çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Köhnə avtomobillərin xüsusi çəkisi təhlükəli şəkildə artır, səbəb...

Image


Son illərdə Azərbaycanda istismar müddətini başa vurmuş köhnə avtomobillərin sayının sürətlə artması müşahidə edilir. Belə avtomobillər daha təhlükəli olmaqla yanaşı, həm də ekoloji cəhətdən ciddi təhdid mənbəyi hesab edilir.

İndilikdə isə Azərbaycan avtomobil parkında yaşı 5 ilə qədər olan avtomobillərin sayının ardıcıl azalması müşahidə edilir. Cəmi 7 il öncə, yəni 2014-ci ildə ölkədəki hər 100 avtomobildən 17-si yaşı 5 ilədək olan avtomobillər idi. Statistika Komitəsinin sonuncu məlumatına görə, 2020-ci ilin əvvəlində bu göstərici cəmi 4-ə bərabər olub. Yəni altı il ərzində yeni avtomobillərin ölkədəki bütün avtomobillər arasındakı xüsusi çəkisi dörd dəfədən çox azalıb. Əvəzində, istismar müddəti 10 ildən çox olan avtomobillərin ölkənin avtoparkında payı ardıcıl artmaqdadır. Artıq ölkədəki hər 100 avtomobildən 77-nin istismar müddəti 10 ildən çoxdur. 2014-cü ildə bu göstərici cəmi 62 faizə bərabər idi.

Hətta dövlət qurumları da ölkədə avtomobil parkının yaşının artması ilə bağlı narahatlıqlarını dilə gətirirlər. Axı, istismar müddəti çox olan avtomobillərin istifadəsi ekologiyaya daha çox zərər vurur. Hesablamalara görə, Azərbaycanda atmosferə atılan çirkləndirici maddələrin 80 faizindən çoxuna məhz avtomobillər səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bir müddət əvvəl Azərbaycandakı avtomobillərin buraxılış illəri ilə bağlı statistikanın ürəkaçan olmadığını açıqlamışdı. Açıqlamada diqqət çəkən daha bir məqam son illərdə ölkədə sayı artan hibrid avtomobillərlə bağlı idi: “Minlərlə hibrid avtomobil idxal olunub. Onların sayı bizi sevindirsə də, yaşı və köhnəliyi sevindirmir. Gömrük rəsmiləşdirilməsi zamanı onların hər birinin təxminən 5 min dollar qiyməti var. Bu onu göstərir ki, onların 10 və daha yuxarı yaşı var. Bu da onu göstərir ki, Azərbaycanın avtomobil parkı köhnədir və onun yenilənməsi üçün işlər görülməlidir”. Gömrük statistikasında da artıq hibrid avtomobillərin ölkəyə gətirilən avtomobillərin ciddi bir hissəsini təşkil etdiyi görünür. Rəsmi rəqəmlərə görə, 2021-ci ilin ilk altı ayı ərzində ölkəyə ümumilikdə 36 min 741 ədəd minik avtomobil gətirilib. Həmin avtomobillərin 4 min 878 ədədini (13.2%) məhz daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərrikilə də hərəkətə gətirilən nəqliyyat vasitələri təşkil edib. Köhnə avtomobillərin sayının artması avtomobil ehtiyat hissələrinə xərclərin həcminə də təsirsiz ötüşmür. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 2015-2020-ci illər ərzində ölkədə həmin xərclərin həcmi 70 milyon manatdan 400 milyon manatadək yüksəlib.

Ekspertlər bildirir ki, bu baxımdan Azərbaycanda ömrünü başa vurmuş köhnə avtomobillərin yeniləri ilə əvəz edilməsi üçün hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq əhəmiyyətli rol oynaya bilər. Ölkəyə idxal olunan hibrid avtomobillər üzərindən aksiz götürülsə, gömrük rüsumu ödənişi və əlavə dəyər vergisi azaldılsa, bu avtomobillərin qiyməti ən azı 40 faiz ucuzlaşar. Düzdür, elektrik avtomobilləri ilə bağlı ciddi gömrük güzəştləri var. Hazırda elektromobillərə aksiz vergisi və əlavə dəyər vergisi tətbiq olunmur, amma 15 faizlik gömrük rüsumu tətbiq olunur. Hibrid avtomobillərə də eyni qaydanın tətbiqi vacib hesab olunur. Qeyd edək ki, ekoloji baxımdan da hibrid və elektrik avtomobillər daha faydalıdır. Çünki köhnə avtomobillər ekologiyanı daha çox çirkləndirir. Bu arada qeyd edək ki, “Yol hərəkəti təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramı”nda köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icrası nəzərdə tutulub. Utilizasiya proqramı işə düşdükdən sonra artıq  avtomobil parkının yenilənməsi istiqamətində nəzərəçarpacaq nailiyyətlər əldə  edilə bilər. Lakin prosesin nə zaman həyata keçiriləcəyindən hələ bir xəbər yoxdur.

Dünya təcrübəsində ən çox istifadə edilən variantlardan biri odur ki, köhnə avtomobili əlindən alınan şəxsə onun əvəzində ödəniş edilir. Ödəniş avtomobilin bazar qiymətinə uyğun həyata keçirilir. Əgər avtomobilin qiyməti baha olursa, o zaman dövlət tərəfindən şəxsə yeni avtomobil təqdim edilir. Azərbaycanda da bundan istifadə mümkündür. İstənilən halda, avtomobil parkında yeni maşınların sayı artmalıdır. Çünki köhnə avtomobil həm ətraf mühiti çirkləndirir, həm də nəqliyyat qəzası zamanı ölüm risqi çoxalır. 

Daha bir təhlükəli məsələ ölkəyə gətirilən dizellə işləyən avtomobillərdir. Son illər Avropa ölkələrində, sağlamlığa ciddi zərər vurduğu əsas gətirilərək, dizel yanacağı ilə işləyən avtomobillərin istifadəsi ilə bağlı şərtlər ağırlaşdırılır. Bu da Avropa ölkələrində dizellə işləyən köhnə avtomobillərin qiymətinin kəskin düşməsinə gətirib. Avropada təbiət düşməni olaraq görülən bu avtobillər Azərbaycanın da bazarına sürətlə gəlməyə başlayıb. Hesab edilir ki, bu istiqamətdə də müvafiq qabaqlayıcı tədbirlər görülməlidir. Bu halda dövlət ekoloji cəhətdən təmiz və qənaətcil avtomobil idxalını stimullaşdırsa, heç kim dizellə çalışan avtomobil almaz.

Tahir TAĞIYEV

 

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ