Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

Image


Rusiyanın Ali Məhkəməsi ölkədə Ukrayna müharibəsinə qarşı çıxan yeganə qeydiyyatdan keçmiş siyasi partiya olan “Yabloko”nun sentyabrda keçiriləcək parlament seçkilərində iştirakını qadağan edib. Qərar hakimiyyətə yaxın “Rodina” partiyasının müraciəti əsasında qəbul olunub. “Rodina” “Yabloko”nu seçki kampaniyasında bəzi qaydaları pozmaqda və xarici mənbələrdən açıqlanmamış dəstək almaqda ittiham edib. “Yabloko” isə bu ittihamları rədd edir və qərardan şikayət vermək niyyətindədir.

Mərkəzi Seçki Komissiyası bundan əvvəl “Yabloko”nun seçkidə iştirakını təsdiqləmişdi. Bundan sonra Ali Məhkəmənin partiyanı seçki yarışından çıxarması Rusiyada müxalifətə qarşı təzyiqlərin daha da sərtləşdirilməsi kimi qiymətləndirilir.

Güman ki, Putin şəxsən “Yabloko”nun adının bütün seçki sənədlərindən çıxarılması barədə göstəriş verib. Qərarın Kremlin siyasi xətti ilə əlaqəsi və məhkəmə qərarının siyasi motivləri ciddi müzakirə olunur.

Putin hakimiyyəti “Yabloko”nun seçkidə iştirakından niyə çəkinir? “Yabloko” parlamentə düşmək üçün real təhlükə yaratmasa da, onun seçkiyə buraxılması Rusiyada müharibəyə və Kremlin siyasətinə alternativ mövqenin ictimai şəkildə ifadə olunmasına imkan verə bilərmi? Bu qərar Kremlin cəmiyyətdə anti-müharibə əhval-ruhiyyəsinin artmasından narahat olduğunu göstərirmi?

Rusiyada Ukrayna müharibəsinə qarşı mövqeyi ilə seçilən “Yabloko” partiyasının parlament seçkilərindən kənarlaşdırılması ölkədə siyasi rəqabət və müxalifətin imkanları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Partiyanın seçki prosesindən uzaqlaşdırılması, xüsusilə anti-müharibə mövqeyinin seçki yolu ilə ifadə olunması baxımından diqqət çəkir.

Fazil Mustafa: “Yabloko”nun seçkidən kənarlaşdırılması Rusiyada anti-müharibə əhvalının siyasi ifadəsini məhdudlaşdırır”

Fazil Mustafa Milli Məclis komitəsinin sədri seçilib

Milli Məclisin komitə sədri Fazil Mustafa “Bakı-Xəbər” qəzetinə açıqlamasında məsələni şərh edərək bildirib ki, “Yabloko” kimi anti-müharibə mövqeyində olan siyasi qüvvənin seçki prosesinə qoşulması Rusiya hakimiyyəti üçün arzuolunan deyil.

Onun sözlərinə görə, müharibə uzandıqca onun sosial və iqtisadi nəticələri Rusiya cəmiyyətinin müxtəlif təbəqələri tərəfindən daha çox hiss olunur. Bu baxımdan anti-müharibə mövqeyinin seçki platformasında açıq şəkildə səsləndirilməsi cəmiyyətdə mövcud narazılıqların siyasi müstəviyə daşınmasına imkan yarada bilər.

Fazil Mustafa hesab edir ki, “Yabloko”nun seçkilərdə iştirakdan məhrum edilməsi, ilk növbədə, Rusiyanın daxili siyasi məsələsi kimi qiymətləndirilməlidir. O qeyd edib ki, partiyanın parlamentə düşməsi belə, onun Ukrayna müharibəsini dayandırmaq üçün real siyasi gücə malik olması anlamına gəlməzdi.

“Yabloko”nun əsas təsir imkanının, parlamentdə çoxluq əldə etməkdən daha çox, müharibəyə alternativ mövqeyi cəmiyyət qarşısında nümayiş etdirmək olduğunu vurğulayan komitə sədri bildirib ki, partiyanın seçki prosesindən kənarda saxlanılması siyasi mesaj baxımından əhəmiyyətlidir.

Fazil Mustafanın fikrincə, Ukrayna müharibəsinin dayandırılması məsələsində yalnız Rusiyanın daxilindəki siyasi qüvvələrin fəaliyyəti həlledici deyil. Burada beynəlxalq güclərin mövqeyi, hərbi-siyasi vəziyyət və tərəflərin danışıqlara hazır olması əsas amillər sırasındadır. O bildirib ki, Rusiyanın hərbi baxımdan müəyyən üstünlük əldə etdikdən sonra danışıqlar masasına oturmaq imkanlarını artırmağa çalışması mümkündür.

Komitə sədri qeyd edib ki, Rusiyada seçkilərin nəticəsindən daha vacib məsələ hakimiyyətin müharibəyə münasibətinin dəyişməsidir. Onun sözlərinə görə, bu istiqamətdə əsas qərarı müxalifət deyil, prezident Vladimir Putinin özü verə bilər. Yəni müharibənin dayandırılması üçün Kremlin siyasi kursunda dəyişiklik baş verməlidir.

Fazil Mustafa “Yabloko”nun hazırkı vəziyyətdə hakimiyyətə ciddi siyasi alternativ yaratmaq imkanlarının məhdud olduğunu da vurğulayıb. Onun sözlərinə görə, partiyanın əsas gücü anti-müharibə mövqeyini təbliğ etmək və cəmiyyətdə alternativ siyasi düşüncənin mövcudluğunu nümayiş etdirməkdir.

O, Rusiyada müxalifət qüvvələrinin üzləşdiyi təzyiqlərə diqqət çəkərək, Aleksey Navalnı və Boris Nemtsovun taleyini də xatırladıb. Fazil Mustafanın fikrincə, bu hadisələr Rusiyada hakimiyyətə qarşı çıxan siyasi qüvvələrin real müdafiə imkanlarının nə qədər məhdud olduğunu göstərir.

Nəticə etibarilə, “Yabloko”nun seçkidən kənarlaşdırılması yalnız bir siyasi partiyanın seçki yarışından çıxarılması kimi deyil, Rusiyada müharibəyə alternativ siyasi mövqenin seçki platformasında ifadə imkanlarının məhdudlaşdırılması kimi də qiymətləndirilə bilər.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ