Bazar günü günü, 16 avqust 2026
     

ABŞ dolları üçün əfqan problemi baş qaldırır…

Image


Əfqanıstanda baş verən terror aktları fonunda yenidən bu ölkə dünyanın xüsusi diqqət mərkəzində yer alıb. Hadisə 100-dən çox adamın ölümünə səbəb olub. Kabil hava limanında baş verən partlayışların qurbanlarının 90 nəfəri əfqan, 13-ü Amerika hərbçiləridir.

Xatırladaq ki, Kabil hava limanının yaxınlığında iki intihar hücumu baş verib. Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı hadisəni qətiyyətlə pisləyib və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib. ABŞ Müdafiə Nazirliyi Kabildə törədilmiş terror aktları ilə bağlı bəyanatında partlayışların təşkil edilməsində “İraq Şam İslam Dövləti”ni (İŞİD) günahlandırıb. Bu fonda ABŞ Silahlı Qüvvələri mərkəzi komandanlığının rəhbəri general Frenk Makkenzi bildirib ki, Amerikanın hərbi rəhbərliyi İŞİD tərəfindən Kabildə törədilə biləcək yeni hücumlara hazırlıq vəziyyətindədir: “Hazır olmaq üçün bizdən asılı olan hər şeyi edirik”. Onun sözlərinə görə, Birləşmiş Ştatlar İŞİD-in terror aktlarına hazırlaşması barədə kəşfiyyat məlumatlarını Kabil aeroportunu mühafizə edən taliblərlə paylaşır və o hesab edir ki, bir neçə hücumun qarşısı alınıb. Kabil aeroportunda terror aktlarının məsuliyyətini isə artıq İŞİD üzərinə götürüb. Terrorçular partlayışların hədəfinin tərcüməçilər və Amerika ordusunun əməkdaşları hesab etdikləri ABŞ-a işləyən əfqanlar olduğunu bildiriblər. İndi gözlənir ki, ABŞ Əfqanıstanda İŞİD-ə qarşı yeni əməliyyata başlasın. Bunun isə maraqlı tərəflərindən biri proseslərin ABŞ iqtisadiyyatı və dollara necə təsir edəcəyidir. İndi iddialar səslənir ki, dolları bu halda "əfqan faktoruna" görə növbəti uğursuzluq gözləyir. Əvvəllər dollar üçün narahatedici proqnoz ABŞ iqtisadiyyatının qeyri-sabitliyinə əsaslanırdı. Belə ki, ABŞ dövlət borcunun artması və trilyonlarla pulun tədavülə buraxılması nəticəsində inflyasiyanın sürətlənməsi təhdid hesab edilirdi. Amma indi fikirlər səslənir ki, taliblər dünyanın dollarsızlaşma prosesini sürətləndirə bilər. Rusiyanın “RİA Novosti” portalı bu xüsusda yazır: “Amerika pul vahidinin gələcək taleyi “Goldman Sachs Asset Management”in keçmiş sədri və Böyük Britaniyanın eks-maliyyə naziri Cim Onilli narahat edib. O belə hesab edir ki, bu valyuta artıq liderliyini əldən verib, dünya valyutası statusu isə sual altındadır. Amerika qoşunlarının Əfqanıstandan tələm-tələsik çıxarılması isə  vəziyyəti bir az da qəlizləşdirib.

1975-ci ildə ABŞ Vyetnamdan çıxanda da dollar ciddi sarsıntı keçirmişdi. Ancaq Yaponiya, Almaniya və Çin məzənnənin daha çox dalğalanmasının qarşısını almaq üçün əllərindən gələni etdilər. Məsələn, Pekin yuanın həm daxili, həm də beynəlxalq maliyyə bazarlarında iştirakını genişləndirməkdən imtina etdi. Amma indi oyunun qaydaları dəyişib. İqtisadi artımın drayveri istiqamətini Asiyaya tərəf dəyişib. Burada isə Çin Xalq Respublikası hakimdir. Ötən əsrin ortalarına kimi çinlilər dünya ÜDM-də paylarını dörd dəfə, təxminən 20 faiz artırıblar. ABŞ-ın payı isə 24 faizdir. Beynəlxalq Valyuta Fondu (BVF) istənilən valyutaya dəyişdirilə bilən "SDR zənbilini" (Xüsusi Borcalma Hüququ) yenidən nəzərdən keçirir. Əgər yuan mövqeyini gücləndirərsə, dünya maliyyə sistemi dəyişəcək. Avropa Mərkəzi Bankının məlumatlarına görə, Amerika valyutasının dünya rezervindəki payı 2018-ci ildə 61,7 faizə, yəni son 20 ildəki minimum səviyyəyə düşüb. Ötən il isə 60 faizə qədər geriləyib ki, bu da 1995-ci ildən bu yana ilk dəfə baş verir. Bu işdə ABŞ-ın pul siyasəti ilə məşğul olan dövlət qurumlarının da əli var. Onlar pandemiyanın qızğın vaxtında pul çap eləyən maşınları var gücü ilə işlətməyə başladılar. İqtisadiyyata trilyonlarla pul tökdülər ki, nəticədə də inflyasiya son 13 ildə maksimum 5,4 faizə yüksəldi. İndi dolların dinamikasını belə təsvir etmək olar: bir addım irəli, iki addım geri. Odur ki, müntəzəm şəkildə narahatedici proqnozlar gəlir. Və Kabildən yöndəmsiz təxliyə prosesi ümumi mənzərədə yalnız növbəti ştrix idi. Ancaq ekspertlərin əksəriyyəti belə hesab edir ki, Əfqanıstanda baş verənlər iqtisadiyyata birbaşa risq yaratmır. Çünki bu ölkənin dünya iqtisadiyyatına təsiri çox cüzidir. Rəqibləri isə Amerika valyutasını ciddi şəkildə sıxışdırmağa qadir deyil. Rusiya Xalqlar Dostluğu Universitetinin İqtisadiyyat fakültəsinin dosenti Vladimir Qriqoryev qeyd edir: "Yaponiya həm iqtisadi, həm də hərbi-siyasi mənada ABŞ-ın əlaltısıdır. Müstəqil şəkildə heç bir qərar verməyəcək. Hətta ABŞ-la münasibətləri pisləşən Çin belə, əvvəlki kimi Amerika bazarından asılı vəziyyətdədir. Pekin bu vəziyyəti kəskinləşdirməyəcək". Onun sözlərinə görə, dollar hərbi-siyasi güc, texnoloji liderlik və maliyyə manipulyasiyaları hesabına ayaqda qalacaq. Ən əsas problemlərdən biri pul kütləsinin artmasıdır. Ancaq ABŞ-ın Federal Ehtiyatlar Sistemində bütün təsir alətləri mövcuddur. Tənzimləyici qurum ilin sonuna kimi sərt pul siyasətinə keçə bilər: əsas faiz dərəcəsini qaldıraraq milli valyutanı gücləndirər. Artıq bu öz təsdiqini tapıb: avqustun 18-də Federal Ehtiyatlar Sistemi komitə iclasının protokolunu dərc edib. İnvestorlar bu sənəddə istədiklərini tapıblar: çap maşınını dayandıracaqlar. Maliyyə bazarı bunun noyabrda baş tutacağına ümid edir”.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ