çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Rusiya türkmən nefi ilə bağlı rəqabətdə Azərbaycana uduzdu

Image


Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İsveçrə-Hollandiya şirkəti olan “Vitol” ildə təxminən 1 milyon ton Türkmənistan neftinin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə nəqli barədə razılığa gəlib. Türkmənistanın Dövlət Xəbər Agentliyi bildirir ki, indiyədək türkmən nefti tankerlərlə Rusiyanın çay və dəniz limanlarından Novosibirskə, ordan isə neft kəməri ilə Avropaya nəql olunurdu. Amma indi Türkmənistan diqqətini Azərbaycana yönəltmək qərarı verib.

Qeyd edək ki, SOCAR daha əvvəl Rusiya və Türkmənistandan bir çox şirkəti cəlb etməklə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə neft tədarükünü artırmaq istədiyini bildirmişdi.

Enerji məsələləri üzrə təhlilçi İlham Şaban məsələ ilə bağlı qeyd edir ki, Bakı-Tiflis-Ceyhan kəməri üzərindən türkmən neftinin nəqli 2010-cu ildən başlayıb və Azərbaycanla Türkmənistanın bu əməkdaşlığı heç zaman dayanmayıb. O hesab edir ki, iki ölkənin Bakı-Tiflis-Ceyhan üzrə tranzit nəqlinə dair əməkdaşlığı neft hasil edən Xəzəryanı ölkələr arasında nümunə ola bilər: "Ən yüksək həcmlər 2016-cı ildən sonrakı dövrə təsadüf edir - 4 milyon tonadək yüksəlib. Bu, Türkmənistan üçün də çox əlverişlidir, çünki onun şelfində Xəzərin türkmən sektorunda neft hasil edən “Dragon oil” və digər şirkətlər hasil etdikləri neftin bir hissəsini dünya bazarına məhz Azərbaycan vasitəsilə çıxarır. Bu, istər logistik, istər bazarlara çıxış baxımından ən optimal yoldur".

Ekspert qeyd edir ki, üç il əvvəl Rusiyanın "Transnet" şirkəti Türkmənistana "daha yaxşı şərtlərlə" neftin bir hissəsini Rusiya vasitəsilə daşımağı təklif edib: "Təbii ki, heç bir şey öz yerində dayanmır. SOCAR-ın türkmən neftinin Rusiya üzərindən satışını həyata keçirən “Vitol” şirkəti ilə anlaşması göstərir ki, Azərbaycan tərəfi bazarda daha yaxşı şərtlər irəli sürməyi bacarır və bununla da həcmlərin, demək olar ki, yarısını özünə cəlb edib. Deməli, Bakı-Tiflis-Ceyhanla daha çox nəql imkanları olacaq və burada həm Azərbaycan tərəfinin, həm Bakı-Tiflis-Ceyhanın səhmdarlarının qazanmaq imkanları artacaq". O hesab edir ki, Rusiya şirkətləri ilə rəqabət qarşılıqlı münasibətə mənfi təsir göstərməyəcək: "Azərbaycanın digər enerji hasil edən ölkələrdən üstün cəhəti odur ki, ölkənin 7 neft-qaz ixrac boru kəməri var və biz bunların imkanlarından məhz əməkdaşlıq çərçivəsində çox məharətlə istifadə edirik. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, biz çalışırıq ki, bu kəmərlər bizi birləşdirsin, bizi ayıran, qarşı-qarşıya qoyan layihələr olmasın".

Xatırladaq ki, bu ilin yanvarında da Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Bu yataq özünün geoloji quruluşuna görə yaxınlığında yerləşən və qaz ehtiyatlarına malik “Qarabağ” yatağına oxşar yataqdır. Ancaq bu yatağın ehtiyatları ondan böyükdür. Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı olan “Azəri-Çıraq-Günəşli” və Türkmənistanın “Petronas 1” blokları arasında yerləşən “Dostluq” yatağı Xəzərin cənub hissəsində hər iki ölkənin sərhəd sularında yerləşən ən iri neft-qaz yataqlarından biridir. Azərbaycanlı neft mühəndisləri tərəfindən 1989-cu ildə kəşf edilən bu yataq müstəqillik əldə edildikdən sonra iki ölkə arasında istismarla bağlı uzun illərə söykənən müzakirələr aparıldı və nəhayət, bu istiqamətdə mühüm razılıq əldə olundu. İlkin qiymətləndirmələrə görə, yataqda təqribən 60 milyon ton neft, 100 milyard kubmetr təbii qaz ehtiyatları mövcuddur. İqtisadi dəyərləndirmələrə əsasən, geniş və əhatəli kəşfiyyat işlərindən sonra bu göstəricilərin bir qədər də artacağı ehtimal edilir. Bu isə hər iki ölkənin büdcə gəlirlərinin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb olacaq. Bu mənada, “Dostluq” yatağının birgə istifadəsi ilə bağlı memorandumun imzalanması və buradan çıxarılacaq karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması türkmən tərəfi üçün də olduqca sərfəlidir. Xəzər dənizində mövcud neft və qaz yataqlarının hasilatı və nəqli üçün yaradılmış müasir kommunikasiya xətləri, lazımi çoxfunksiyalı infrastruktur “Dostluq” yatağından hasil olunacaq enerji məhsullarının da Azərbaycan vasitəsilə tranzit yolu ilə dünya bazarlarına daşınması üçün münbit şərait yaradır. İndiyədək öz enerji resurslarının ixracını Rusiya, İran və Çin üzərindən həyata keçirən Türkmənistan üçün bu cür alternativ və iqtisadi cəhətdən sərfəli ixrac marşrutu cəlbedici xüsusiyyətə malikdir.

Bu, eyni zamanda, Türkmənistanla bərabər, digər Mərkəzi Asiya dövlətlərinin, xüsusilə Qazaxıstan və Özbəkistanın öz enerji ixracını şaxələndirməsi üçün çox əhəmiyyətlidir. Azərbaycan isə nəqliyyat-tranzit ölkə kimi öz önəmini artırmaqla geosiyasi mövqeyini daha da möhkəmləndirmiş olacaq. Bu da bölgənin enerji xəritəsində yeni ciddi dəyişikliklərə, böyük investisiya axınına, region ölkələrinin iqtisadi durumunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə insanların həyat səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Bu baxımdan, “Dostluq” yatağı nəinki Azərbaycan və Türkmənistanın, ümumilikdə bölgənin gələcək inkişafı üçün böyük perspektivlər vəd edir. Elə bu səbəbdəndir ki, Türkmənistan indi Azərbaycan üzərindən dünya bazarlarına daha çox neft çıxarır. Perspektivdə Azərbaycan üzərindən dünya bazarına çıxan türkmən qazının da həcmində dinamik artım gözlənilir. Bu məsələ üzərində İran və Rusiya da çox çalışır. Amma onlar rəqabətdə Azərbaycana uduzur.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ