Yeni Partiyanın yaranması ilə CHP-dən ayrılaraq Özgür Özəlin Partiyasına qoşulan Qaziantep millət vəkili Melih Meriç keçmiş CHP Oğuzeli Rayon təşkilatının sədri Seydi Ahmet Keleş tərəfindən bıçaqlanıb.
Hücumdan sonra xəstəxanaya aparılan millət vəkilinin əməliyyat olunduğu bildirilir. Hadisə ilə bağlı məhkəmə araşdırması başlayıb.
Yeni Partiya sədri Özgür Özel hücumla bağlı X hesabında verdiyi açıqlamada deyib:
“Qaziantep millət vəkilimiz, dəyərli həmkarım Melih Meriçə qarşı edilən alçaq hücumu qınayıram.
Millət vəkilimizin əməliyyatının uğurlu olduğunu və sağlamlığının yaxşı olduğunu öyrənməkdən məmnunam. Ona, ailəsinə və bütün həmkarlarımıza ən xoş arzularımı çatdırıram. Siyasətə şiddət, təhdid və zorakılığın kölgəsinin düşməsini qətiyyən qəbul etmirik və günahkarların ən qısa zamanda cəzalandırılmasını gözləyirik.Qardaşım Melihin tezliklə sağalmasını və yanımıza qayıtmasını arzulayıram”.
Hücumdan sonra Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da X hesabında olaya münasibət bildirib.
“Yeni Partiyadan Qaziantep millət vəkili Melih Meriçə edilən hücumu qınayıram və ona ən xoş arzularımı bildirirəm. Zorakılığın heç bir əsası, bəhanəsi və ya qanuniliyi ola bilməz. Türkiyə Böyük Millət Məclisi olaraq, bütün zorakılıq formalarına qarşı durmağa davam edəcəyik; hücumun bütün aspektlərinin aydınlaşdırılmasını və məsul şəxslərin qanun qarşısında məsuliyyət daşımasını təmin etmək üçün prosesi sona qədər izləyəcəyik”- TBMM sədri yazıb.
Əli TURABOV