Suriya Türkiyə qoşunlarının Hələb yaxınlığındakı hava bazasında yerləşməsinə icazə verməklə İsraillə təhlükəsizlik status-kvosunu pozmaq ərəfəsindədir. Bu barədə İsrail Baş naziri Binyamin Netanyahunun ofisinin açıqlamasında deyilir. "İsrail və Suriya təhlükəsizlik status-kvosu ilə bağlı razılığa gəliblər. Suriya Türkiyə qoşunlarının Hələb yaxınlığındakı hava bazasında yerləşməsinə icazə verməklə onu pozmağa yaxın olub", - deyə ofisin X Platformasındakı açıqlamasında bildirilir. Həmçinin qeyd olunur ki, İsrail dəfələrlə Suriyaya belə bir yerləşdirmənin İsrailin təhlükəsizliyini təhdid edəcəyi barədə xəbərdarlıq edib. "Suriya bu xəbərdarlıqları qulaqardına vurmağı seçib. İsrail öz təhlükəsizliyinə qarşı təhdidlərə dözməyəcək və status-kvoya qayıtmağı alqışlayacaq", - Netanyahunun ofisi əlavə edib. Qeyd edək ki, 18 avqust səhəri Suriyanın cənub-şərqindəki İdlib əyalətindəki Əbu əl-Zuhur hərbi aerodromuna dörd hava hücumu edilib və maddi ziyan dəyib. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi aviabazaya hücuma görə İsrailin məsuliyyət daşıdığını bildirib. Suriya İsrailin hava hücumlarını qınayıb.
SAMİRƏ