çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Qeyri-neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilir...

Image


Aparılan hesablamalar göstərir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 47 milyard 262,3 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 % azalıb, qeyri-neft-qaz sektorunda isə 5,3 % artıb.

Bundan başqa, büdcə gəlirlərinin formalaşmasında da qeyri-neft-qaz sektoru həlledici rol oynamağa başlayıb. Belə ki, cari ilin 7 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 813,2 milyon manat olub, proqnoza 119,7 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 628,1 milyon manat daxil olub. Ümumilikdə, ödənilən vergilərin 72,3 faizi qeyri-neft-qaz sektorunun, 27,7 faizi isə neft-qaz sektorunun payına düşüb. İxracda da qeyri-neft-qaz sektorunun payının artması müşahidə edilir. Düzdür, burada əsas rol hələ də neft-qaz sektoruna məxsusdur. Lakin artım dinamikası baxımından qeyri-neft-qaz sektoru ön planda yer almağa başlayır. 2021-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın ixracı 11,4 milyard dollar, qeyri-neft sektoru üzrə 1,4 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 milyon dollar və ya 30,5 % artıb. Belıliklə, ixracda qeyri-neft-qaz sektorunda artım dinamikası daha yüksək olub. Millət vəkili Vüqar Bayramov bildirir ki, qeyri-neft sektorunun ölkənin 3 əsas makroiqtisadi göstəricisində (ümumi daxili məhsul, dövlət büdcəsinin gəlirlərinin formalaşması və ixracat) payının artırılması prioritetdir. Artıq iki istiqamət üzrə ümumi daxili məhsul və dövlət büdcəsinin gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payının artması müşahidə olunur. ÜDM-in 70 faizinə yaxını qeyri-neft sektorunun payına düşür. Dövlət gəlirlərinin 46 faizi qeyri-neft sektorunun payına düşür və 2015-ci illə müqayisədə bu, 2 dəfəyə yaxın artım deməkdir. Deputat qeyd edib ki, ixracatda qeyri-neft sektorunun payının artırılması əsas hədəflərdən biridir: “Çünki bu, ölkəyə daxil olan valyutanın şaxələndirilməsinə imkan verəcək. Azərbaycan neft ölkəsidir və eyni zamanda, bu ildən etibarən daha çox mavi qaz ixrac edəcək. O baxımdan hələlik gözlənilən ondan ibarətdir ki, neft və qaz sektoru Azərbaycanın ümumi ixracatında əsas məhsul olacaq. Amma təbii ki, qeyri-neft sektorunun inkişafı fonunda qeyri-neft ixracatının artırılması vacibdir". O bildirib ki, 2015-ci illə müqayisədə 2019-cu ildə Azərbaycanın qeyri-neft ixracatı təxminən 2 dəfəyə yaxın artıb. 2021-ci ilin 6 ayın yekunları göstərir ki, Azərbaycanın qeyri-neft ixracatı rekord səviyyədə artıb: “Amma bu proses mərhələli olacaq. Çünki bütün hallarda Azərbaycan uzunmüddətli dövrdə enerji istehsal və ixrac edən ölkədir. Qeyri-neft sektorunun ixracatda payının artırılması mərhələli şəkildə həyata keçirilir. İslahatlarda da əsas hədəf odur ki, daha qısa zamanda qeyri-neft sektorunun ixracatda payı artırılsın. İlkin hədəf odur ki, ixracatın həcmində artımlar olmaqla, yaxın illərdə ümumi ixracatın üçdəbirinin qeyri-neft sektorunun hesabına formalaşmasına nail olunsun. Növbəti illər üçün həyata keçirilən islahatlar bu hədəfin reallaşmasına imkan verəcək. Digər ölkələrin təcrübəsi göstərir ki, qeyri-neft sektorunun ümumi ixracatda payının artırılması mərhələli prosesdir. İslahatlar davam etdikcə qeyri-neft sektorunun ümumi ixracatda payının artmasını müşahidə edəcəyik". Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə “sputnik” portalına bildirib ki, Azərbaycan ixracatında neft və qaz məhsullarının 90 faizə yaxın paya malik olması təəccüblü deyil: “İxracatda struktur və keyfiyyət dəyişikliyinə nail olmaq asan məsələ deyil. Yüksək texnoloji tutumlu ixracatın xüsusi çəkisinin artımı üçün ilk növbədə ölkə daxilində istehsal proseslərinin artımına yönəlmiş investisiya siyasətinə ehtiyac var. Bunun üçün adekvat pul-kredit siyasəti olmalıdır. Eyni zamanda, əsas qeyri-neft və xüsusilə qeyri-xammal sektoru üzrə ticarət tərəfdaşları ilə texnoloji korporasiyaya, iqtisadi inteqrasiyaya getmək lazımdır. Bununla yanaşı, əsas ixrac bazarlarında effektiv iş aparılmalıdır. Bütün bunlar olmadan qeyri-neft sektoru üzrə ixracatın xeyli dərəcədə artırılmasına nail olmaq mümkün deyil. İlk növbədə innovasiya tutumlu investisiyalar artmalı, digər tərəfdən texnoloji korporasiya və regional iqtisadi inteqrasiya sürətlə inkişaf etməlidir". İstənilən halda isə, qeyri-neft-qaz sektorunun xüsusi çəkisinin bundan sonra da iqtisadiyyatda artımı davm edəcək. Özü də ixracda qeyri-neft-qaz sektoru bazarı geniş coğrafiyanı əhatə edir. Cari ilin yanvar-iyul aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb. Lakin Azərbaycan qeyri-neft-qaz sektoruna aid məhsullar ixrac etdiyi ölkələrin siyahısını daha da genişləndirməyi düşünür. Bu fonda beynəlxalq maliyyə təşkilatları və reytinq agentlikləri yaxın gələcəkdə Azərbaycanın iqtisadi inkişafı ilə bağlı kifayət qədər müsbət proqnozlar verir. Bu halda Beynəlxalq Valyuta Fondu 2021-ci ildə ölkəmizin ÜDM artımının 2,3%-dən çox olacağını, Dünya Bankı 2,8%, “Moody's” 3,5%, “Fitch Ratings” 2,5%, “S&P Global Ratings” 2,1% həcmdə olacağını hesab edir.

Ramil QULİYEV

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ