxdur. O qədər adam gəlir ki... Gözəl günlər keçirdim. Getdi o günlər daha - deyə Dədə sözünü davam etdirir.

- Yuxunuz necədir?

- Az yatıram. Bəzən olur yuxu tutur. Həkim də deyir yemək ye, çalış yat. Hamı həkim deyəni deyir. Siz gələndə də yatmışdım, gəlişinizi gec hiss etdim. Sizin gəlişiniz mənim üçün çox xoş oldu.

- Ədalət əmi, kirayədə qalırsınız...

- Bəli, kirayədə yaşayıram.

- Yəqin ki, əlaqədar qurumlar Sizin evsiz olmağınıza, kirayədə yaşamağınıza həssas münasibət göstərəcəklər - dedim ustada.

Ustad gözünü bir nöqtəyə dikib xeyli susdu... Gözləri danışdı. O gözləri, barmaqları və ürəyi ilə danışıb həmişə. O ürəyə qulaq asa bilsəydik, orada hansı duyğuların  dil açdığını görə bilməzdik ki...

Müasir aşıq sənətinin şahı evsizliyini, ömrünün böyük bir hissəsini, ən gözəl günlərini kirayələrdə keçirdiyini sanki  heç kəsin bilməyini istəmirdi. Qürurunu, mərdliyini, uca mənəviyyatını fani dünyanın mal-mülkünə sındırmaq istəmir Dədə. Ömrün müdrik çağında, baş yastıqda, göz yolda qaldığı bir çağda da dünya malına həsəd aparmır. Onun özü elə bir dünyadır ki, bu dünya sonsuza qədər öz mövcudluğunu qoruyacaq. Saz adı gələndə Ə. Nəsibovun adı ilk sıralarda çəkiləcək. Dədələr, ozanlar, pirlər yolunun ən sadiq, könlü duru ozanı Ə. Nəsibov belə şəxsiyyətdir, sənətkardır.

- Aşıqlar gəlirmi yanınıza?

- Gəlirlər, oturub söhbət edirlər. Altay sağ olsun, yanıma gəlir. Altaya “yaxşı oğlandır” demək azdır, o, qızıla bərabər oğlandır. Qardaşoğlu Haxverdi Kərəmoğlu gəlir. Kərəmlə həqiqətən də  qardaş kimi olmuşuq, onu özümə əsl qardaş saymışam.

- Ətrafınızda ən çox kimlərin olmağını istəyirsiniz?

- Əvvəldən də, indi də həmişə ətrafımda sənət yoldaşlarımı görmək istəmişəm. Onlarla danışıb dərdləşməyi çox istəyirəm. O biriləri də cavandırlar, məclislərə gedib özlərini, ailələrini dolandırsınlar. Daha mənimki getdi. Heç kəsdən narazı deyiləm. Hər kəsə təşəkkür edirəm.

- Heç müalicənin təsirini hiss edirsiniz?

- Məni öz həkimlərimiz düzəltdi, sağ olsunlar. Mənim tam sağalıb ayağa durmağım Azərbaycan həkimlərindən asılıdır. Azərbaycanıma qurban olum. Dünyada Vətənimin tayı yoxdur.

- Ustad, sazınızı sonuncu dəfə nə vaxt çalmısınız?

- Son vaxtlar çalmamışam. 5-6 aydır sazı əlimə almıram, ancaq arada zümzümə edirəm.

- Sizin adınız gələndə “Yanıq Kərəmi” havası yada düşür. Sizin adınız bu hava ilə qoşa çəkilir. Onu da deyim ki, Siz “Naxçıvani”ni də, “Cəlili”ni də, “Qaraçı”nı da, “Ruhani”ni də, daha neçə-neçə havanı də virtuoz şəkildə ifa etmisiniz.

- Bütün havalar doğmadır, əzizdir. Birini o birindən seçmək olmaz.

- Ustad, Sizin aşıq sənətində yaratdığınız Dədə Ədalət Nəsibov məktəbinin şimallı-cənublu Azərbaycanın hər yerində davamçıları var. Görün, nə qədər mənəvi şəyirdiniz var...

- Bu aşıqların çoxu yanımda olmasa da, onların çoxu mənim yolumu çalırlar. Bu gün Azərbaycanda əlinə saz götürənlərin xeyli bir hissəsi mənim ifamdan istifadə edib öyrənib. Mən onların heç birinə pis deyə bilmərəm. Həmişə demişəm məndən öyrənin, çalın, çağırın. Hamısı sənəti, sazı yaşadırlar, mənim yolumu davam etdirirlər.

- Ustad, siz sazı Bakıya, Bakıdan isə bütün dünyaya sevdirdiniz.

- Mən o qədər ölkələrdə olmuşam, sazı təbliğ etmişəm ki, heç bunu danışıb çatdırmaq mümkün deyil.

- Sizin əllərinizin sığalını gözləyən bu qara sazla neçə ildir qardaşsınız, sirdaşsınız?

- Bundan əvvəl iki-üç sazım olub. Sonra bu saz meydana gəlib. 50-60 ildən çoxdur ki, bu saz mənimlədir, mən də onunlayam.

- Bəs ilk sazınız hardadır?

- Qazaxdakı evdə.

 Ustadla xeyli söhbət etdik, dərdləşdik. Görüşümüz onun üçün də, bizim üçün də çox xoş oldu. Hiss etdim ki, onu bir az yorduq da.

Sənətkarın böyük qızı Kəmalə xanım sonsuz övlad mehr-məhəbbəti ilə atasının qulluğunda dayanır. Ustadın başına pərvanə şama dolanan kimi dolanır. Xalqın ağırlayıb əzizlədiyi sənətkara mehriban övlad münasibətini görmək də könlümüzü açdı. Sağ olsun yaxşı övladları.

Ustadın qızı mənimlə söhbətində dedi ki, heç kəs dahi sənətkarı unutmur, gəlib-gedən, onu ziyarət edən insanların ustada bəslədikləri məhəbbətdən danışan Kəmalə xanım bildirdi ki, Dədə Ədalətin qapısını açıb onu ziyarətə gələn hər bir insana təşəkkür edir.

Qeyd edim ki, Azərbaycan dövləti ustada hər zaman diqqət və qayğı göstərib. Böyük sənətkar illər əvvəl dövlət başçısı tərəfindən əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb, hazırda Azərbaycan Respublikası Prezidentinin fərdi təqüdçüsüdür.

Dədə Ədalətlə sağollaşıb ayrılmaq istəyirik. Gözlərində gördüyümüz ümid işartısı bizə əməlli-başlı təsəlli olur. Ustadın gözlərində yaşamağın şəklini gördük. Tanrı Dədə Ədaləti tezliklə sağlamlığına qovuşduracaq! Buna əminik.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ