Yunanıstan Karpatos adasından Krit adasındakı Souda hərbi bazasına "Patriot" zenit-raket sistemi yerləşdirməyi nəzərdən keçirir. “Kathimerini” agentliyi yazır ki, hakimiyyət orqanları bu variantı Yaxın Şərqdəki gərgin vəziyyət və İranın Avropadakı Amerika hədəflərinə mümkün zərbələri ilə bağlı xəbərlər fonunda gündəmə gətirib.
Mənbələrin sözlərin görə, Souda bazasına ciddi təhlükə hiss edilərsə, Amerika hərbi obyektlərinin qorunmasını gücləndirmək üçün Karpatosda yerləşən “Patriot” batareyası ora yerləşdirilə bilər.
Afina həmçinin Kipr və Bolqarıstandakı hədəflərə mümkün zərbələr barədə məlumatları da araşdırır. Mart ayında dron hücumlarından sonra orada yerləşdirilən iki cüt Yunanıstan F-16 təyyarəsi və Nikiforos Fokas freqatı Kiprdə qalır.
"Patriot" batareyası mart ayının əvvəlindən Karpatosda yerləşdirilib. Bolqarıstanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Şimali Yunanıstana daha əvvəl başqa bir sistem yerləşdirilmişdi. May ayında Yaxın Şərqdə vəziyyət sabitləşməyə başlayanda o, əvvəlki yerinə qaytarıldı. Sofiya yenidən kömək istəsə, Yunanıstan Xarici Siyasət və Müdafiə Şurası yenidən "Patriot" sisteminin yerləşdirilməsi ehtimalını nəzərdən keçirəcək.
Souda bazasında təhlükəsizlik tədbirləri artıq gücləndirilib. Yunanıstan Müdafiə Nazirliyi təhlükənin artması halında təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini bildirir. Eyni zamanda, Afina potensial hava təhdidləri yolunda bir neçə HHM sistemi olduğundan, Yunanıstan ərazisindəki hədəflərə zərbələrin endirilməsi ehtimalını istisna edir edir.
Tahir TAĞIYEV