Ukrayna və Rusiya arasında əsir mübadiləsi həyata keçirilib. Ukrayna Prezidenti Zelenski bildirib ki, Rusiya əsirliyində olan 103 ukraynalı hərbçi vətənə qaytarılıb. Bunun müqabilində Ukrayna 103 rusiyalı hərbi əsiri Rusiyaya təhvil verib.
Zelenskinin sözlərinə görə, azad edilən ukraynalılar arasında Silahlı Qüvvələrin, Dövlət Sərhəd Xidmətinin və Milli Qvardiyanın hərbçiləri var. Onların arasında Mariupol, Donetsk, Luqansk, Xarkov, Zaporojye, Xerson, Dnepr və digər istiqamətlərdə Ukraynanı müdafiə edən döyüşçülər də yer alır.
Rusiya Müdafiə Nazirliyi də məlumatı təsdiqləyib. Nazirlik bildirib ki, Rusiya Ukrayna əsirliyindən 103 əsgərini geri qaytarıb və bunun müqabilində 103 əsiri Ukrayna tərəfinə təhvil verib.
Tahir TAĞIYEV