Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

Image


Son dövrdə Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərdə siyasi gərginlik daha qabarıq görünür. Avropa Parlamenti Türkiyədə demokratiya, hüquq və müxalifətə münasibətlə bağlı sərt tənqidlər səsləndirir, Ankara isə bu yanaşmanı qəbul etmir. Bunun fonunda Prezident Rəcəb Tayyib Ərdoğanın AB üzvlüyünün artıq Türkiyə üçün prioritet olmadığını bildirməsi də Ankara-Brüssel münasibətlərində yeni mərhələnin yarana biləcəyi barədə müzakirələri gücləndirib.

Belə bir vəziyyətdə Türkiyənin Avropa ilə münasibətlərinin soyuması təkcə Ankara üçün deyil, onun yaxın tərəfdaşları, o cümlədən Azərbaycan üçün də müəyyən geosiyasi və iqtisadi nəticələr yarada bilər. Azərbaycan-Türkiyə münasibətlərinin Avropa ilə əlaqələri də nəzərə alınmaqla inkişaf etdiyi bir şəraitdə, Türkiyə ilə Aİ arasında siyasi qarşıdurmanın dərinləşməsi Bakı-Brüssel münasibətlərinə hansı formada təsir göstərə bilər? Türkiyənin Avropa ilə mümkün “soyuq müharibə” siyasəti Azərbaycanın Aİ ilə enerji, nəqliyyat, ticarət və siyasi əməkdaşlığına təsir edə bilər?

Abutalıb Səmədov: “Türkiyə ilə münasibətlərin ən azı yaxın iki ildə indikindən pis olma ehtimalı yoxdur”

Abutalıb Səmədov:

Politoloq Abutalıb Səmədov məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Türkiyə ilə Avropa İttifaqı arasında problemlər yeni deyil. Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyənin digər rəsmiləri dəfələrlə ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı mövqelərini açıqlayıblar və bu məsələdə münasibətlər uzun müddətdir ki, mürəkkəb olaraq qalır.

Politoloq qeyd edib ki, Avropa İttifaqı son illərdə Türkiyəni, xüsusilə insan hüquqları, məhkəmə sistemi və digər sahələr üzrə dəfələrlə tənqid edib:

“Türkiyədə insan hüquqları və ədalət mühakiməsi ilə bağlı problemlərin olduğu, həbslərin xeyli artdığı, müxalifət nümayəndələrinə, seçilmiş bələdiyyə sədrlərinə qarşı cinayət işlərinin açıldığı barədə Avropadan kifayət qədər ciddi iradlar səslənib. Xüsusilə İstanbulun keçmiş meri Əkrəm İmamoğlu ilə bağlı atılan addımlar həm Türkiyədə, həm də beynəlxalq aləmdə ciddi suallar doğurub”.

Abutalıb Səmədovun sözlərinə görə, Avropa İttifaqının Azərbaycana münasibətində də müəyyən tənqidlər mövcuddur və bu tənqidlərin gələcəkdə də səsləndirilməsi mümkündür. Lakin o, bunun Azərbaycan-Avropa İttifaqı münasibətlərinə ciddi təsir göstərəcəyini düşünmür: “Avropa İttifaqının Azərbaycana böyük ehtiyacı var. İlk növbədə söhbət enerji məsələsindən gedir. Avropa Rusiyadan enerji asılılığını azaltmaq, xüsusilə qaz idxalını 2027-ci ildən etibarən minimuma endirmək istəyir və alternativ mənbələr axtarır. Bu baxımdan Azərbaycanın əhəmiyyəti böyükdür. Ona görə də Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə ciddi problem yaranacağını ehtimal etmirəm”.

Politoloq bildirib ki, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti də yaxın perspektivdə azalmayacaq. Onun fikrincə, Orta Dəhlizin inkişafı, həmçinin Azərbaycan-Gürcüstan-Qara dəniz marşrutunun əhəmiyyətinin artması ölkənin Avropa üçün strateji rolunu daha da gücləndirə bilər.

“Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin azalması yaxın gələcəkdə qeyri-mümkündür. Əksinə, Orta Dəhlizin inkişafı və yeni logistika marşrutlarının istifadəyə verilməsi Azərbaycanın rolunu daha da artıracaq. Bu sahədə Türkiyənin də əhəmiyyəti çox böyükdür”, – deyə o vurğulayıb.

Abutalıb Səmədov Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərə də toxunaraq bildirib ki, tərəflər arasında problemlər olsa da, münasibətlərin kəskinləşərək yeni qarşıdurma mərhələsinə keçməsi ehtimalı azdır.

Onun sözlərinə görə, xüsusilə təhlükəsizlik və müdafiə məsələlərində Avropanın Türkiyəyə ehtiyacı artır. “Avropanın müdafiə məsələsində ABŞ-dan asılılığının müzakirə edildiyi bir vaxtda Türkiyənin rolu daha da artır. Türkiyə dünyanın ən güclü ordularından birinə malikdir və Avropanın təhlükəsizliyində mühüm rol oynayır. Buna görə də Avropa ölkələri Türkiyə ilə münasibətləri pisləşdirməkdə maraqlı deyillər”.

Politoloq hesab edir ki, Avropa ölkələri Ukrayna müharibəsi fonunda öz müdafiə imkanlarını gücləndirməyə çalışır və bu prosesdə Türkiyə ilə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.

“Düşünürəm ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində artıq müəyyən addımlar atılır. Türkiyə ilə münasibətlərin ən azı yaxın iki ildə indikindən pis olma ehtimalı yoxdur. Bundan sonra isə ABŞ-da hakimiyyətin kimdə olacağı və Vaşinqtonun Avropaya münasibəti də mühüm amil olacaq”, – deyə Abutalıb Səmədov bildirib.

O qeyd edib ki, Avropa İttifaqının Türkiyəyə və Azərbaycana münasibətində müəyyən tənqidlər bundan sonra da davam edə bilər. Lakin bu, bütövlükdə münasibətlərin dəyişməsi demək deyil.

“Bəzi tənqidlər haqlı ola bilər, bəzi məsələlərdə isə Avropa İttifaqının ikili standartlarından söhbət gedə bilər. Amma bütövlükdə münasibətlərin indiki kimi davam edəcəyini düşünürəm. Azərbaycan seçim etmək məcburiyyətində qalmayacaq. Avropa ilə münasibətlərimiz, xüsusilə enerji və tranzit sahələrində, inkişaf etməkdə davam edəcək”, – deyə politoloq əlavə edib.

Abutalıb Səmədovun fikrincə, Azərbaycanın Avropa üçün əhəmiyyəti ilk növbədə enerji potensialı və tranzit imkanları ilə bağlıdır. O hesab edir ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta Dəhlizin əhəmiyyətini daha da artıracaq və nəticədə Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrində yeni imkanlar yaranacaq.

Politoloq sonda bildirib ki, Türkiyə ilə Avropa İttifaqı arasında mövcud vəziyyəti “soyuq müharibə” adlandırmaq düzgün deyil: “Münasibətlərdə kifayət qədər problemlər var. Amma son üç-dörd illə müqayisədə Avropada Türkiyənin əhəmiyyətini daha çox anlamağa başlayıblar. Bu səbəbdən Türkiyə-Avropa münasibətlərində yaranan problemlərin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə ciddi təsir göstərəcəyini düşünmürəm. Əksinə, müəyyən məsələlərdə Azərbaycanın Avropa üçün rolu daha da arta bilər”.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ