çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Avro manat qarşısında sürətlə zəifləməyə başladı

Image


Son günlərdə dünya maliyyə bazarlarında xüsusi diqqət cəlb edən hadisələrdən biri də avronun ucuzlaşmasıdır. İndi bu prosesin nə qədər davamlı olacağı, bunun dünya iqtisadiyyatına, ayrı-ayrı ölkələrə təsiri xüsusi maraq doğurur.

Qeyd edək ki, ölkəmizdə də avro ucuzlaşmaqda davam edir. Artıq Azərbaycanda avronun məzənnəsi bu ilin ən aşağı səviyyəsinə enib. Avronun məzənnəsi 1,98 manata kimi düşüb və bu isə cari ildə ən aşağı göstəricidir. Belə ki, bu il yanvarın 7-də avronun məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin vaxtdan avro 5,3% ucuzlaşıb.  
Hazırda avronun ucuzlaşmasında Avropa Mərkəzi Bankının özü də maraqlı tərəf kimi çıxış edir. Belə ki, avrozona iqtisadiyyatı hələlik istənilən səviyyədə bərpa edilməyib və bununla da avronun möhkəmlənməsi üçün makroiqtisadi əsaslar azalır. Bundan əlavə, nisbətən ucuz avro avrozonanın ixracına əlverişlidir ki, ixrac isə iqtisadiyyatın əsas fundamentlərindən biridir. Yəni ehtimal etmək olar ki, valyutanın ucuzlaşması avrozonanın iqtisadi rəhbərliyinə sərf edir və onu tərəfindən idarə edilir, çünki ucuz avro ixracı stimullaşdıraraq dolayı yolla iqtisadiyyatın artımına xidmət edir. Bundan başqa, ucuz valyuta müəyyən dərəcədə inflyasiyanı artıra bilər ki, bununla da Avropada deflyasiya və kiçik inflyasiya problemi həllini tapır. Daha bir amil ondan ibarətdir ki, ABŞ Federal Ehtiyat Sisteminin payızda faiz dərəcələrini qaldırması ehtimalı gündən-günə möhkəmlənir. Artıq gözləmək olar ki, noyabrın əvvəlində və ya ortalarında müvafiq qərar qəbul edilə və dekabrın ortalarında keçiriləcək FES-in iclasında rəsmiləşdirilə bilər. Nəticədə, dollar möhkəmlənmək üçün daha bir faktora malik olacaq ki, bu halda avro-dollar cütlüyündə ağırlıq ikincinin xeyrinə dəyişəcək. Bütün bunların fonunda ilin sonuna kimi avronun məzənnəsinin dollara nisbətdə ucuzlaşması çox real görünür. Belə vəziyyətdə Azərbaycanda da avronun manat qarşısında dəyər itirməsi gözlənilir. İqtisadçı-ekspert Rəşad Həsənov qeyd edir ki, ölkəmizdə digər valyutaların məzənnəsi çarpaz formada müəyyən edilir, yəni manatın dollara nisbətdə məzənnəsi və dolların digər valyutalara nisbətdə məzənnəsi: “Dünya bazarlarında valyutaların ABŞ dollarına qarşı mövqeyinin dəyişməsi son nəticədə manata qarşı da mövqeyinin dəyişməsinə, yəni ucuzlaşmasına və yaxud bahalaşmasına gətirib çıxarır. Bu ilin əvvəlindən etibarən, Co Bayden ABŞ prezidenti seçiləndən sonra dolların möhkəmlənmə prosesi başlayıb. Hazırda vaksinasiya prosesinin sürəti, ABŞ iqtisadiyyatı ilə bağlı müsbət mesajların verilməsi, ABŞ-la Çin arasında ortaq anlaşma ilə bağlı ehtimalların artması və sair dolları möhkəmləndirir. Ötən həftə birjalarda bu istiqamətdə ciddi sıçrayış baş verib və bu da Azərbaycanda avronun məzənnəsində birbaşa öz əksini tapır. Bu, faktiki olaraq, bu gün üçün ölkəmizdə ciddi dəyişikliklərə gətirib çıxarmır. Düzdür, ölkənin gəlirlərində avronun payı əhəmiyyətlidir. Dollardan sonra xarici gəlirlərdə ikinci əsas valyuta məhz avrodur. Amma bu gün avro dollara nisbətdə daha az istifadə olunur”.

Bir daha qeyd edək ki, Azərbaycanda çarpaz inzibati məzənnə sistemidir. Yəni dolların məzənnəsi sabit qalır. Dolların avro qarşısında oynaqlığı isə manatla dollar-avro münasibətlərində əksini tapır. Ona görə də ölkəmizdə avro ucuzlaşmaqda davam edir, dolların məzənnəsi isə sabit qalır. Əslində, avro ucuzlaşarkən bizdə də dollar bahalaşmalı idi. Amma Azərbaycanda inzibati yollarla dolların məzənnəsi sabit saxlanıldığından, ABŞ valyutasının bahalaşması baş vermir. Lakin avronun ucuzlaşmasının Azərbaycana xeyirli və ziyanlı tərəfləri də qaçılmazdır. Ümumiyyətlə, avronun ucuzlaşması Azərbaycana iki istiqamətdə təsir edə bilər. Birincisi, avrozonadan gələn məhsulların ucuzlaşması baş verir.  Çünki oradan gələn məhsullar avro ilə alınır. Burada ilk növbədə avtomobil sektoru gəlir. İkinci təsir isə Azərbaycanın avro ilə götürdüyü kreditlər və Dövlət Neft Fondunun sözügedən valyuta ilə yatırımları istiqamətindədir. Bu mənada, avronun ucuzlaşması həmin valyuta ilə götürülmüş kreditlərə təsir edir. Yəni onların qaytarılması üçün çəkilən xərc azalır. Qeyd edək ki, xüsusən də TAP-TANAP layihələrinin tikintisi üçün kreditlər avro ilə götürülüb. Indi onların qaytarılmasına daha az vəsait sərf ediləcək. Amma eyni zamanda Neft Fondunun büdcəsinin 35%-ni avro təşkil edir ki, ucuzlaşma ona da təsir edəcək. Beləliklə də, avronun məzənnəsinin düşməsi Neft Fondunun məzənnə itkilərinə səbəb ola bilər. Amma nəzərə almaq lazımdır ki, avro ilə müqayisədə dolların məzənnəsində artımlar var və Azərbaycanın dövlət rezervləri valyuta səbəti formasında saxlandığından, ümumi rezervlərin məbləğındə ciddi azalma müşahidə olunmayacaq. Avronun məzənnəsinin aşağı düşməsi, həmçinin, Azərbaycan iş adamlarının Avropa Birliyinə ixrac imkanlarını müəyyən qədər məhdudlaşdırır. Bu proses Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının Avropa Birliyində daha baha olmasına gətirib çıxarır. Bu mənada, avronun ucuzlaşmasının həm xeyirli, həm də təhlükəli tərəfləri var.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ