Bazar günü günü, 22 noyabr 2026
     

Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

Image


Türkiyədə yay istirahəti təkcə çimərlikdən ibarət deyil. Bu mövsümün əsl ruhu dəniz kənarında qurulan süfrələrdə, yerli mətbəxin zəngin dadlarında və ailə ənənələrini yaşadan yemlərdə hiss olunur.

Müasir səyahətçilər artıq yalnız “Hara gedim” sualını vermirlər. Onları eyni zamanda “Getdiyim yerdə nə dadmalıyam” sualı da maraqlandırır. Bu yay dünyada sürətlə yayılan “nonna-stalgia” trendi – ev ab-havasında hazırlanan, səmimi və ənənəvi ailə yeməklərinə artan maraq – Türkiyənin ev mətbəxini yay istirahətinin ən cəlbedici hissələrindən birinə çevirib. İstanbulun balıq bazarlarından Bodrum və Antalyanın sahil meyxanalarına, Anadolunun nənələrin reseptlərini yaşadan mətbəxlərinə qədər ölkənin zəngin kulinariya irsi günəş, dəniz və tarixi bir araya gətirən istirahətə fərqli rəng qatır.

Son araşdırmalar da bu tendensiyanı təsdiqləyir. Nəticələrə əsasən, bu yay insanların ən çox üstünlük verdiyi asudə vaxt fəaliyyəti səyahət və turizmdir (79%). Qida və kulinariya ilə bağlı təcrübələr (70%) ikinci, açıq havada keçirilən fəaliyyətlər isə (69%) üçüncü yerdə qərarlaşıb.

Bu gözləntiləri Türkiyə qədər uğurla qarşılayan ölkələr azdır. Dünyanın ən zəngin kulinariya ənənələrindən birinə sahib olan ölkə yay mövsümündə qastronomiyasının daha yüngül və təravətli tərəfini nümayiş etdirir. Təzə mövsümi məhsullar, zeytun yağı, ətirli göyərtilər və təzə dəniz məhsulları yay süfrələrinin əsasını təşkil edir. Soyuq şorbalar, zeytun yağında bişirilən tərəvəzlər, rəngarəng salatlar və ev üsulu hazırlanan içkilər isti günlərdə həm sərinlik, həm də fərqli dad təcrübəsi təqdim edir.

İstər Türkiyənin Egey sahillərində və Türk Rivyerasında dəniz kənarında dincəlin, istər qədim Anadolunun zəngin mədəni irsini kəşf edin, istərsə də Qara dəniz bölgəsinin sərin dağ havasına üz tutun – Türk yay mətbəxi hər səyahətə xüsusi ləzzət qatır. Bu dadlar dəniz kənarında keçirilən günün alternativi deyil, onu tamamlayan ən gözəl təcrübələrdən biridir.

Yay mövsümündə süfrələrin bəzəyinə çevrilən saysız-hesabsız yeməklər arasında ayran aşı Türkiyənin ən təravətləndirici kulinariya ənənələrindən biri kimi seçilir. Bu soyuq şorba sadə ərzaqlarla hazırlansa da, isti havalarda ən çox üstünlük verilən yay yeməklərindən hesab olunur. Şərqi Anadoludan gələn bu ənənəvi təam qatıq, noxud və buğda ilə hazırlanır. Bölgəyə səyahət edənlər üçün mütləq dadılması tövsiyə olunan ayran aşı artıq təkcə doğulduğu bölgədə deyil, İstanbul kimi böyük şəhərlərdə fəaliyyət göstərən ənənəvi restoranların menyusunda da yer alır.

Yay naharı üçün yüngül və doyumlu seçim axtaranlar üçün zeytun yağlı yeməklər ideal alternativlərdən sayılır. Adətən zəif odda bişirilən və soyuq şəkildə təqdim olunan bu yeməklər mövsümi tərəvəzlərin təbii dadını ön plana çıxarır. Anadolunun müxtəlif bölgələrində yetişdirilən yaşıl lobya, balqabaq və ənginar kimi tərəvəzlər yerli istehsal olunan zeytun yağı ilə hazırlanaraq süfrələrə təqdim edilir.

Türk mətbəxinin ən sevilən zeytun yağlı yeməklərindən biri də dolmadır. Balqabaq, şirin bibər və badımcan kimi tərəvəzlər ətirli düyü içliyi ilə doldurularaq hazırlanır. Eyni içliklə üzüm yarpağına bükülən sarma isə ölkə mətbəxinin klassik və ən çox sevilən təamlarından biri hesab olunur.

Zeytun yağı yalnız tərəvəz yeməklərində deyil, Türkiyənin müxtəlif bölgələrinə xas yabanı otların hazırlanmasında da mühüm yer tutur. Xüsusilə Egey bölgəsində şevketibostan və dəniz börülcesi kimi yerli göyərtilər zeytun yağı ilə hazırlanaraq mövsümün özünəməxsus dadını əks etdirir.

Bu yeməklər xırtıldayan təzə salatlar və ev üsulu hazırlanan sərinləşdirici içkilərlə birlikdə yay süfrələrinin ayrılmaz hissəsinə çevrilir. Təzə meyvələrin yüngül şirinləşdirilmiş suda bişirilməsi ilə hazırlanan komposto, ənənəvi şərbətlər və limonad isti günlərdə xüsusi təravət bəxş edir. Pomidor, xiyar, bibər və soğanın limon suyu və zeytun yağı ilə hazırlanan klassik çoban salatı isə zeytun yağlı yaşıl lobya ilə mükəmməl uyğunlaşır. Bundan əlavə, kısır, mücver, piyaz və mərcimək köftəsi kimi ənənəvi təamlar da Türk yay süfrələrinin vazkeçilməz ləzzətləri sırasında yer alır.

Türkiyənin ənənəvi ev yeməklərini dadmaq istəyənlər üçün əsnaf lokantaları ən doğru seçimlərdən biridir. Vaxtilə nahar fasiləsində yerli işçilərə xidmət göstərmək üçün fəaliyyətə başlayan bu səmimi məkanlar bu gün də rahat atmosferi, münasib qiymətləri və hər gün təzə hazırlanan onlarla ev yeməyi ilə seçilir. Son dövrlərdə dünyada populyarlıq qazanan “grandma-core” və ya “nonna-stalgia” adlanan, sadə və ailə reseptlərinə əsaslanan yeməklərə maraq Türkiyənin əsnaf lokantalarında əslində illərdir yaşadılan ənənədir. Burada qonaqlar isti yeməklərin nümayiş olunduğu vitrindən istədiklərini seçir, hər boşqab üçün sabit qiymət ödəyir və əksər hallarda təzə çörək süfrəyə əlavə ödənişsiz təqdim olunur.

Yay axşamlarında Türkiyənin sahilboyu fəaliyyət göstərən meyxanaları xüsusi ab-hava yaradır. Uzun süfrələr ətrafında keçirilən bu görüşlər mövsümi mezelər, təzə dəniz məhsulları və dəniz mənzərəsi ilə unudulmaz təcrübəyə çevrilir. Yemək adətən haydari kimi qatıq əsaslı soyuq məzələr, zeytun yağlı təamlar və mövsümi göyərtilərlə başlayır. Daha sonra isə manqalda bişirilmiş balıq və digər təzə dəniz məhsulları təqdim olunur. Yerli ağ şərab və ya rakı ilə tamamlanan bu süfrələr sadəcə yemək deyil, paylaşımın, uzun söhbətlərin və birlikdə vaxt keçirməyin ayrılmaz hissəsi hesab olunur.

Türkiyədə yay mövsümünün ən məşhur desertlərindən biri də Maraş dondurmasıdır. Kahramanmaraş bölgəsində yetişdirilən yabanı orkide yumruları və keçi südü ilə hazırlanan bu dondurma özünəməxsus sıx quruluşu və gec əriməsi ilə tanınır. TasteAtlas kimi beynəlxalq platformalarda dünyanın ən məşhur desertləri sırasında göstərilən Maraş dondurması məhz bu xüsusiyyətlərinə görə dilimlənərək bıçaq və çəngəllə təqdim olunur.

Türkiyənin çimərlikləri, qədim şəhərləri və sərin dağ mənzərələri artıq milyonlarla səyahətçini özünə cəlb edir. Yay mətbəxinin zəngin dadları isə bu səfərə əlavə dəyər qataraq qonaqlara həm ölkəyə gəlmək, həm də süfrə arxasında bir qədər uzun qalmaq üçün daha bir səbəb təqdim edir.

SAMİRƏ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ