Bazar günü günü, 06 sentyabr 2026
     

Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

Image


Azərbaycanda Biləcəri-Yalama xəttinin yenidən qurulması planları üzərində iş gedir. Asiya İnkişaf Bankı (AİB) bu dəmir yolu hissəsində elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya sistemlərinin təkmilləşdirilməsi üçün layihə idarəetmə xidmətləri göstərmək məqsədilə məsləhətçi seçim prosesinə başlayıb. AİB layihə üçün 325 milyon dollar kredit ayıra bilər və təsdiqi gələn ilin iyun ayında gözlənilir.

Qeyd etmək lazımdır ki, Biləcəri Stansiyası Azərbaycanın əsas dəmir yolu qovşağıdır və Bakının Binəqədi rayonunda yerləşir. Yalama Stansiyası isə Xaçmaz rayonunun eyniadlı kəndində, Rusiya ilə dövlət sərhədindən 3 km məsafədə yerləşir. Biləcəri-Yalama xətti təxminən 192 km uzunluğundadır və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir. Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Bakıdan Rusiya sərhədinə qədər bütün dəmir yolunun modernləşdirilməsi üzrə genişmiqyaslı layihəni Azərbaycanın tranzit potensialının genişləndirilməsi ilə bağlı mövcud tələbə proaktiv cavab kimi xarakterizə edib: "Logistika marşrutlarının modernləşdirilməsi bu gün ümumiyyətlə aktual bir tendensiyadır. Hörmüz boğazının blokadası və Qırmızı dənizdə gəmiçilik problemləri ixracatçıların yük daşınması üçün quru yollarından istifadə etmək marağını artırıb və bu, ölkələri nəqliyyat şəbəkələrini inkişaf etdirmək üçün səy göstərməyə sövq edir. Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinə gəldikdə, Rusiya sərhədindən Bakı-Biləcəri mərkəzi dəmir yolu stansiyasına qədər dəmir yollarının təkmilləşdirilməsinin bir neçə obyektiv səbəbi var. Birincisi, iki ölkə arasında ticarət dövriyyəsi durmadan artır. Rusiya və Azərbaycan 2025-ci ildə siyasi münasibətlərin pisləşməsi zamanı belə ticarət dövriyyəsini artırıblar - hər iki tərəfin rəsmi statistikası göstərir ki, hər şeyə baxmayaraq, bu müddət ərzində ticarət dövriyyəsi artıb. İndi siyasi münasibətlər tam normallaşdığı üçün Rusiya ilə Azərbaycan arasında ticarətin artması tendensiyası yalnız güclənəcək və bunu təmin etmək üçün biz artıq logistikanın təkmilləşdirilməsi üzərində işləməliyik”. Rusiya ilə Azərbaycan arasında ticarətin artması həm də o fonda baş verir ki, Moskva Ermənistandan idxalı azaldır və onları Azərbaycan malları ilə əvəz edir. Rusiyanın Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalını dayandırması sonuncunun iqtisadiyyatında öz təsirlərini artıq qabarıq şəkildə büruzə verməyə başlayır. Ölkədə kənd təsərrüfatı məhsullarının ixracının sürətlə azalması təkcə vergi gəlirlərinin itirilməsində deyil, həm də ciddi sosial problemlərin formalaşmasına münbit zəmin yaradır. Çünki Ermənistanda xeyli sayda iş adamı, çoxsaylı ailələr məhz kənd təsərrüfatı ilə məşğul olurlar. Real vəziyyət göstərir ki, hökumətin erməni ixracatçılarının problemlərini subsidiyalarla həll etmək cəhdləri də istənilən nəticəni vermir. Minlərlə kilometr uzaqlıqdakı Avropadan olan tərəfdaşla ticarətin istənilən səviyyədə qurulması isə, ən yaxşı halda, bir neçə il çəkəcək, yaxud ümimiyyətlə mümkün olmayacaq. Rusiya isə məhdudiyyətlərini daha da sərtləşdirir. Elə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mövqeyi də bunu təsdiq edir. Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut qeyd edir: “Rusiya Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalını yalnız İrəvan malların tam təhlükəsizliyinə zəmanət verdikdən sonra bərpa edəcək. Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalının bərpası üçün onların təhlükəsizliyi təmin edilməli, məcburi tələblər yerinə yetirilməlidir. Moskvanın əsas tələbi Avrasiya İqtisadi Birliyinin baytarlıq və fitosanitar standartlarına ciddi şəkildə riayət olunmasıdır. Bu, təkcə rəsmi sertifikatlara deyil, həm də istehsala real nəzarətə aiddir. Kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, o cümlədən Ermənistan istehsalçıları tərəfindən yerli xammaldan istifadə, pestisidlərə nəzarət, tədarükün izlənilə bilməsi və digər məcburi tələblər hazırda məhdudiyyətlərə məruz qalan malların idxalının bərpası üçün vacib şərtdir”.

Belə bir şəraitdə Rusiya Azərbaycan məhsulları hesabına Ermənistan mallarının sürətlə əvəzlənməsi prosesini də həyata keçirir. Rusiyanın “Aksent” analitik mərkəzinin hesabatı da bunu təsdiq edir. Qurum bildirir ki, yanvar-iyun aylarında Azərbaycan mallarının Rusiyaya ixracı 3% artaraq 608 milyon dolları keçib. Bildirilir ki, Azərbaycanın kənd təsərrüfatı ixracatının əsas flaqmanı olan 164 milyon dollar dəyərində 136 min ton pomidor Rusiyaya göndərilib. İtirilmiş Ermənistan tərəvəzlərini əvəz etdikcə, Azərbaycan ixracatçılarının mənfəəti 10% artıb. İyun və iyul aylarında Azərbaycanın çəyirdəkli meyvələrdən əldə etdiyi ümumi gəlir 40 milyon dolları keçib. Dağıstandakı keçid məntəqələrində albalı, nektarin və şaftalı daşıyan Azərbaycan yük maşınlarının rekord həddə hərəkəti qeydə alınıb. Eyni zamanda Azərbaycandan Rusiyaya 39 milyon dollar dəyərində 48 min ton alma ixrac edilib. Bununla yanaşı, Azərbaycan balıq məhsulları sektorunda iştirakını əhəmiyyətli dərəcədə artırıb. Ermənistan əvvəllər göl alabalığı və ağ balıq tədarükü baxımından güclü mövqe tuturdu. 2026-cı ilin əvvəlindən bəri Rusiya Azərbaycandan dəniz məhsulları idxalını 43% artırıb. Erməni şirələrinin, mineral sularının və nektarlarının tədarükü dayandırıldıqdan sonra Azərbaycan fabrikləri Rusiya supermarketlərindəki boş yerləri sürətlə doldurur. İlin birinci yarısında Azərbaycandan Rusiyaya birbaşa sıxılmış hazır butulka məhsullarının tədarükü 14% artıb. Ermənistan Rusiyanı hazır trikotaj məhsulları ilə təchiz edərkən, Azərbaycan Rusiya geyim sənayesi üçün əsas xammal təchizatçısına çevrilib. Araşdırma mərkəzinin dərc etdiyi məlumata görə, respublikada pambıq becərilməsinin 15% genişlənməsi səbəbindən Rusiya fabrikləri kütləvi şəkildə Azərbaycan pambığına keçir. Və ilin birinci yarısında Azərbaycan iplik ixracının fiziki həcmi artıq ikiqat artıb. Qarşıdakı dövr ərzində Azərbaycandan Rusiyaya ixrac həcminin daha böyük sürətlə artması gözlənilir. Bütün bunlar erməni tərəfində böyük narazılıq və məyusluq yaradır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

SON XƏBƏRLƏR

06.09.2026 / 00:26
Kremldə üç saatdan çox davam edən Putin-Uitkoff-Kuşner danışıqları başa çatdı... - YENİLƏNDİ

06.09.2026 / 00:19
Ağdamda traktor minaya düşdü

05.09.2026 / 22:12
Everest buzlaqlarını əridən… alpinistlərin sidiyi imiş… İlginc…

05.09.2026 / 21:36
“Sputnik Armenia”dan Azərbaycanla aranı qatmaq üçün təxribatçı xəbər...

05.09.2026 / 20:34
Paşinyan Ermənistanın yenidən inqilaba ehtiyacı olduğunu deyir…

05.09.2026 / 20:11
Zelenskidən Putinin atəşkəs əmrinə reaksiya - üç gün Moskvaya hücum olmayacaq…

05.09.2026 / 19:48
Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarıldı

05.09.2026 / 19:32
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edildi

05.09.2026 / 19:08
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi

05.09.2026 / 18:50
Serbiyanın hakim partiyası Vuçiçi rəsmən baş nazir vəzifəsinə namizəd göstərdi....

05.09.2026 / 18:12
ABŞ İranın üç neft tankerini vurdu və Tehrana xəbərdarlıq etdi – birini vursanız üçünü vuracağıq…

05.09.2026 / 16:38
Putin Trampın elçilərini Kremldə qəbul edəcək…

05.09.2026 / 16:21
Putin Zelenskinin təklifini qəbul etdi - Kiyevə hücumlar təxirə salındı…

05.09.2026 / 15:45
50 yüksək rütbəli hərbçi yalan detektorundan keçirildi, nazirin istefası tələb olundu - İrana hücumla bağlı məxfi məlumatların sızdırılması ABŞ-ı qarışdırdı…

05.09.2026 / 15:07
Rusiya Ukraynanın atəşkəs təklifinə cavab vermir - təklif Putinə çatdırılıb, ancaq…

05.09.2026 / 14:24
Rusiyada vəzifəlilərin şübhəli ölümlərinə daha biri əlavə olundu – istefa verdi, qısa müddət sonra 9-cu mərtəbədən yıxıldı…

05.09.2026 / 13:55
Avrokomissar hərbi caninin qəhrəmanlaşdırılmasına görə Serbiyaya səfərini ləğv etdi…

05.09.2026 / 13:26
Rusiya səfiri Kiyevdə SBU binasına hücuma görə Slovakiya XİN-ə çağırıldı…

05.09.2026 / 13:09
Trampın sülh elçilərini daşıyan təyyarə Moskvaya endi…

05.09.2026 / 12:53
AB Xark adası sahillərində İran tankerini vurdu…

05.09.2026 / 12:37
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub

05.09.2026 / 12:19
Armen Qriqoryan 2018-ci ilin "məxməri inqilabı"ndan kitab yazdı - Suallardan isə yayındı...

05.09.2026 / 12:14
Azərbaycan LLDCs-nin vitse-sədri seçildi...

05.09.2026 / 11:50
Bir gündə axtarışda olan 149 nəfər saxlandı...

05.09.2026 / 11:40
Bakıda daha bir BMT tədbiri keçiriləcək - Dördüncü İqlim Həftəsi

05.09.2026 / 11:22
ABŞ Ermənistana Azərbaycanla razılaşmaya görə 5 milyardlıq layihə verib...Hikmət Hacıyevdən maraqlı sitat...

05.09.2026 / 11:08
Erməni hüquq müdafiəçisi Azərbaycana böhtan atdı - Ombudsmandan da tutarlı cavab aldı...

05.09.2026 / 10:32
"Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir" - DYP vətəndaşlara çağırış etdi...

05.09.2026 / 09:30
Nigerdə avqust üsyanının arxasından Makron çıxdı - "şəbəkəyə o rəhbərlik edib"...

05.09.2026 / 00:49
Davudoğluna bu çıxışına görə cinayət işi açıldığı deyilir...

04.09.2026 / 22:43
ABŞ öz günahını Ukraynanın üzərinə yükləməyə çalışır - qlobal enerji qiymətlərinin artmasında Kiyev günahkardır…

04.09.2026 / 22:26
Ukrayna Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qalacaq - "Patriot" böhranı dərinləşir…

04.09.2026 / 22:16
Azərbaycanın reallıqları və Qərb mediasının dezinformasiya kampaniyası

04.09.2026 / 22:09
Deputat nazir parlamentdə çıxış edərkən it kimi hürməyə başladı...

04.09.2026 / 21:51
Almaniya-Rusiya münasibətləri 1-2-ci dünya savaşları ərəfəsindəki həddə qayıdır...

04.09.2026 / 21:33
Paşinyan özü üçün “ən real variantı” seçdi - Putininsə variant seçmə imkanını “qeyri-real” hesab etdi...

04.09.2026 / 21:15
Lavrovun “uzaqgörənliyi” - Ermənistanın Avropaya həvəsi çox tez sönəcək...

04.09.2026 / 20:57
Azərbaycana Ermənistandan ilk mal ixracı başladı - Ticarət hansı valyuta ilə aparılacaq...

04.09.2026 / 20:42
Əliyevdən ATƏT-ə “30 illik səhvinizdən heç olmasa bundan sonra nəticə çıxarın” mesajı...

04.09.2026 / 20:29
Tibbdə maaş islahatının hədəflərindən biri - Təcili yardım sürətlə dəyişəcək...

04.09.2026 / 20:15
İran 56 gəminin Hörmüz boğazından keçidinə qadağa qoydu...

04.09.2026 / 20:02
Meloni Prezident İlham Əliyevə təşəkkür etdi

04.09.2026 / 19:59
Zaxarova Paşinyana - "Sən kişisən, yoxsa qadın?"...

04.09.2026 / 19:50
Paşinyan Rusiyanın 102-ci bazasını ölkədən çıxarmaqda israrlıdır...

04.09.2026 / 19:21
Məhkum ermənilərlə bağlı Paşinyanın “Əliyevlə müzakirə etdik” bəyanatında ciddi qüsur var...

04.09.2026 / 19:07
Prezident və Birinci xanımın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü - FOTO

04.09.2026 / 19:03
Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi qərargahını vurdu –birbaşa SBU rəhbərinin otağı hədəf alındı...

04.09.2026 / 18:51
ABŞ Ermənistanla İran sərhədində qoşun yerləşdirmək niyyətindədir – iddia

04.09.2026 / 18:38
Trampın xüsusi nümayəndəsi Kiyevə getməkdən qorxur...

04.09.2026 / 18:27
Rusiyanın uzaq adasında bioloji silah sirləri gizlədilir... ABŞ 2022-də "qara siyahı”ya salıb...

04.09.2026 / 18:25
Ermənistan-Rusiya münasibətlərinin “inventarlaşdlrılmasına” başlanılır... Bu nədir?

04.09.2026 / 18:20
Çin Yaxın Şərqdə ABŞ-a meydan oxuyur - Pekin mühüm gedişlərə başladı...

04.09.2026 / 18:03
Gümrüdəki 102-ci bazanın məsələsini Paşinyandan qabaq Putin özü qaldırdı - şübhəlidir...

04.09.2026 / 17:51
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

04.09.2026 / 17:45
Tramp Rusiyanı səssiz şəkildə beynəlxalq təcriddən qurtarır - G20 dəvəti təsadüf deyil...

04.09.2026 / 17:44
Meloni hökuməti rekord qırdı - ən uzunömürlü hakimiyyət

04.09.2026 / 16:39
Seuta anklavına miqrant axınında İsrail barmağı - İspaniya hökuməti ifşaedici hesabat açıqlayacaq...

04.09.2026 / 15:52
Rusiya TRİPP-lə bağlı əndişəsini gizlətmir - bu dəfə Şevtsov dilləndi

04.09.2026 / 15:35
Ceyhun Bayramov İsveç səfiri ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə etdi

04.09.2026 / 15:12
ABŞ-İran savaşının qızışması neft qiymətlərini yenidən kəllə-çarxa çıxarır

04.09.2026 / 15:10
Prezident İsveçrə və Niderlanda yeni səfirlər təyin etdi

04.09.2026 / 14:57
Minatənizləmə üzrə beynəlxalq Bakı konfransının yekun sənədində mühüm maddə...

04.09.2026 / 14:33
Azərbaycanlı professor “The Guardian”ı fakt qarşısında qoydu - Qarabağla bağlı təhriflərə etiraz olundu

04.09.2026 / 14:23
Külli miqdarda qızılı Türkiyəyə keçirmək istəyən qrup üzvlərinə hökm oxundu - Naxçıvanda

04.09.2026 / 14:16
"Brutto müqavilə" modeli AYNA-nı saysız ictimai qınaqlardan necə qurtara bilər...

04.09.2026 / 13:50
Almaniya Ukrayna üçün hücum dronlarının kütləvi istehsalına başladı - beş min…

04.09.2026 / 13:36
Azərbaycan-ŞƏT əməkdaşlığının geosiyasi əsasları

04.09.2026 / 13:21
Ukrayna Soçidə "Rosneft"ə məxsus neft anbarını və HHM batalyonunu bombaladı...

04.09.2026 / 13:08
SOCAR ilk dəfə İtaliyadan Gürcüstana benzin idxal edib

04.09.2026 / 12:57
Macarıstan Ukraynanın Aİ-yə üzvlük prosesini üçüncü dəfə blokladı

04.09.2026 / 12:45
Axtarışda olan 2 nəfər Rusiyada saxlanaraq Azərbaycana gətirildi

04.09.2026 / 12:33
Polşa minə yaxın rus diplomatın Avropadan qovulmasını təklif etdi...

04.09.2026 / 12:17
Oman İranla Hörmüz razılaşmasından imtina etdi…

04.09.2026 / 12:05
İngiltərənin 1918-ci il Azərbaycan siyasəti və Bakı uğrunda döyüşlər

04.09.2026 / 11:42
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşdı

04.09.2026 / 11:25
Əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin üstü açıldı...

04.09.2026 / 11:08
Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışına başlandı

04.09.2026 / 10:41
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yaydı

04.09.2026 / 10:12
S&P: "Comstock"un SOCAR-la sövdələşməsi şirkətin kredit göstəricilərini yaxşılaşdıracaq"

04.09.2026 / 09:53
İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda yaxalandı

04.09.2026 / 09:16
Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik etdi

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ