ABŞ rəsmisi Trampın administrasiyanın yüksək vəzifəli şəxslərinə İranla danışıqları dayandırmağı əmr etdiyini bildirib.
CNN-in vəziyyətlə tanış olan bir mənbəyə istinadən məlumatına görə, Ağ Ev rəsmiləri bu yaxınlarda siyasi müttəfiqlərinə uzunmüddətli perspektivdə strategiyalarını "İrana dərhal zərbə endirməkdən" "ölkəni boğmaq"a dəyişdirdiklərini bildiriblər.
Rəsmilər bildiriblər ki, İranla bir sıra "müsbət müzakirələrdən" sonra Tramp vitse-prezident Vens, elçilər Stiv Uitkoff və Cared Kuşnerin də daxil olduğu danışıqlar qrupuna Tehranla əlaqə saxlamaqdan çəkinmək əmri verib. Lakin rəsmilər Trampın Tehranın onun tələblərinə təslim olmaq istəməməsindən hələ də məyus olduğunu bildirirlər.
Mənbələrin verdiyi məlumata görə, Tramp pərdəarxası olaraq İranın Hörmüz boğazından keçən nəqliyyatın tənzimlənməsi üçün Omanla əldə etməyə çalışdığı razılaşmanın ortaya çıxan konturlarından narazılığını ifadə edir.
Amerika rəsmilərinin sözlərinə görə, ABŞ-ın bu həftənin əvvəlində İrana qarşı yeni sərt sanksiyalar tətbiq etməsi gözlənilir.
Tahir TAĞIYEV