Yeni Partiyanın Qaziantep millət vəkili Melih Meriçin bıçaqlanması ilə bağlı iki nəfər həbs edilib. Qaziantep Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan keçmiş CHP Oğuzeli Rayon sədri Seydi Ahmet Keleş və oğlu Hakan Keleş məhkəməyə çıxarılıb. Keleş və oğlu 1-ci Sülh Cəza Məhkəməsi tərəfindən həbs ediliblər. İstintaq nəticəsində hücumu Seydi Ahmet Keleşin həyata keçirdiyi, Hakan Keleşin isə cinayətin sübutlarını gizlətdiyi müəyyən edilib. İstintaq çərçivəsində cəmi beş nəfər saxlanılıb. Qaziantep valisi Kemal Çeberin verdiyi məlumata görə, şübhəlilər arasında hadisədən sonra istifadə etdiyi şəxsi avtomobilin sürücüsü Seydi Ahmet Keleş, sonradan dəyişdirdiyi kommersiya avtomobilinin sürücüsü E.D., Keleşin oğlu Hakan Keleş və hadisə zamanı ərazidə olan şəxsi mühafizəçi R.Ç. var. ANKA-nın məlumatına görə, Keleş məhkəməyə köçürülərkən jurnalistlərə hücumdan peşman olduğunu bildirib. “Təəssüf edirəm, o mənim dostum idi, məni təhrik etdi. Kaş ki, bunu etməsəydim. Onun sağ olmasına çox şadam”- o deyib. SAMİRƏ