Akif Nağı: “Təbriz camaatının əlində ixtiyar olsaydı onlar bu aviareysin bərpasına icazə verməzdilər”
"Pars Today" qəzetinin verdiyi məlumata görə, Təbriz və İrəvan arasında uçuşlar iki illik fasilədən sonra avqustun 20-də bərpa olunacaq.
Uçuşlar Təbrizdəki Şəhid Mədəni Beynəlxalq Hava Limanından yola düşəcək.
Məlumata görə, marşrutu "Pouya Airlines" şirkəti idarə edəcək. Uçuşlar bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.
Ermənilərin Təbrizə təyyarə reysləri açmaq nəyinə lazımdır?
Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Ermənistan hər tərəflə münasibət qurmaq istəyir, İranla da “səmimi” münasibətləri var. “Çünki iki qeyri-səmimi toplumun səmimi münasibəti ola bilməz. Ermənilər də, farslar da yalaçıdır. Bir-birini tərifləyir, dostluqlarının “qədimliyindən” danışırlar. Ermənilər hazırda İranda, xüsusən də Təbriz istiqamətində işlərini aparırlar. Təbrizi seçməklə həm özlərinin siyasi və iqtisadi maraqlarını güdürlər, həm də Azərbaycana qıcıq vermək istəyirlər. Onlarda belə xasiyyət var. Yəni “İrəvanla Təbriz arasında aviareys bərpa olunur, bu da Azərbaycanda, rəsmi Bakıda narahatlıq doğuracaq” kimi davranış göstərirlər. Təbrizə çox gedib gəlmişəm, orada bir erməni məhəlləsi də var. Onlar orada toplum şəklində yaşayır, kiçik bir məktəbləri də var, kurslar açırlar, toplum şəklində işləyirlər. Mənə təbrizli dostlar deyirdi ki, hər dəfə siz gəlib gedəndən sonra Təbrizdə ermənilərin sayı azalır. Onlar qıcıqlanırdılar ki, Azərbaycanın qeyri-hokumət təşkilatı Təbrizdə Qarabağla bağlı tədbirlər keçirir, Təbriz universitetində görüşlər təşkil edir, vali ilə, bələdiyyə sədri, deputalarla, alimlərlə görüşürlər. Onlar buna çox qısqanc yanaşırdı.
Orada onların müəyyən qədər adamları var və reysi bərpa etməklərini bununla əsaslandıra bilərlər. Deyə bilərlər ki, Təbriz yaxındır ora ilə ticarət əlaqələri və sair var. Yəni bəhanələr gətirə bilərlər.
Amma məsələ burada İranla Ermənistan münasibətlərinin şişirdilməsindən gedir. İran da qeyri-səmimi mövqedədir ki, Təbrizi onlara qoşmaq istəyir. Hesab edirəm ki, Təbriz camaatının əlində ixtiyar olsaydı onlar bu aviareysin bərpasına icazə verməzdilər. Rəsmi Tehran Təbrizdən narazıdır. Çünki futbol keçirilir, orada açıq-aydın Azərbaycana və Türkiyəyə dəstək şüarları səsləndirlir, bayaraqlar qaldırılır. İran da bunu görür və qəsdən Təbriz məsələsini qabardır, aviareysin bərpasını ortaya atır. İran Ermənistaan xüsusi əhəmiyyət verir. İran Ermənistan ərazisində 7, 2 kilomertlik uzun bir tunel çəkir, oradan Gürcüstana, Qara dənizdən Avropaya çıxmağa çalışır. Ermənistanı İran həm də bu məqsədlə istifadə edir.
Hesab edirəm ki, İravanla Təbriz arasında gediş-gəlişə, bu reysin bərpasına heç bir ehtiyac yoxdur. Bu reys müvəqqəti xarakter daşıyacaq...”-deyə A.Nağı qeyd etdi.
İradə SARIYEVA