Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu, Ukrayna Prezidenti Aparatının yüksək vəzifəli şəxsləri və digərləri də daxil olmaqla, hazırkı və keçmiş parlament üzvlərinin rəhbərlik etdiyi cinayətkar təşkilatı ifşa etmək üçün xüsusi əməliyyat keçirir.
Bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosu məlumat yayıb.
Əməliyyatın konkret olaraq kimlərə qarşı keçirildiyi və xüsusi əməliyyatla bağlı əlavə təfərrüatlar verilməyib. Qeyd edilir ki, əməliyyatın təfərrüatları daha sonra açıqlanacaq.
KİV-in yazdığına görə, hazırda bir neçə yüksək vəzifəli məmurun evində və ofisində axtarışlar aparılır.
Mənbələr "Ukrainska Pravda" qəzetinə bildiriblər ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) hazırda qadağan olunmuş müxalifət platforması - Həyat Naminə partiyasından parlamentə seçilmiş deputat Vadim Stolara və Prezident Aparatının rəhbərinin müavini İrina Mudraya məxsus binada xüsusi əməliyyat çərçivəsində axtarışlar aparır.
Tahir TAĞIYEV