İran Parlamentinin sədri Qalibaf ABŞ-ın Hörmüz boğazının açılması üçün müqavilədə göstərilən şərtləri yerinə yetirməli olduğunu bildirib və əlavə edib ki, blokada və neft sanksiyaları aradan qaldırılana qədər boğaz açılmayacaq.
"Hörmüz boğazı blokada qaldırılana, bloklanmış aktivlər azad edilənə, neft sanksiyaları qaldırılana, bütün cəbhələrdə təhdidlər və hərbi əməliyyatlar dayandırılana və razılaşmanın digər şərtləri yerinə yetirilənə qədər açılmayacaq" – deyə İran Parlamentinin sədri Telegram hesabındakı paylaşımında bildirib.
Qalibaf , blokadanın qaldırılması və atəşkəs elan edilməsi ilə əldə edilən fürsətin İranın iqtisadi dayanıqlığının artırılmasına və müdafiə qabiliyyətlərinin yenidən qurulmasına əhəmiyyətli dərəcədə töhfə verdiyini bildirib.
Qalibaf bildirib ki, "İran İslam Respublikası düşməni hərəkətlərinin və müdaxilələrinin miqyasından asılı olaraq, əvvəlkindən daha ağır məğlubiyyətə uğratmağa hazırdır".
Tahir TAĞIYEV