Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

Image


İsrail Trampın Qəzza üzrə sülh planını rədd etdi. 8 dövlət isə İsraili buna görə qınayıb. Söhbət BƏƏ, Qətər, İordaniya, İndoneziya, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirdən gedir. Bu səkkiz ölkənin xarici işlər nazirləri İsrailin Trampın Qəzza üzrə 15 bəndlik yol xəritəsini rədd etməsini birgə bəyanatla qınayıblar və bunun sülh prosesini pozduğunu bildiriblər.

İsrailin əsas etirazı isə HƏMAS tam silahı təhvil verməmiş Qəzzadan İsrail qoşunlarının geri çəkilməməsi məsələsinədir.

Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzza üzrə sülh planını açıq şəkildə rədd etməklə hansı siyasi və strateji təminatlara arxalanır? Bu, həqiqətən ABŞ-la İsrail arasında fikir ayrılığıdır, yoxsa Tramp administrasiyasının da hesabladığı gizli siyasi oyun və təzyiq mexanizminin bir hissəsidir?

Mətləb Salahov: “Netanyahu silahsız HƏMAS istəyir, amma Trampın planları başqadır”

Tik-tokda itirdiyimiz GƏLƏCƏK - Mətləb Salahov yazır... - Baki-Xeber.com

Araşdırmaçı jurnalist, siyasi şərhçi Mətləb Salahov məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, İran müharibəsinin dalana dirəndiyi bir vaxtda İsrailin Baş naziri Benyamin Netanyahunun HƏMAS tam tərksilah olunmadan və hərbi qüvvələri ləğv edilmədən hər hansı hərbi geri çəkilmənin və ya güzəştin mümkün olmadığını bəyan etməsi, eləcə də aylardır Vaşinqtonda bənd-bənd üzərində işlənilən ABŞ-ın Qəzza ilə bağlı 15 bəndlik sülh planını rədd etməsi ciddi suallar doğurur.

“Yarandığı tarixdən etibarən daim İsraili qoruyan, rəsmi Təl-Əvivi öz “qırmızı cizgisi” elan edən Ağ Ev indiki məqamda B.Netanyahu hökumətinin siyasi ərköyünlüyü ilə üz-üzə qalıb. Daha doğrusu, İsrail hökumətinin açıq şəkildə ABŞ Administrasiyasına zidd addımlarına D.Trampın nə zamana qədər səbr edəcəyi maraq doğuran məsələdir.

Xüsusilə İran ətrafında gərginliyin hökm sürdüyü indiki zamanda İsrailin ABŞ-ın siyasi maraqlarına zidd mövqe sərgiləməsi bir sıra analitik mərkəzlərdə diqqətçəkən proses kimi qiymətləndirilir. Lakin sözügedən məsələyə bu qədər sadə yanaşmaq olmaz. Burada bir məqama xüsusilə diqqət yetirmək lazımdır.

Bu ayın əvvəllərində Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın baş müşaviri Cared Kuşner Qəzza zolağının tam demilitarizasiyası və HƏMAS-ın tərksilah edilməsi barədə razılığa gəliblər. Lakin İsrail HƏMAS-ın tamamilə silahsızlaşdırılmasını və İsrailə qarşı hərəkət etmək gücündə olmamasını istəyir. B.Netanyahunun HƏMAS-ı bu şəkildə görmək istəyi artıq Yaxın Şərqdə yeni planlar üzərində işləyən Ağ Ev üçün xoşagəlməz haldır.

Üstəlik, nəzərə alsaq ki, D.Tramp cəmi bir neçə gün bundan öncə öz sosial şəbəkə hesabında Qəzza ilə bağlı paylaşım etmiş, bu əraziləri ABŞ əraziləri kimi təqdim etmişdi. Şəxsən mən düşünürəm ki, bu paylaşımın özü Təl-Əvivdə xoş qarşılanmayıb. Çünki İsrail rəhbərliyi davamlı olaraq Qəzzanın tamamilə onların nəzarətinə keçməsini, hətta bir sıra yəhudi nazirlər bu torpaqların İsrail ərazisi kimi elan olunmasını tələb edirdilər.

İş burasındadır ki, B.Netanyahu təkcə Qəzza ilə bağlı məsələdə deyil, Fələstin dövlətinin tanınması məsələsində də geri addım atmaq niyyətində deyil. Amma bütün bunlarla yanaşı, ortada ciddi siyasi reallıq var ki, bu da ABŞ-ın planını rədd edən B.Netanyahu üçün müəyyən risklərin yaranmasıdır.

Ağ Evin İsrailin daxili siyasətinə təsir rıçaqları kifayət qədər çoxdur və B.Netanyahu heç də toxunulmaz deyil. Xüsusilə hazırkı Baş nazirin xanımı barədə korrupsiya qalmaqalının hələ də gündəmdə olması və müxalifətin ona qarşı artan təzyiqləri də nəzərə alınmalı məsələlərdəndir.

Çünki ABŞ İsrailin əsas strateji müttəfiqidir və Vaşinqtonun narazılığı hazırkı hökumət üçün heç də sakit davamiyyət vəd etmir. Çox güman ki, D.Tramp Administrasiyası İsrailin birbaşa təhriki ilə meydana çıxan İran ətrafındakı böhrandan sonra artıq öz müttəfiqi ilə məsafəli davranmağa başlayıb. Hər dediyini yerinə yetirməyə tələsmir.

Ən əsası isə, B.Netanyahunu narahat edən əsas məqam D.Trampın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla son dərəcə müttəfiq və səmimi münasibətlərinin olmasıdır. Ağ Ev rəhbəri artıq Yaxın Şərq üçün Türkiyə liderini əsas söz sahibi kimi də təqdim edir ki, bu da Təl-Əvivdə xoş qarşılanmır.

Bu yaxınlarda Səudiyyə Ərəbistanı-Türkiyə-Pakistan hərbi alyansının yaranması və D.Trampın bu ittifaqa səssiz qalması da İsraildə Ağ Evə qarşı olan narazılığı artırır.

Əlbəttə, B.Netanyahunun ABŞ-ın sülh planını bu şəkildə rədd etməsi onun 1947-ci ildən bəri okeanın o tayından İsrailə verilən dəstəyin bundan sonra da davam edəcəyinə əmin olması ilə bağlıdır. B.Netanyahu heç zaman heç bir ABŞ rəhbərinin İsrailə qarşı addım atmadığını, İsrailin ABŞ üçün əsl “qırmızı cizgi” olduğunu əla bilir.

Amma ən müxtəlif riskli addımlar atan, el dilində desək, “ipinin üstünə odun yığılması mümkün olmayan” adam kimi ad çıxarmış D.Trampın əvvəlki prezidentlərdən fərqi tam başqadır. D.Trampın İsrailin Baş nazirinə qarşıdakı həftələrdə siyasi sürprizi nə olacaq? Bunu tezliklə zaman özü göstərəcək”, – deyə M.Salahov qeyd edib.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ