ABŞ Çini 2018-ci ildə Donald Tramp tərəfindən tətbiq edilən tariflərdən yayınmaq üçün milyardlarla dollar dəyərində malları digər ölkələrdən keçirməkdə ittiham edib.
Ağ Evin hesabatına görə, bu təcrübədən illik itkilərin 26 milyard dollara çatdığı təxmin edilir.
Qeyd olunur ki, 40-dan çox ölkə Çinin gömrük rüsumlarından yayındığı “qlobal kölgə yük daşıma şəbəkəsində" iştirak edir.
Bu siyahıya “dəmir yolu və quru tranziti, konsolidasiya və quru-dəniz əlaqələrini təmin edən” Azərbaycan və Gürcüstanın da daxil olduğu vurğulanır.
Hesabat Çin prezidenti Si Cinpinin sentyabr ayında ABŞ-a gözlənilən səfərindən əvvəl dərc edilib.
Tahir TAĞIYEV