çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

İslam istiqrazları Azərbaycana böyük miqdarda pullar gətirə bilər

Image


Məlum olduğu kimi, son günlərdə Azərbaycanda diqqət mərkəzində yer alan məsələlərdən biri də dövriyyəyə şəriət qaydaları ilə istiqrazın buraxılmasının mümkünlüyüdür. Bu, adi istiqrazların islami ekvivalenti hesab edilir.

O da bəllidir ki, yaxın tezlikdə Azərbaycan İnvestisiya Holdinqinin tabeliyindəki dövlət şirkətləri dövriyyəyə şəriət qaydaları ilə istiqraz buraxa bilər. Belə istiqrazlar sukuk adlanır. Məsələ ilə bağlı sözügedən holdinq İslam İnkişaf Bankı Qrupunun qolu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlıq etmək niyyətindədir. Artıq tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Bir sıra ekspertlər belə hesab edir ki, sukuk ölkəyə qısa zamanda 100 milyonlarla dollar axın təmin edə bilər. Azərbaycanda sukukun emissiyasının əsas məqsədi yeni maliyyə mənbələrinin müəyyən olunmasıdır. Belə ki, ölkə daxilində haram sayaraq istiqraz almayan kifayət qədər insan var. Digər tərəfdən Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn kimi körfəz ölkələrində Azərbaycana investisiya qoymaqda maraqlı olan, lakin eyni səbəbdən bunu etməyənlər kifayət qədərdir. Sukukun emissiyası Azərbaycan İnvestisiya Holdinqinin idarəetrməsində olan şirkətlərə qısa zamanda külli miqdarda vəsaitin axınını təmin edə bilər. O da maraqlıdır ki, sukuk üzrə gəlirlilik bəzi hallarda ənənəvi istiqrazlarla müqayisədə xeyli yuxarı olur. Belə ki, ənənəvi istiqrazlar üzrə gəlirlilik müəyyən edilmiş faiz üzrə hesablanır. Nəticədən asılı olmayaraq ona pul qoyan investor sonda faiz gəlirlərini almış olur. Sukukda isə müəssisənin xalis mənfəətinə şərik olmaq mümkündür. Bu məqam ilk baxışda sukukun ənənəvi istiqrazlara nisbətən daha risqli olması görüntüsü yaratsa da, əslində məsələ tam da belə deyil. Beynəlxalq təcrübədə sukukun risqlərinin müxtəlif yollarla minimuma endirilməsi mexanizmləri mövcuddur. Belə ki, borclanmaya gedən tərəf zərər etdikdə sukuk üzrə öhdəliklərini əvvəlki illərin mənfəəti hesabına, əlavə borclanmaya getməklə və ya sığorta hesabına ödəyə bilir. Nəticə etibarı ilə risqlər klassik istiqrazlarla bərabər səviyyədə olur. Lakin sukukun gəlirliliyi əvvəlcədən razılaşdırılmış şəkildə deyil, nəticəyə bağlı olduğuna görə bəzi hallarda ənənəvi istiqrazlarla müqayisədə xeyli yuxarı olur. Bu baxımdan ona tək müsəlmanlar deyil, qeyri müsəlmanlar da investisiya aləti kimi müraciət edir.

İslam istiqrazları ilə bağlı sənədi şərh edən iqtisadçı Natiq Cəfərli isə “sputnik”ə bildirib ki, Azərbaycan İnvestisiya Holdinqinə daxil olan dövlət şirkətlərinin səhmlərinin satışa çıxarılması və yaxud da özəlləşdirilməsi baş verərsə, həmin istiqrazlardan istifadə etmək mümkün olacaq. Yəni həmin istiqrazlar vasitəsilə səhmlərə çıxış əldə etmək mümkün olacaq. Sonradan o istiqrazları beynəlxalq maliyyə birjalarında, əsasən də Londonda və yaxud da Ərəb Əmirliklərinə aid birjalarda dəyişmək, nağdlaşdırmaq mümkündür: "Gələcəkdə İnvestisiya Holdinqinə daxil olan dövlət şirkətlərinin özəlləşdirilməsi baş verərsə, bu zaman İslam bankçılığı qaydalarına uyğun olaraq həmin istiqrazlardan istifadə etmək mümkün olacaq. Və Azərbaycan dövlət şirkətlərinin səhmlərinə həmin istiqrazlar vasitəsilə çıxış əldə etmək olacaq. Gələcəkdə belə anlaşmaların olması mümkündür. Azərbaycan İnvestisiya Holdinqinə daxil olan şirkətlərin gələcəkdə özəlləşdirilməsi ilə bağlı daha açıq yol xəritəsi olacaqsa, holdinqə daxil olan şirkətlərə maraq xarici investorlar tərəfindən arta bilər". Onun fikrincə, bizdə oturuşmuş qiymətli kağızlar bazarı və onun tərkib hissəsi kimi istiqraz bazarı aşağı səviyyədədir. Ən populyar alət Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı qiymətli kağızlardır ki, həm korporativ investorlar, həm də fərdi investorlar tərəfindən maraqla qarşılanır. Başqa səhm bazarında və istiqraz bazarında ciddi aktivlik yoxdur. Dövlət şirkətlərinin gələcəkdə səhmlərinin dövriyyəyə buraxılması baş verərsə, bu, səhm bazarının canlanmasında ən mühüm rol oynaya bilər. Çünki ölkədə hələ də dövlət şirkətlərinin əksəriyyəti qapalı tipli səhmdar cəmiyyət şəklində fəaliyyət göstərir, onların səhmlərinin 100 faizi dövlətə məxsusdur. Amma gələcəkdə həmin səhmlərin real səhmlərə çevrilərək, ən azından 10-20 faizi bazara çıxarılsa, səhm bazarının canlanması mümkündür. Ona görə də dövlət şirkətlərinin özəlləşməyə açılması bu sahəyə marağı xeyli artıra bilər. Natiq Cəfərlinin sözlərinə görə, İslam bankçılığı son 20-30 ildə İslam istiqrazları ilə birlikdə populyarlıq qazanıb: "Dünya İslam bankçılığının və istiqraz bazarının mərkəzi Londondur. Milyardlarla dövriyyəsi olan ayrıca bazardır. Bunun spesifik xüsusiyyətləri var və bəzi investorlar üçün bu daha cəlbedicidir. Çünki faizsiz kredit götürürlər, əsasən də startap ideyalara yatırırlar. Sonradan o ideyaların reallaşması baş verərsə, həmin istiqraz sahibləri səhmdara çevrilə və dividend götürə bilir. Dünyada bu bazara maraq xeyli artıb. Lakin bunun hələ ki, dünyada geniş vüsət aldığını söyləmək mümkün deyil, dövriyyələri o qədər də böyük deyil. Amma perspektivi var".

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ