Cümə axşamı günü, 10 sentyabr 2026
     

İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

Image


Şakir Ağayev: “Ermənistan tərəfindən irəli sürülən bu arqumentlərin heç bir əsası yoxdur”

Azərbaycan Prezidenti İlham Əliyevin “Sovet dövründən qalan və texniki cəhətdən köhnələn Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası bütün region üçün böyük təhlükə mənbəyidir. O qeyd edib ki, stansiyanın istismar müddətinin sonsuz qədər uzadılması mümkün deyil və stansiya gec-tez bağlanmalıdır” bəyanatına Ermənistandan reaksiya verənlər tapılıb.

Ermənistan Respublika Partiyasının icra orqanının üzvü Artak Zakaryan yazıb ki, Bakı və Ankaranın Ermənistan Atom Elektrik Stansiyasını bağlamaq tələbinin uzun bir tarixi var. Zakaryan deyib ki, Azərbaycan əvvəllər beynəlxalq forumlarda Metsamor Atom Elektrik Stansiyasını bağlamağı təklif edirdisə, indi bu barədə tələb irəli sürülür.

Zakaryana görə, Ermənistan Atom Elektrik Stansiyasının (AES) bağlanması Ermənistanın mövcud enerji blokunun istismar müddətini 2036-cı ilə qədər uzatmağı və bu dövrdən yeni nüvə enerjisinə keçid üçün istifadə etməyi nəzərdə tutan enerji strategiyası ilə ziddiyyət təşkil edir.

O, qeyd edib ki, 2026-cı ilin aprel ayında Rusiya hökuməti Rosatom-un işin 70%-nin Rusiya nüvə korporasiyasına verilməsi şərti ilə Ermənistan AES-in (AES) istismar müddətini 2036-cı ilə qədər uzatmağa hazır olduğunu açıqlayıb.

“Daha əvvəl, 2026-cı ilin fevral ayında ABŞ-ın vitse-prezidenti Vens ABŞ-ın Ermənistanın nüvə enerjisi sektoruna mümkün investisiyalarını açıqladı. Bu baxımdan, gələcək layihələrin həyata keçirilməsi üçün yol açan nüvə əməkdaşlığı müqaviləsi imzalandı.

Regional inkişafdan asılı olmayaraq, Ermənistan nüvə enerjisini milli təhlükəsizliyin əsas komponenti kimi qorumalıdır”-deyə Zakaryan yazıb.

Zakaryan deyib ki, Metsamor Ermənistanın milli təhlükəsizliyi üçün önəmlidir, onu bağlamaq olmaz, ABŞ da dəstək verir, Ermənistan ABŞ-la nüvə sahəsində əməkdaşlıq edir, Rusiya da yeni enerji bloklarının yaradılmasını dəstəkləyib.

Ermənistan arxayındır ki, Rusiya və Amerika ilə bağlanılan sazişlər atom elektrik stansiyasının sökülməsinə, bağlanmasına imkan verməyəcək. Guya öz aləmlərində İlham Əliyevə cavab verirlər. Amma ABŞ-ın dəstəyi heç də Metsamorun saxlanmasına xidmət etmir. Amerika atom sahəsində Ermənistanla əməkdaşlığı ancaq yeni stansiyaların, yeni reaktorların tikintisi üzərində cəmləşdirirlər. Yəni Ermənistanın bu arxayınçılığı əsassızdır. İlham Əliyev düz deyib.

Ermənistan tərəfin Metsamorla bağlı gətirdiyi arqumentlər nə dərəcədə əsaslı sayıla bilər ki, Ermənistana Metsamor Atom elektrik stansiyasını sökməyə əsas versin?

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev baki-xeber.com-a bildirdi ki, Azərbaycan Prezidenti haqlı olaraq Metsamorun istismar müddətinin başa çatdığını və böyük region üçün böyük təhlükə mənbəyi olduğunu qeyd edib. “Paşinyan isə bildirmişdi ki, Metsamor bağlana bilməz, o beynəlxalq qanunlarla, müqavilələrlə fəaliyyət göstərir. Birincisi, Ermənistan ABŞ-la modul tipli atom elektrik stansiyaları ilə bağlı müqavilə bağlayıb. Eyni zamanda ABŞ-la bu fəaliyyəti həyata keçirmək istəyirdi. Amma məsələ bundadır ki, hələlik bu layihə kağız üzərindədir, icra olunmur. Çünki ABŞ-ın dediyi modul tipli elektrik stansiyaları demək olar ki, heç ABŞ-ın özündə də yoxdur. Bunun üzərində işləyirlər. Ermənistanda modul elektrik stansiyalarının tikintisi uzun çəkən prosesdir. Paşinyan Metsamor AES-i saxlamaqla həm Rusiya pozulmuş münasibətləri bir növ daha da korlamaq istəmir, eyni zamanda nüvəyə malik enerji hasilatını saxlamaq niyyəti güdür.

Bu atom elektrik stansiyasının sökülməsində ilk növbədə Ermənistan höküməti özü maraqlı olmalıdır. Çünki bir hadisə baş verərsə bizim region və elə Ermənistanın özü üçün çox böyük təhlükə yarana bilər. İkincisi, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəyi alınmalıdır. Bu qurumun rəyi əsasında göstərilməlidir ki, Metsamorun qalması region üçün nə dərcədə təhlükəlidir. Bütün atom elektrik stansiyaları AEBA-nın nəzarətində olur. Onlar rəy verməlidir ki, bu təhlükə aradan qaldırılmalıdır. O zaman Ermənistan tərəfin gətirdiyi bəhanələr, müqavilənin 2026-cı ildə bitməsi ilə bağlı dedikləri artıq öz gücünü itirmiş olacaq. ABŞ-la müqavilə əsasında Ermənistanda modul tipli atom elektrik stansiyalar fəaliyyətə başalarsa bu baş verə bilər.

Amma çox təəssüflər olsun ki, bunların heç birinin baş verəcəyi hələ gözlənilmir. Azərbaycanın dəfələrlə məsələ qaldırmasına baxmayaraq hələki AEBA bu barədə rəy verməyib. Eyni zamanda modul tipli atom elekrik stansiyalarının tikintisi həyata keçirilmir.

Ermənistan tərəfindən irəli sürülən bu arqumentlərin heç bir əsası yoxdur. Çünki Azərbaycan Prezidenti bu bəyanatı təsadüfən verməyib, onun əlində tutarlı dəlillər, məlumatlar var”.

Ş.Ağayev təəssüflə bildirdi ki, bütün çağrışlara baxmayaraq Ermənistan tərəfi Metsamoru bağlamağa cəhd göstərmir, buna marağı yoxdur, bu yöndə addımlar atmaq əvəzinə çaşdırıcı, əsassız bəyanatlar verməklə məşğuldur. Ş.Ağayev hesab edir ki, regionda təhlükəli vəziyyət yaranarsa onun faciələrini düşünmək belə dəhşətdir, buna görə də AEBA vaxtında bu məsələyə münasibət bildirməli, Metsamorun sökülməsi üçün rəy verməlidir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

SON XƏBƏRLƏR

09.09.2026 / 23:10
Rusiya Azərbaycanın Orta Dəhlizinə alternativ yaradır - Yeni Transaltay Orta Nəqliyyat Marşrutu... 1100 km...

09.09.2026 / 22:56
Türkiyə, Pakistan və Səudiyyə İranın dəstəklədiyi Yəmən husilərini vura bilər - İslamabad xəbərdarlıq etdi...

09.09.2026 / 22:33
Almaniyada ifrat sağçılar addım-addım hakimiyyətə yaxınlaşır - ölkəni etirazlar bürüdü, kansler Trampla telefon danışığını ləğv etdi...

09.09.2026 / 22:15
Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

09.09.2026 / 21:57
Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

09.09.2026 / 21:43
Avropa liderləri Trampı Putinlə Ankoric razılaşmasını pozmağa vadar etdilər...

09.09.2026 / 21:26
İrəvanla Moskva arasında Ukraynanın üstündə intriqa dərinləşir...

09.09.2026 / 21:11
2020-ci ildə Azərbaycanda Dövlət komissiyası yaradıldı, bu sahədə vəziyyət daha da pisləşdi...

09.09.2026 / 20:56
Trampın faşistyönümlü partiyaya simpatiyası Mertsi qəzəbləndirdi

09.09.2026 / 20:40
Orta Asiyanın türk dövlətlərindəki ABŞ səfirlərinə mərkəzdən təhlükəli tapşırıq verilib - tək Qırğızıstan...

09.09.2026 / 20:27
Tramp Rusiya və onun 5 müttəfiqinə qarşı “ticarət sanksiyaları qanununu” təxirə saldı...

09.09.2026 / 20:14
Kremldən görünməmiş hədə - “bu dəfə Avropa ilə müharibə çox qısa olacaq”...

09.09.2026 / 19:57
Suriyada silah anbarında güclü partlayış - 14 ölü, çox sayda yaralı var…

09.09.2026 / 19:44
Rusiyadan NATO-ya təhdid kimi açıqlama – biz hazırıq…

09.09.2026 / 19:30
Zəngəzur dəhlizində infrastruktur tikintiləri üçün yeni şirkət(?) yaradılır...

09.09.2026 / 19:14
Ermənistan TŞ-nin keçmiş katibi Qriqoryan beynəlxalq konsaltinq şirkətində baş məsləhətçi təyin edildi

09.09.2026 / 19:05
Avropa Birliyi Zelenskinin üzünə “Patriot”un qapılarını açdı...

09.09.2026 / 18:48
İran-ABŞ müharibəsinin "dəniz coğrafiyasi" genişlənir - neft 120-yə qalxdı...

09.09.2026 / 18:33
İvanişvilinin partiyasında baş nazirlərin arasında qətl ittihamı - Azərbaycanın da adı hallanır...

09.09.2026 / 18:22
Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

09.09.2026 / 18:05
İrandan Fars körfəzi ətrafında gəmilərə qarşı irimiqyaslı hücum – bir gecədə ondan çox gəmi vuruldu…

09.09.2026 / 17:43
Messi İspaniyada futbol klubu alır…

09.09.2026 / 17:28
Rusiya məhkəməsi Zelenskinin aparat rəhbərini üçüncü dəfə “həbs etdi”…

09.09.2026 / 17:14
Serbiya Prezidenti parlamenti buraxdı və seçki tarixini elan etdi…

09.09.2026 / 16:57
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlandı

09.09.2026 / 16:53
Özəl sektorun iqlim fəaliyyətində rolu Bakıda müzakirə olundu

09.09.2026 / 16:44
İqtisadiyyatımızda az da olsa artım var, sənaye ümumiyyətlə artmır... Niyə?

09.09.2026 / 16:27
Neft sürətlə bahalaşır, ancaq iqtisadiyyatımızda artım yenə yavaşlayıb...

09.09.2026 / 16:13
Trampla Putinin də danışığı Ukrayna üzrə konkret nəticə vermədi...

09.09.2026 / 16:00
Özbəkistana qayıdan əmək miqrantları ilə bağlı təcrübə Azərbaycanda da təkrarlana bilər...

09.09.2026 / 15:57
Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirildi - YENİLƏNDİ

09.09.2026 / 15:56
Ali dini liderin qohumu Pezeşkianın istefasını tələb etdi - parçalanma?..

09.09.2026 / 15:46
Azərbaycan polisi AMERİPOL-un platformasında müşahidəçi statusu qazandı

09.09.2026 / 15:24
Prezident və Birinci xanım Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar

09.09.2026 / 14:50
Rusiya Azərbaycan üzərindən Ermənistana arpa və buğda göndərəcək

09.09.2026 / 14:07
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTO

09.09.2026 / 14:07
Tramp Almaniyada ifrat sağçıların qələbəsini "böyük uğur" adlandırdı...

09.09.2026 / 13:49
"Azərbaycan iştirakı olmadan TRIPP-in icrası mümkünsüzdür" - Ceyhun Bayramov

09.09.2026 / 13:47
İrandan ABŞ-da ağır zərbə - ölən və yaralanan əsgərlərin sayı artır...

09.09.2026 / 13:40
Azərbaycan və Ermənistan razılığa gəlib - sərhədlərin delimitasiyası şimaldan başlayacaq...

09.09.2026 / 13:33
Rusiya Ukrayna-Moldova sərhədində nəzarət-buraxılış məntəqəsini bombaladı, ölənlər var…

09.09.2026 / 13:20
Ceyhun Bayramov yaxın zamanda Mirzoyanla görüşəcək...

09.09.2026 / 13:12
Ceyhun Bayramovdan Ermənistanda Konstitusiya referendumu ilə bağlı açıqlama - gözləyirik...

09.09.2026 / 13:08
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyarda yaxınlaşır

09.09.2026 / 12:56
Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir

09.09.2026 / 12:31
“Şahdəniz” Böyük Britaniyanın İrana qarşı yeni sanksiyalarından istisna edildi

09.09.2026 / 12:10
"Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur" - Prezident

09.09.2026 / 12:06
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

09.09.2026 / 12:05
"Azərbaycan Xəzər dənizinin geri çəkilməsini aydın şəkildə müşahidə edir" - Ceyhun Bayramov

09.09.2026 / 11:58
Ukraynaya Rusiyanın ən böyük limanındakı yanacaq neft terminalına zərbə endirdi...

09.09.2026 / 11:19
İran ABŞ-ın ən müasir ağıllı və pilotsuz sualtı qayığını ələ keçirdi…

09.09.2026 / 11:05
İşə düzəltmək adı altında dələduzluq edən şəxs yaxalandı...

09.09.2026 / 10:50
Sahibə Qafarova Nyu-Yorkda İƏT-ə üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb

09.09.2026 / 10:41
Rüşvətlə saxta əlillik sənədləri düzəldən özəl klinika rəhbəri və sahə həkimi həbs edildi

09.09.2026 / 10:17
Rubiodan İrana xəbərdarlıq - ABŞ-a hər hücumda neft tankerlərinizi itirəcəksiniz

09.09.2026 / 10:01
Azərbaycan neftinin qiyməti 108 dolları ötdü

09.09.2026 / 09:47
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı başsağlığı verib - FOTO

09.09.2026 / 09:40
Zərdabda minik avtomobili traktorla toqquşdu, 5 nəfər öldü - DYP hərəkət iştirakçılarına müraciət etdi...

09.09.2026 / 09:36
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimlərinin Xankəndiyə səfəri başlayıb

09.09.2026 / 09:12
Hörmüz boğazında gərginlik artdı - Onlarla gəmi hücuma məruz qaldı, iki ABŞ gəmisi vuruldu…

09.09.2026 / 08:50
ABŞ beş İran neft tankerini vurdu…

08.09.2026 / 22:58
Kremldən Kiyevə xəbərdarlıq - sülh prosesi uzandıqca tələblər də sərtləşdiriləcək…

08.09.2026 / 22:40
Putin və Tramp bir saat telefon danışığı aparıblar - Kreml təfərrüatları açıqladı...

08.09.2026 / 22:27
London və Təl-Əviv arasında gərginlik artır - İsrail Qüdsdəki Britaniya konsulluğunu bağladı…

08.09.2026 / 22:04
ABŞ İran iqtisadiyyatını çökdürür – Tehran son 40 ilin ən ağır iqtisadi böhranı ilə üzləşir...

08.09.2026 / 21:15
Ermənistanın 2029-a kimi vizasız gediş-gəliş planına AB- dən rədd gəldi...

08.09.2026 / 20:56
Zəngəzur dəhlizinə qarşı Moskva və Tehrandan yeni təklif gəldi... ABŞ-ın reaksiyası...

08.09.2026 / 20:28
Mərkəzi Bank istəsə, kommersiya bankları soyğunçu kredit faizlərini aşağı salar...

08.09.2026 / 20:11
Avropa ilə Amerikanın Qrenlandiya və Arktikada “savaşı” başlanır

08.09.2026 / 19:50
Bişkekdən sonra Putinin İlham Əliyevə telefon açmasının şifrəsi var...

08.09.2026 / 19:23
Sosial şəbəkələrdə şəhidlər mövzusu xüsusi xarici mərkəzlər tərəfindən qızışdırılır...

08.09.2026 / 19:22
BMT-dən qorxunc xəbərdarlıq: süni intellekt bəşəriyyəti çıxılmaz məhvə aparır...

08.09.2026 / 19:07
44 günlük müharibədə 78 dinc erməninin ölməsi yeni oyun “faktıdır”...

08.09.2026 / 18:52
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olundu

08.09.2026 / 18:40
“Qərb sülhə mane olsa, Rusiya məqsədlərinə hərbi yolla nail olacaq” - Lavrov

08.09.2026 / 18:26
İrəvan Rusiyadan Avrasiya İqtisadi Birliyinə şikayət etdi - idxal məhdudiyyətləri qanunsuzdur…

08.09.2026 / 18:10
Azərbaycan daha bir beynəlxalq ölkələr qrupunun rəhbərliyinə seçildi...

08.09.2026 / 17:56
Ali Məhkəmədən vətəndaşdan xəbərsiz rəsmiləşdirilən onlayn kreditlərlə bağlı açıqlama...

08.09.2026 / 17:42
Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə etdi

08.09.2026 / 17:30
MMC rəhbərinin cinayət əməlləri üzə çıxdı - insanları belə aldadırmış...

08.09.2026 / 17:23
Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşdü

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ