Rusiya Liberal Demokrat Partiyası (LDPR) miqrant işçilər üçün müqaviləli viza rejiminin tətbiqini və işəgötürənlərin mənzil, səhiyyə, vergilər və səyahət xərcləri üçün şəxsən məsuliyyət daşımasını təklif edib.
Partiya lideri Leonid Slutski bildirib ki, həmçinin aşağı ixtisaslı müvəqqəti işçilər üçün ailə miqrasiyası qadağan edilməlidir: “Miqrant işçilər üçün işəgötürənlərin yaşayış yeri, səhiyyə, vergilər və səyahət xərcləri üçün şəxsən məsuliyyət daşıdığı ciddi, müqaviləli viza rejimi tələb edirik. İşçidən qazanc əldə edən hər kəs işçiyə görə məsuliyyət daşımalıdır... Biz həmçinin aşağı ixtisaslı müvəqqəti işçilər üçün ailə miqrasiyasının qadağan edilməsini tələb edirik”.
Tahir TAĞIYEV