Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olub. Bu zaman ailənin balaca üzvü Gülər Prezident İlham Əliyevdən traktor istəyib.
Trend-in məlumatına görə, Prezident İlham Əliyev balaca Gülərin arzusunu reallaşdırıb.
Belə ki, bu günlərdə Əsədovlar ailəsinə traktor təqdim olunub.
Bununla bağlı AzTV-nin çəkdiyi reportajı təqdim edirik: