CNN TÜRK-də yayımlanan "Müdriklik Dairəsi" proqramında mərhum prezident Turqut Özalın məzarının açılması (eksqumasiya) prosesi və irəli sürülən iddialar müzakirə edilib.
Verilişdə müstəqil millət vəkili olan Əhməd Özal atasının məzarı və davam edən araşdırmalarla bağlı şok açıqlamalar verib.
Əhməd Özal atasının məzarının yerləşdiyi ərazinin coğrafi quruluşuna istinad edərək, məzarın içinə yuxarıdan suyun axıdıldığının müəyyən edildiyini bildirib. "Mərhumun dəfn olunduğu yer təpədir, mərhum Menderesin və onun dostları olan nazirlərin məzarlarından 30-40 metr aralıdadır. O vaxt, eksqumasiyadan əvvəl, yoxsa sonra olduğunu xatırlamıram, Terrorla Mübarizə Bölməsindən insanlar bizə gəldilər. Dedilər ki, "Təpə olduğuna görə ora su sıza bilməz, məzara yuxarıdan su axıdılmış olmalıdır"- oğul Özal bildirib. Qeyd edib ki, bunun nə vaxt edildiyi məlum deyil. Məqsəd isə bəllidir - nəşi tez bir zamanda çürütmək... "FETÖ-nün 2012-ci ildə eksqumasiya prosesində aktiv rol oynaması və dosyenin gizlədilməsi ehtimalını nəzərə alaraq hakimiyyət orqanlarından qəbri yenidən açmağı və bu məsələni araşdırmağı istərdinizmi" sualına Əhməd Özal "Əgər nəticə olsa, əlbəttə ki, "hə" deyərdim. O zaman məzar açılanda bunları bilmirdik. Biz də təəccübləndik. 19 ildən sonra açıldı, hamı sümük və saç gözləyirdi, amma bu baş vermədi. Daha əhatəli bir araşdırma aparıldı. Düşünürəm ki, bu hesabat natamamdır. Bəlkə də dövlət arxivlərində hələ açıqlanmayan mətləblər var"- deyə bildirib. Dövlət Audit Şurasının hesabatını aldıqlarını bildirən Əhməd Özal deyib ki, orada yalnız mütəxəssislərin başa düşə biləcəyi bir çox texniki terminlər var, lakin zəhərlənmə olduğu dəqiqdir.
“Zəhər torpağa keçib, zəhəri torpaqda da tapıblar”- oğul Özal deyib.
SAMİRƏ