Ukraynanın xarici işlər naziri Andrey Sibiqa beynəlxalq tərəfdaşları dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maraqları naminə istifadə etmək üçün aydın mexanizmlər hazırlamağa çağırıb.
Onun sözlərinə görə, Rusiyanın zərbələrinin vurduğu ziyanın məbləği artıq 600 milyard dolları keçib.
"Aktivlərin dondurulması Rusiya vəsaitlərinin birbaşa istifadəsi ilə bizi əhəmiyyətli dərəcədə gücləndirə biləcək fundamental sahələrdən biridir" – deyə Sibiqa qeyd edib.
Tahir TAĞIYEV