Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

Image


Bəhruz Quliyev: “Bu, müəyyən dairələrin Azərbaycanla bağlı siyasi ritorikanı bilərəkdən sərtləşdirdiyini göstərir”

Azərbaycan Baş Prokurorluğu Rusiyanın üç vətəndaşını- "Moskva 24" televiziya kanalının aparıcısı İvan Knyazev, siyasi məsləhətçi Semyon Uralov və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevi terrorizmə açıq çağırışlar, Konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün pozulması maddələri üzrə beynəlxalq axtarışa verib və barələrində həbs qətiimkan tədbiri seçib.

Sözügedən hadisələrdən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiya informasiya məkanında səslənən son açıqlamalarla bağlı narahatlıq və sərt etiraz diqqətə çatdırılıb.

Azərbaycan XİN-in mətbuat açıqlamasına görə, bunlara xüsusilə "Anlamanın Saflığı" verilişində Azərbaycana və onun rəhbərliyinə qarşı yönəlmiş açıqlamalar, Sputnik Radiosunda Azərbaycan rəhbərliyinin "Rusiyanın terrorçu və ekstremist siyahısına" daxil edilməsi ilə bağlı yayımlanan ifadələr və YouTube və Spas telekanalında Azərbaycan rəhbərliyinə qarşı təhqiramiz materialların və təxribat xarakterli ifadələrin" yayılması daxildir.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın üç rusiyalı jurnalisti axtarışa verməsi ilə bağlı şərh verib.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın beynəlxalq axtarışa vermək qərarı ilə əlaqədar olaraq üç Rusiya vətəndaşı - İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayevi qorumağa hazırdır, lakin bu açıqlamaların Moskvanın həmin ölkəyə münasibətini əks etdirmədiyini vurğulayır.

"Bu şəxslərin verdiyi açıqlamalar heç bir şəkildə Moskvanın Azərbaycana və ya Respublika ilə münasibətlərinə yanaşmasını əks etdirmir. Biz inanırıq ki, Rusiya-Azərbaycan münasibətləri mövcud ikitərəfli hüquqi baza, ilk növbədə 22 fevral 2022-ci ildə Moskvada ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsi əsasında inkişaf etməlidir", - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nazirliyin saytında yerləşdirilən cavabında bildirilir.

“Eyni zamanda Rusiyaya qarşı düşmənçilik xarakterli məlumatlar Azərbaycanın informasiya məkanında daim mövcuddur. Biz dəfələrlə Azərbaycanlı həmkarlarımıza informasiya mühitinin yaxşılaşdırılması məsələlərini ixtisaslaşmış məsləhətləşmələr zamanı siyasiləşmə və mediada ajiotaj olmadan sakitcə müzakirə etməyi təklif etmişik. Ümid edirik ki, belə bir dialoq baş tutacaq", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Rusiya Azərbaycanla münasibətləri niyə belə kəskinləşdirir? Rusiyanın radio və televiziyalarında, qəzetlərində Azərbaycana qarşı xoşagəlməz təbliğat gedir, Azərbaycan rəhbərliyini "ekstremist", "terrorist" adlandırırlar. Niyə son vaxtlar Rusiyada Azərbaycana qarşı belə addımlar kəskinləşib? Niyə antiazərbaycan təbliğatı fəallaşıb, Azərbaycandan nə istəyir Rusiya?

Qeyd olunduğu kimi, Rusiya XİN-in bəyanatında da deyilir ki, biz vətəndaşlarımızı müdafiə edəcəyik, eyni zamanda “biz Azərbaycana dəfələrlə təklif etmişik ki, uyğun sahələrdə səssiz-küysüz, mediada hallandırmadan müzakirələr aparaq”. Rusiya XİN amma konkret olaraq Rusiya vətəndaşlarının ittiham olunma səbəbləri haqda heç nə demir.

Hətta onu da deyirlər ki, zaman-zaman Azərbaycan mediasında Rusiyaya qarşı belə yazılar olur.

Həm deyirlər ki, o adamların fikirləri Rusiyanın dövlət mövqeyini əks etdirmir, həm də “zaman-zaman Azərbaycan mediasında da Rusiya rəhbərliyi, Rusiya haqqında belə yanaşmalar olur”.

“Rusiya-Azərbaycan münasibətlərində son dövrlər müşahidə olunan gərginlik artıq diplomatik narazılıq çərçivəsindən çıxaraq informasiya müstəvisində açıq təzyiq kampaniyasına çevrilir. Rusiya mediasının ayrı-ayrı platformalarında Azərbaycana qarşı “ekstremist”, “terrorist” kimi ağır və qəbuledilməz ifadələrin işlədilməsi təsadüfi deyil. Bu, müəyyən dairələrin Azərbaycanla bağlı siyasi ritorikanı bilərəkdən sərtləşdirdiyini göstərir.

Burada əsas sual budur: Rusiya Azərbaycandan nə istəyir?

Məncə, Moskvanın əsas narahatlığı Azərbaycanın son illərdə xarici siyasətində daha müstəqil və çoxvektorlu xətt yürütməsi, milli maraqlarını daha qətiyyətlə müdafiə etməsi və regionda özünün geosiyasi çəkisini artırmasıdır. Azərbaycan artıq heç bir güc mərkəzinin təsir dairəsində olan ölkə kimi davranmır. Bakı həm Rusiya ilə münasibətləri qoruyur, həm Türkiyə ilə strateji müttəfiqliyi dərinləşdirir, həm ABŞ və Avropa ilə əlaqələri inkişaf etdirir, həm də Türk dünyasında fəal rol oynayır. Bu siyasət müəyyən Moskva dairələrində narahatlıq doğurur." Bu fikirləri baki-xeber.com-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, digər mühüm məsələ Cənubi Qafqazın dəyişən geosiyasi xəritəsidir. B.Quliyev vurğulayıb ki, Azərbaycan regionda yeni nəqliyyat, enerji və kommunikasiya layihələrinin əsas aktorlarından birinə çevrilib. “Zəngəzur istiqaməti, Orta Dəhliz, Şərq-Qərb bağlantıları və Azərbaycanın Türk dünyası ilə artan inteqrasiyası regiondakı ənənəvi geosiyasi təsir mexanizmlərini dəyişir. Moskvanın narahatlığının bir hissəsi də məhz bununla bağlıdır.

Rusiya XİN-in “biz öz vətəndaşlarımızı müdafiə edəcəyik” arqumentinə gəldikdə isə burada prinsipial məsələ var ki, hər bir dövlət öz vətəndaşının hüquqlarını müdafiə edə bilər. Amma bu, başqa dövlətin daxili hüquqi proseslərinə siyasi təzyiq göstərmək və ya həmin ölkənin rəhbərliyinə qarşı dövlət mediası səviyyəsində qarayaxma kampaniyası aparmaq hüququ vermir.

Əgər Rusiya tərəfinin dediyi kimi, konkret şəxslərlə bağlı hüquqi suallar varsa, bunun ünvanı televiziya efirləri, siyasi tok-şoular və təhqiramiz ifadələr deyil, diplomatik və hüquqi mexanizmlərdir. “Səssiz-küysüz müzakirə edək” deyib paralel olaraq dövlətə yaxın media resurslarında Azərbaycanı hədəfə almaq isə tamamilə ziddiyyətli yanaşmadır.

Düşünürəm ki, Azərbaycan mediasında Rusiyaya və Rusiya rəhbərliyinə qarşı hansısa tənqidi materialların yayımlanması da bu məsələyə bəraət qazandırmır. Birincisi, media tənqidi ilə dövlət siyasətini eyniləşdirmək düzgün deyil. İkincisi, Rusiyanın öz mediasında Azərbaycana qarşı səsləndirilən bəyanatların miqyası və ritorikası ilə ayrı-ayrı Azərbaycan media materiallarını eyni tərəziyə qoymaq obyektiv müqayisə deyil.

Moskva anlamalıdır ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Azərbaycan öz dövlətçilik institutlarını, iqtisadi imkanlarını, ordusunu və beynəlxalq tərəfdaşlıqlarını gücləndirmiş müstəqil dövlətdir. Rəsmi Bakı ilə danışıq dili təhdid və təhqir deyil, qarşılıqlı hörmət və bərabərhüquqlu dialoq olmalıdır.

Əgər Rusiya Azərbaycanla münasibətləri qorumaq istəyirsə, ilk növbədə informasiya müharibəsinin tonunu aşağı salmalıdır. Çünki iki ölkə arasında yaranmış problemləri televiziya ekranlarından “düşmən obrazı” yaratmaqla həll etmək mümkün deyil.

Azərbaycan heç kimin qarşısında geri çəkilən, milli maraqlarından imtina edən dövlət deyil. Biz əməkdaşlığa açığıq, dialoqa hazırıq, amma təzyiq dilini qəbul etmirik. Moskvanın qarşısında duran seçim də əslində budur ki, Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi danışsın. Köhnə imperiya stereotipləri üzərindən təzyiq göstərməyi unudmaq lazımdır.

Hesab edirəm ki, yalnız bu yol Azərbaycan-Rusiya münasibətlərinin maraqlarına cavab verir."-deyə, B.Quliyev əlavə edib.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ