Son günlərdə rusiyalı sürücülər yanacaq böhranının ikinci dalğası ilə üzləşiblər. Yanacaqdoldurma məntəqələrinin yalnız 28 faizində benzin var.
“İzvestiya” monitorinq məlumatlarına istinadən xəbər verir ki, avqustun 16-na olan məlumata görə, ölkə üzrə yanacaqdoldurma məntəqələrinin 28,1%-də yanacaq mövcuddur. Bir həftə əvvəl bu rəqəm 41 faiz olub. Məlumata görə, Volqoqrad, Çelyabinsk, Orenburq, Voronej, Samara, Penza, Saratov, Lipetsk, Rostov vilayətlərində və Tatarıstanda benzin və dizel yanacağı azalıb. Rusiyadakı yanacaqdoldurma məntəqələrində ilk növbə dalğası may ayının sonlarında başlayıb və təxminən bir ay yarım davam edib.
Vəziyyətə hələ də neft emalı zavodlarında planlaşdırılmamış təmir işləri və logistika problemləri təsir göstərir.
Tahir TAĞIYEV