Cümə axşamı günü, 20 avqust 2026
     

Mənfəətimizi ikiqat artıracaq əsrin yeni neft kontraktı bu gün Bakıda imzalanır

Image


Bir neçə ay idi ki, Azərbaycanın 1994-cü ildə imzaladığı “Əsrin kontraktı”nın müddətinin 2050-ci ilədək uzadılacağı ilə bağlı məlumatlar dolaşırdı. Bu günlərdə Prezident Əliyevin “Xankəndi” sualtı tikinti gəmisinin təqdimatı zamanı dediyi fikirlər həmin müzakirələri konkretləşdirdi.

Prezident bildirdi ki, “Biz o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var. Mən xatırlayıram, 1994-cü ildə “Əsrin kontraktı” imzalananda bizi istəməyən bəzi qüvvələr - həm ölkə daxilində, həm xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, “Azəri-Çıraq-Günəşli”də neft azdır. Heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz “Azəri-Çıraq-Günəşli”dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda da onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var”. daha öncə belə məlumat yayılmışdır ki, SOCAR BP ilə imzalayacağı yeni müqavilədə “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsindəki iştirak payını artırmaq istəyir. Məsələ ilə bağlı “Reuters” agentliyinin iki mənbədən aldığı məlumata görə, SOCAR-ın BP ilə imzalayacağı yeni müqavilədə “Azəri-Çıraq-Günəşli”  layihəsindəki payının artırılması gözlənir. Mənbə bununla bağlı bildirib: “İlk məlumatlara görə, SOCAR digər şirkətlərin paylarının azalması bahasına payını artıracaq”. SOCAR-ın yeni müqavilə üzrə payının 11,6 faizdən 20 faizə çatdıracağı, BP-nin payının isə 35,8 faizdən 30 faizə düşəcəyi bildirilir.

Xatırladaq ki, ötən il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb. Bu razılaşma “Azəri-Çıraq-Günəşli”  yatağının 2050-ci ilədək işlənməsini və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əhatə edəcək. Yeni müqavilədə Azərbaycanın payının artırılması ölkəmizin neft satışından daha çox gəlir əldə etməsini şərtləndirəcək. Yeri gəlmişkən qeyd edək ki, Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək “Azəri-Çıraq-Günəşli” layihəsinin reallaşdırılması çərçivəsində 125 milyard 718 milyon ABŞ dolları gəlir əldə edib. Təkcə  bu ilin yanvar-iyul aylarında isə “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində Dövlət Neft Fonduna 3 milyard 609 milyon dollar vəsait daxil olub. Bu ilin ilk yarısında isə  “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasilat 106 milyon barreldən çox, yəni 14 milyon tondan artıq təşkil edib. “BP-Azerbaijan” şirkəti bildirir ki, hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.  Bu da öz növbəsində həmin yataqların nə qədər vacib və məhsuldar olduğunu bir daha təsdiq edir.

Xatırladaq ki, bəziləri 1994-cü ildə 30 illiyə imzalanmış ilk neft strategiyasının 2024-cü ildə sona yetəcəyini düşünür və iddia edirdi. Azərbaycanın 2050-ci ilə qədər uzatdığı yeni neft strategiyasını əslində 2024-cü ili ”son hədd” kimi qəbul edənlərə cavab da saymaq olar. Sözsüz ki, neft strategiyasının 2050-cı ilədək uzadılması Azərbaycan üçün neft gəlirlərinin davam etməsi, cəmiyyətin sosial rifahına stabil mənbənin bundan sonra da yaşamasına təminat deməkdir.

Müqavilənin 2050-ci ilə kimi uzadılmasının Azərbaycan üçün nə kimi əhəmiyyəti ola bilər?

Ekspert İlham Şabanın fikrincə, müqaviləni uzatmaq həm Azərbaycan hökumətinin, həm də xarici şirkətlərin marağında olub:  “Əsrin müqaviləsi”nin müddətinin uzadılması Azərbaycan üçün sərfəlidir. Azərbaycan müəyyən səbəblərdən maraqlı olub ki, bu müqavilə 2050-ci ilə qədər uzadılsın, yəni həmin yataqlarda hasilatı özü davam etdirməsin. Prezidentin açıqlamasından sonra məlum oldu ki, buna nail ola bilib. Səbəb isə odur ki, həmin yataqların işlənməsi üçün vacib olan texnologiya xarici şirkətlərdə ən yüksək səviyyədədir. Biz o texnologiyalara malik deyilik. İndiyə kimi həmin geoloji yataqların 50 faizdən çoxunu, BP başda olmaqla, xarici şirkətlər Azərbaycana qazandırıb. Nəinki Azərbaycanda, ümumiyyətlə keçmiş MDB məkanında geoloji ehtiyatların çıxarılma əmsalı 25 faiz ətrafındadır. Ancaq “Azəri-Çıraq-Günəşli”də bu rekord həddədir, yəni 50 faizdən yuxarıdır. AÇG-dən indiyə qədər 500 mln. tona yaxın  neft hasil edilib. Onun çıxarıla biləcək ehtiyatları 1 mlrd. ton olsa da, artıq 2010-cu ildən sonra blokda hasilat texniki quyulardan intensiv istifadə hesabına həyata keçirilir. Bu gün 100 hasilat quyusuna 50 texniki quyu düşür və getdikcə onların sayı artacaq. Ona görə ki, yataqlar, adi dildə desək, “yaşlaşma periodu”na qədəm qoyurlar və laylardakı təzyiqi saxlamaq üçün daha çox geoloji tədbirlərin keçirilməsinə, qaz və su vurulması, quyuların təmiri, yan lüləli quyuların qazılmasına ehtiyac yaranır. Bunlar isə xərclərin artması deməkdir. Belə olan halda, bir var bütün xərcləri özün çəkəsən, bir də var onu partnyorlarla bölüşəsən. Daha effektli isə onda olur ki, partnyorların əlində həmçinin mütərəqqi texnologiyalar olur ki, xərclənən hər bir dolların qarşılığında daha çox əlavə qazanc imkanı əldə edəsən. Məhz bu səbəbdən də müqavilənin müddətini uzatmaq Azərbaycan hökumətinin marağındadır”.

Ekspert hesab edir ki, xarici şirkətlər də müqavilənin uzadılmasında maraqlıdır: “Sual oluna bilər ki, bu şirkətlərin Azərbaycanda “yaşlaşma periodu”na keçən yataqlarda işləməyə davam etməsinin səbəbi nədir? İndiyə qədər qazandıqları vəsaitlə niyə digər ölkələrdə yeni yataqların axtarışına çıxmırlar. Səbəb odur ki, hazırda yeni yataqlar tapmaq o qədər də asan deyil. Azərbaycan isə artıq həmin şirkətlər üçün bəlli bir məkandır. Xarici şirkətlərin Azərbaycanda işləmək marağının digər səbəbi isə odur ki, başqa bölgələrdə risq dərəcələri böyükdür. Azərbaycan isə bu risq dərəcələrini aşıb, artıq 90-cı illərin ortalarındakı Azərbaycan deyil. Hazırda stabil, müəyyən strukturu olan, oturuşmuş ehtiyatları olan bir ölkədir və bu, neft şirkətlərini qane edəcək həddədir. Azərbaycanın dünya bazarına stabil çıxışı var və bu önəmli məsələdir. Onlar da bizimlə işləməkdə maraqlıdır”.

Nəhayət əsrin yeni neft kontraktının imzalanma anı gəldi…

Imzalanma bu gün – sentyabrın 14-də Bakıda məşhur Heydər Əliyev Mərkəzində həyata keçiriləcək. Artıq dünya ölkələrindən çox sayda qonaq gəlib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan və bir sıra başqa dövlət rəsmiləri bu gün Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilənin imzalanması mərasimində iştirak etmək üçün artıq Bakıdadır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 09:02
Özalın ölümündə də FETÖ izi? - Əhməd Özal şok detallar açdı

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Özəlin partiyasından millət vəkilini bıçaqlayan CHP-çi ata və oğlu həbs edildi

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ