Bazar günü günü, 16 avqust 2026
     

Üzümçülük fermerlərə milyonlar qazandıra bilər, amma..

Image


Aqrar sahəyə dəstək fonunda dövlət üçün maraqlı məsələlərdən biri də ölkədə üzümçülüyün inkişafı ilə bağlıdır. Bu günlərdə Aqrar Subsidiya Şurası 2022-ci il üçün subsidiya əmsallarını açıqlayıb. Orada diqqətçəkən məqamlardan biri 2022-ci ildə Azərbaycanın bəzi rayonlarında üzümçülüklə məşğul olacaq fermerlərə birdəfəlik əkin subsidiyalarının verilməsidir. Söhbət Ağdam, Ağsu, Cəlilabad, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarından gedir. Salınacaq üzüm bağlarının hər hektarına görə 8000 manat birdəfəlik əkin subsidiyasının verilməsi nəzərdə tutulur.

Lakin birdəfəlik subsidiyaları almaq istəyən fermerlər üçün bəzi şərtlər də qoyulub. Üzüm bağları dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində becərilməlidir. Mütəxəssislərin bildirməsinə görə, SSRİ dönəmində Azərbaycanda üzümçülük yüksək səviyyədə inkişaf edib. Amma həm SSRİ-nin son illərində üzümçülüyün gözdən salınması, həm də müttəfiq respublikalar arasında iqtisadi əlaqələrin qırılması üzündən bu sahə tənəzzülə uğrayıb. Azərbaycan lazımi gübrə ala bilmədiyindən üzüm bağlarını xəstəliklər bürüyüb. Lakin 10 il əvvəl "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" təsdiq edilib. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, 2020-ci ildə Azərbaycanda üzümlüklərin sahəsi 16.5 min hektara, üzüm istehsalı 208 min tona, məhsuldarlıq isə 104.8 sentnerə çatdırılıb. Nazirlikdən qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində Abşeronda, Naxçıvanda, Şamaxıda, Cəlilabadda, Gəncə-Qazax və digər bölgələrdə müasir tipli yeni üzüm plantasiyaları salınıb, aqrotexniki qulluq istiqamətində yeni texnologiyanın tətbiqinə başlanıb. Qurumdan vurğulanıb ki, bundan sonra işğaldan azad olunmuş ərazilərdə üzümlüklərin salınmasına üstünlük veriləcəyi gözlənilir: "1980-ci illərdə regionda bitkiçilik məhsullarından, əsasən taxıl məhsulları və üzüm istehsalı üstünlük təşkil edib. Həmin dövrdə Qarabağ və ətraf rayonlar ölkə üzrə taxıl istehsalının 13.9 faizinə, üzüm istehsalının isə 25.5 faizinə malik idi".

Subsidiyalarla bağlı qeyd edilən şərtlərə, məbləğə gəlincə, nazirlikdən vurğulanıb ki, bu, həm dəmyə üzümçülük və növbəti mərhələdə şərabçılıq, həm də ümumilikdə bu sahənin inkişafı üçün dövlətin böyük dəstəyidir. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin isə deməsinə görə, son vaxtlar subsidiyalarla bağlı elə mexanizm yaradılıb ki, o, əsasən, böyük istehsalçıların işini asanlaşdırır və bizneslərini stimullaşdırır: "Orada müəyyən şərtlər var. O şərtlərə adi fermerlər əməl edə bilmir. Həmin şərtlərə uyğun maliyyə qoyuluşu həyata keçirilməlidir və buna ancaq varlı adamların imkanı çatır". O qeyd edib ki, üzümçülüklə məşğul olan fermerlər kifayət qədər ciddi çətinliklərlə üzləşir: "Qazax və Tovuz rayonlarının fermerləri istehsal etdikləri məhsul üçün bazar tapa bilmirlər. Onlar məcbur olub öz məhsullarını dəyər-dəyməzə satırlar. İri istehsalçıların şərab zavodları var, onlar avadanlıqları alıb gətiriblər, yaxşı şərait qurublar. İndi də dövlət büdcəsi hesabına əraziləri genişləndirəcəklər". Onu da qeyd edək ki,  Zəngilanda üzümçülük ənənəsi olub, onu bərpa etmək yenidən böyük perspektivlər vəd edir. Ağdam Qarabağın böyük rayonlarındandır və burada kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var. SSRİ dövründə Ağdamda üzümçülük, pambıqçılıq, bağçılıq, bostançılıq geniş yayılmışdı. Özü də bu rayonda məhsuldarlıq yüksək olurdu, bu baxımdan bir çox rayonları üstələyirdi. Eyni zamanda, burada əkinə yararlı torpaqlar çox olduğuna görə kənd təsərrüfatı planları vaxtında yerinə yetirilirdi. Ağdam rayonu SSRİ dövründə taxıl istehsalı üzrə ilk 3-lükdə qərarlaşmışdı. Buranın torpağı dənli bitkilərin becərilməsi üçün xüsusilə münbitdir. Taxılçılıqla yanaşı, Ağdamda şərabçılığı da inkişaf etdirmək, ekspertlərin fikrincə, prioritet olmalıdır. Bu rayonun çaxırı o vaxt bütün ittifaqda, o cümlədən Rusiyada çox məşhur idi və onun şöhrətini özünə qaytarmaq olar. Şərab elə bir məhsuldur ki, dünyada ona bazar tapmaq çətin deyil. Torpağın münbitliyi ümumiyyətlə Ağdamda üzümçülük üçün əlverişlidir. Azad edilən ərazilərdə, eləcə də ölkədə şərabçılığın inkişafı üçün milli normativ texniki sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, aqroekoturizm layihələri çərçivəsində şərab turizminin inkişaf etdirilməsi də olduqca vacibdir. Bununla yanaşı, üzüm istehsalıçıları ilə şərab və şərab məhsulları istehsal edən şirkətlər arasında əlaqələrin genişləndirilməsi də vacibdir. Bu, xüsusən azad edilmiş ərazilərdə həyata keçirilən iqtisadi inkişaf strategiyası fonunda özünü qabarıq büruzə verməidir. Ümumiyyətlə isə, işğaldan azad olunan ərazilərdə dağ-mədən sənayesi, metallurgiya, yeyinti sənayesi, emal sənayesi, turizm-rekreasiya, yaradıcı sənaye, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikini materialları kimi sahələr inkişaf potensialına malikdir.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ