çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Azərbaycan itisadiyyatı üçün mühüm addım - xarici borcları daxili borclar əvəzləyir

Image


Bu gün bir çox dünya ölkələri üçün ciddi təhdid mənbəyinə çevrilən məqamlardan biri də xarici borclarla bağlıdır. Bu hal böyük iqtisadiyyata malik ölkələrdə, məsələn ABŞ-da, Avropa ölkələrində, Çində və digərlərində özünü daha qabarıq büruzə verir. MDB məkanında da bəzi ölkələrin vəziyyəti yaxşı deyil. Burada əksər ölkələrin xarici borcu ümumi daxili məhsulun 50 faizini keçib. Ermənistanda hətta bu göstərici 70 faizə yaxınlaşır.

Azərbaycana gəlincə, ölkəmizdə vəziyyət fərqlidir. Azərbaycan xarici borc həcmini sürətlə azaldır. Bunun əvəzində isə daxili borclanmanı artırmaq əsas hədəf kimi qəbul edilib və bu da iqtisadiyyatın, maliyyə sektorunun inkişafı üçün vacib hesab olunur. Qeyd edildiyi kimi, əvəzində dövlətin birbaşa özünün götürdüyü xarici borc azaldılır. Məlumat üçün qeyd edək ki, bu il iyulun 1-nə beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanan kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 839 milyon dollar təşkil edib. Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2021-ci il üzrə ümumi daxili məhsulun (ÜDM) 16.6 faizinə bərabərdir. Nazirliyin açıqlamasına görə, altı ay öncə, ilin əvvəlinə beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanan kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 milyard 100.4 milyon dollar olub. 6 ay ərzində bu məbləğ 261,4 milyon dollar azaldılıb. Dövlət müəssisələrinin cəlb etdiyi xarici borclara verilən dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 764.4 milyon dollar təşkil edir. Ümumilikdə xarici dövlət borcu 8 milyard 603 milyon dollar və ya 14 milyard 625.7 milyon manat təşkil edir.  Xarici borc azaldığı şəraitdə ilin əvvəlindən daxili borc artıb. Ekspertlər bunu məqbul hesab edir. Beləliklə, dövlət xarici borclanmanı daxili borclanma ilə əvəz etməkdə maraqlıdır, odur ki, "Bakı Fond Birjası"nda yerləşdirilən dövlət qiymətli kağızlarının, yəni Maliyyə Nazirliyinin istiqrazlarının və Azərbaycan Mərkəzi Bankının notlarının xüsusi çəkisi artıb.

Qeyd edək ki, ötən il Azərbaycan dövləti daxili borclanmanın həcmini 37,2 faiz artırıb. 2019-cu ildə 1,415 milyard manat olan daxili borcun həcmi 2020-ci ilin sonunda 1,942 milyard manata yüksəlib. Borc məbləğinin 88,2 faizini dövlət istiqrazları, 11,1 faizini daxili dövlət borcu sayılan şərti öhdəliklər, qalan hissəsini 1992-1996-cı illərdə dövlət büdcəsi kəsirinin örtülməsi üçün Mərkəzi Bankdan alınan borc təşkil edib. Ötən il ərzində dövlət istiqrazları üzrə borcun məbləği 36,4 faiz və ya 456,7 milyon manat həcmində artıb. Bu ilin əvvəli ilə müqayisədə iyulun 1-ə daxili dövlət borcunun səviyyəsi daha 784 milyon manat məbləğində artıb. Bunun da əsas səbəbi dövlət qiymətli kağızlar bazarının inkişafının, dolayısı ilə maliyyə-bank sektorunun dəstəklənməsi, dövlət borcu üzrə qısa və orta müddətli gəlirlilik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi olub. Bu siyasət çərçivəsində dövlət istiqrazlarının emissiyasının xalis artım həcminin cari ildə 1,3 milyard manata çatdırılması nəzərdə tutulub. Xatırladaq ki, "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədinə əsasən hökumət daxili borclanmanı artıracaq. Onu da qeyd edək ki,  2021-ci ilin büdcəsi 3,7 milyard manat kəsirlə proqnozlaşdırılıb. Onun çox hissəsi məhz daxili borclanma hesabına maliyyələşdiriləcək. Ekspertlər qeyd edir ki, Azərbaycan iqtisadiyyatı və mövcud borc yükü daxildən daha çox borc cəlb edilməsinə imkan verir. Bundan başqa, borcu artırmaq hüquqi və fiziki şəxslərin yığım imkanından da asılıdır. Aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda passiv yığım kifayət qədər böyükdür. Bunun səbəbi əhalinin banklarda vəsait saxlamağa ehtiyatla yanaşmasıdır. Mövcud vəziyyətdə müxtəlif sosial qruplar arasında passiv yığımlar artır. Hətta bankların özündə izafi likvidlik var. Belə şərtlər daxilində həmin vəsaitləri dövlət zəmanəti verilən istiqrazlarla iqtisadiyyata cəlb etmək olar. Elə dövlət də məhz bunda maraqlıdır. Dövlətin daxildən borc cəlb etmək üçün emissiya etdiyi istiqrazları fiziki şəxslər də ala bilər. Xatırladaq ki, dövlət istiqraz vərəqlərini fiziki şəxslərin də almasına hər hansı məhdudiyyət tətbiq etmir. Amma qiymətli kağızlar bazarının strukturunun zəif inkişaf etməsi və bazarda fiziki şəxslərin iştirakçının zəif olması səbəbindən dövlət istiqrazlarını adətən maliyyə institutları, banklar və sığorta şirkətləri alır. Bu fonda hökumətin  qiymətli kağızlar bazarını inkişaf etdirməsi olduqca mühümdür. Onu da qeyd edək ki, hazırda ÜDM-in 70 faizi həcmində strateji valyuta ehtiyatı formalaşıb ki, bu göstəriciyə görə Azərbaycan dünyada ilk 15 ölkə sırasındadır. Azərbaycan strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə (122 faiz) görə isə dünyada ilk sırada yer alır. Amma buna rəğmən, ölkə xaricdən borc almanı azaldır, daxili borclanmanı artırır.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ