Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Bərdənin deputatının 21 milyonluq biznes müqaviləsi qanunidir?

Image


Şəmsəddin Əliyev: “Deputatın kommersiya fəaliyyəti ilə məşğul olması Azərbaycan xalqının iradəsini ifadə edən Konstitusiya müddəalarının pozulması və ona açıq hörmətsizlik göstərilməsidir”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə 21 milyon 462 min 500 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Müqavilə MAZ 6312 C5 (6×4) markalı tullantı daşıyan avtomobillərin alınmasını nəzərdə tutur və satınalma bir mənbə metodu ilə həyata keçirilib. Alınacaq avtomobillərin sayı açıqlanmayıb.

Məlumatlara görə, zavodun Müşahidə Şurasının sədri Milli Məclisin deputatı Xanlar Fətiyevdir. Azərbaycan qanunvericiliyinə əsasən, deputatlar sahibkarlıq və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz (qanunda nəzərdə tutulan istisnalar xaric). Bununla yanaşı, bir şəxsin müəssisənin Müşahidə Şurasında təmsil olunması avtomatik olaraq qanun pozuntusu hesab edilmir. Hüquqi qiymətləndirmə üçün həmin şəxsin müəssisənin idarə edilməsindəki rolu, səlahiyyətləri, gəlir əldə edib-etməməsi və digər faktiki hallar araşdırılmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin deputat Xanlar Fətiyevin Müşahidə Şurasının sədri olduğu bildirilən "Gəncə Avtomobil Zavodu" ilə 21,4 milyon manatlıq müqavilə bağlaması fonunda, deputatın bu müəssisədəki statusu və fəaliyyəti Azərbaycan qanunvericiliyində deputatlar üçün nəzərdə tutulan məhdudiyyətlərin pozulması kimi qiymətləndirilə bilərmi? Əgər belədirsə, bu fakt deputat mandatına xitam verilməsi və ya digər hüquqi prosedurların başlanması üçün yetərli əsas hesab oluna bilərmi?

Cinayətkarlıqla mübarizədə KİV-lərin rolu – Polisə.az

Azərbaycanda dövlət qulluqçularının, hakimlərin və millət vəkillərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması məsələsi vaxtaşırı ictimai müzakirələrin mövzusuna çevrilir. Hüquqşünas Şəmsəddin Əliyev bu məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, ölkə qanunvericiliyi dövlət vəzifəsi daşıyan şəxslərin kommersiya fəaliyyətində iştirakını birmənalı şəkildə məhdudlaşdırır.

Hüquqşünasın sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, dövlət qulluqçuları, seçkili dövlət orqanlarında çalışan şəxslər, hakimlər və digər yüksək vəzifəli məmurlar kommersiya-sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Onların yalnız elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olmalarına müəyyən hallarda icazə verilir.

Ş.Əliyev vurğulayıb ki, bu qadağaların hüquqi əsası yalnız ayrı-ayrı qanunlarla məhdudlaşmır. Onun fikrincə, məsələ ilk növbədə ölkənin əsas qanunu olan Konstitusiyadan qaynaqlanır: "Konstitusiya adi normativ-hüquqi akt deyil. O, ən yüksək hüquqi qüvvəyə malik sənəddir və bütün qanunvericilik sisteminin əsasını təşkil edir. Digər qanunlar və normativ aktlar Konstitusiyanın müəyyən etdiyi çərçivədən kənara çıxa bilməz. Məhz buna görə də dövlət hakimiyyətini həyata keçirən şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması Konstitusiyanın ruhuna və tələblərinə zidd hesab olunur".

Ekspert qeyd edib ki, dövlət hakimiyyətini təmsil edən şəxslərin biznes fəaliyyəti ilə məşğul olması maraqlar toqquşması yaradır. Onun sözlərinə görə, belə hallarda ictimai maraqların deyil, şəxsi iqtisadi maraqların üstün tutulması riski artır: "Millət vəkili qanunvericilik fəaliyyətini həyata keçirən şəxsdir. Əgər o, eyni zamanda kommersiya fəaliyyətində iştirak edirsə, qəbul edilən qərarların və qanunların müəyyən biznes maraqlarına xidmət etməsi ehtimalı yaranır. Bu isə həm hüquqi, həm də etik baxımdan ciddi problemlər doğurur”.

Şəmsəddin Əliyev bildirib ki, Azərbaycan ictimaiyyətində müxtəlif dövrlərdə bəzi deputatların biznes strukturları ilə əlaqələri barədə müzakirələr aparılıb. O xatırladıb ki, keçmiş deputat Əsabil Qasımovun və digər bəzi şəxslərin adları zaman-zaman dərman bazarı, aptek şəbəkələri və əczaçılıq biznesi ilə bağlı mediada hallandırılıb. Hüquqşünasın fikrincə, bu cür iddialar ciddi araşdırma predmeti olmalıdır.

Ekspert hesab edir ki, vəzifəli şəxslərin iqtisadi fəaliyyət sahələrində təsir imkanları əldə etməsi bazarda inhisarçılıq meyllərini gücləndirə bilər: "Belə şəxslər müəyyən hallarda tutduqları vəzifədən və malik olduqları nüfuzdan istifadə etməklə bazarda üstün mövqe qazana bilirlər. Nəticədə rəqabət mühiti zəifləyir, iqtisadiyyatın ayrı-ayrı sahələrində inhisarçılıq meylləri yaranır. Bu isə həm sahibkarların, həm də istehlakçıların maraqlarına zərbə vurur".

Ş.Əliyev deputat toxunulmazlığı məsələsinə də toxunaraq bildirib ki, bu institutun məqsədi millət vəkillərinin parlament fəaliyyəti zamanı sərbəst və müstəqil fəaliyyət göstərməsini təmin etməkdir. Onun sözlərinə görə, deputat toxunulmazlığı kommersiya fəaliyyəti üçün hüquqi təminat və ya imtiyaz kimi qəbul edilə bilməz.

Hüquqşünas vurğulayıb ki, əgər deputatın və ya digər yüksək vəzifəli şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması sübuta yetirilərsə, bu məsələ hüquqi məsuliyyət doğura bilər: "Burada söhbət yalnız hansısa qanunun pozulmasından getmir. Söhbət Konstitusiya prinsiplərinin pozulmasından gedir. Belə hallara aidiyyəti dövlət qurumları, o cümlədən korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilməlidir" .

Ekspert əlavə edib ki, bu cür halların təsdiqini tapması deputat mandatına xitam verilməsi məsələsini də gündəmə gətirə bilər. Onun fikrincə, dövlət hakimiyyəti institutlarına ictimai etimadın qorunması baxımından bu kimi məsələlərə hüquqi müstəvidə şəffaf və prinsipial yanaşma nümayiş etdirilməlidir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ