Yunanıstanın Skiros tankerinə Qara dənizdə hücum edilib. Hadisə gəmiyə Novorossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumu (CPC) terminalında Rusiya nefti yükləndikdən sonra baş verib. Bu barədə Bloomberg xəbər verir.
Nəşrin mənbələrinə görə, hadisə 16 avqust bazar günü terminalın yaxınlığında baş verib. Suezmax Skiros təxminən 1 milyon barel neft daşıya bilir. CPC əsasən Qazaxıstan neftinin ixracı üçün istifadə olunur, lakin bu dəfə tanker Rusiya yükü yükləyib. Afina mərkəzli Equasis sistemində Skiros gəmisinin operatoru kimi göstərilən şirkət hadisədə heç kimin xəsarət almadığını və heç bir çirklənmənin baş vermədiyini bildirib. Şirkət əlavə şərh verməkdən imtina edib. Bu, təxminən üç həftəlik fasilədən sonra CPC terminalına daxil olan gəmiyə edilən ilk hücumdur. Ötən ay bir sıra dron hücumları neftin yüklənməsini dayandırıb və Qazaxıstan yataqlarında hasilatı azaldıb. CPC Qazaxıstan neftinin əsas ixrac marşrutlarından biridir. Bu yaxınlarda qlobal neft tədarükünün təxminən 2%-ni idarə edib.
SAMİRƏ