Cümə axşamı günü, 01 oktyabr 2026
     

Sığorta bazarı tənəzzülə doğru gedir

Image


Ölkənin sığorta bazarının təhlili burada hələ də inkişafın lazımı həddə olmadığını üzə çıxarır. Eyni zamanda belə bəlli olur ki, bir-biri ilə müqayisədə də sığorta şirkətlərinin səmərəlilik fəaliyyəti əhəmiyyətli dərəcədə fərqlənir.

Məlumat üçün qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanmış 452,366 milyon manat sığorta haqqının 358,058 milyon manatı və yaxud 79,2%-i 5 sığorta şirkətinin payına düşüb. Həmin şirkətlər "PAŞA Həyat Sığorta",  "PAŞA Sığorta"  ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”), “Qala Sığorta” və “Atəşgah Həyat Sığorta” ASC-lərdir. 6 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta”, eləcə də "Naxçıvan Sığorta", “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Bakı Sığorta” və “Xalq Həyat Sığorta” ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 7,843 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1,7%-i deməkdir. Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 86,465 milyon manat və ya 19,1% təşkil edib. Ekspertlər qeyd edir ki, sığorta bazarı Azərbaycanda ən perspektivli və ən çox ehtiyac hiss edilən bazarlardan biridir. Hətta bank bazarında bu daha vacibdir. Amma bu və ya digər səbəblərdən sığorta bazarı ölkəmizdə çox az inkişaf edib. Onun maliyyə həcmi də bank bazarından xeyli azdır. Halbuki, dünya ölkələrində sığorta bazarı hədsiz genişdir. Bəzi hallarda sığorta şirkətləri bank belə təsis edirlər. Azərbaycanda isə tərsinədir, banklar sığorta şirkəti təsis edir. Bunun ümdə səbəblərindən biri sığorta şirkətlərinin hələ də effektiv fəaliyyət qura bilməməsidir. Dünya praktikasına nəzər saldıqda görünür ki, müxtəlif sahələrdə risqləri minimuma endirmək üçün sığortanın inkişafı həm iqtisadi, həm də sosial əhəmiyyətə malikdir. Bununla belə, ölkəmizdə əhali əsasən icbari sığorta əməliyyatlarının iştirakçısı olur. Amma insanların könüllü sığorta növlərində iştirak etməsi vacibdir. Bunu əngəlləyən səbəb isə hələ də sığorta bazarına inamın olmamasıdır. Elə bu səbəbdn sığorta bazarını ayaqda saxlayan yalnız icbari sığortadır. Hazırda ölkədəki bütün sığorta şirkətləri icbari sığorta bazarının iştirakçısıdır. Onlar isə əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına maraq göstərir, "Avtomobillərin icbari sığortası" kimi tanınan bu sığorta növünün hesabına sığorta haqqı toplamağa çalışır. Halbuki, bu sahədə zərərlilik kifayət qədər yüksəkdir və getdikcə artır. Belə ki, bu ilin ilk yarısında avtomobillərin icbari sığortasından toplanmış hər 100 manat sığorta haqqının 69 manatı ödənişə yönəldilib. Halbuki, kasko sığortası kimi tanınan avtomobillərin könüllü sığortasında zərərlilik hər 100 manata 40 manatdır. Sığorta bazarı eksperti Əli Bayramov bildirir ki, sığorta şirkətləri işini düzgün qurmayıb, odur ki, avtomobillərin icbari sığortasında zərərlilik çoxdur: "Bir avtomobil sahibindən yığılan icbari sığorta haqqının orta məbləği 100 manatdır. Bunun isə 45-55 manatı ödənişə gedir. Həmçinin, bu sığorta növü üzrə sığorta şirkətlərinin inzibati xərcləri də kifayət qədər yüksəkdir. Onlar işlərini effektsiz qurduğuna görə sığorta şəhadətnaməsinə çəkilən xərc kifayət qədər yüksəkdir. Bu da hardasa 25-30 manat, yaxud 25-30% civarındadır. Həmçinin hər sığorta şəhadətnaməsinin haqqının 5%-i dövlətə ödənilir. Bu da sığorta şirkətləri üçün xərcdir. Nəhayət, sonuncu sığorta vasitəçilərinə ödənilən komissiya haqlarını göstərə bilərik. Qanunlarımız deyir ki, bu icbari sığorta növü üzrə 15%-dən artıq komissiya haqqı vermək olmaz. Buna baxmayaraq, sığorta şirkətləri sanki bir-birilə yarışa girir. Nəticədə komissiyanın həddi hətta çox hallarda 40%-ə çatır. Bütün bu rəqəmləri toplayanda görürük ki, xərc-gəlir nisbəti 100%-i keçir. Bəzən sığorta şirkətləri çalışır ki, komissiyaların məbləğini azaltsınlar. Görünən odur ki, həmrəylik, birlik yoxdur. Onlar iclasda razılıq əldə edib çıxırlar, amma sonra hərə öz bildiyini edir”.

Ekspert “report” portalına açıqlamasında qeyd edib ki, könüllü sığortanın inkişafına dəstək vermək lazımdır: “Bütün ölkələrdə sığorta bazarının meyarı könüllü sığortaların həcmi ilə ölçülür. Yəni əgər biz Azərbaycanda bazarın genişlənməsini, böyüməsini, inkişaf etməsini istəyiriksə, könüllü sığorta növlərinə daha çox fokuslanmalıyıq. Belə fokus yoxdur. Görünən odur ki, sığorta şirkətləri özlərinə əziyyət vermək istəmir, elə primitiv sığortaçılıqla məşğul olmaq niyyətindədirlər. Bəzi şirkətlər üçün icbari sığorta haqlarından yığılan pullar şirkətin nağd pul dövriyyəsinə dəstək verir. Yəni Azərbaycan sığortaçıları o qədər bərbad vəziyyətdədir ki, icbari sığortasız məhv olar. Bunun qabağını almaq lazımdır. Könüllü sığorta növlərinin ümumiyyətlə inkişaf etməməsi sığorta bazarı iştirakçılarının qeyri-peşəkarlığı, dayaz savadlılıqla, eyni zamanda ölkəmizdə sığortaya olan etibarsızlıqla bağlıdır. Bunu isə sığorta şirkətləri özləri yaradıblar və təbii ki, bir kütlə də var ki, ümumiyyətlə sığortanı anlamır. Deməli, orada da maarifləndirmə işləri aparmalıyıq".

Onun fikrincə, bazara yeni könüllü sığorta məhsulları buraxılmalıdır: "Zaman keçdikcə yeni-yeni risqlər meydana çıxır. Məsələn, 80-90-cı illərdə kiber risqlər absurd sayıla bilərdisə, hazırda kiber risqlər dünyanı məhv eləməklə məşğuldur. Amma bizdə kiber risqləri sığortalayan bir sığorta şirkəti varmı? Yoxdur. Bu gün bahalı avtomobili könüllü sığortalamaq üçün müraciət etsək, ya "yox" cavabı alacağıq, ya da çox böyük vaxt lazım olacaq. Bu da bizim bazarın peşəkar deyil, həvəskar olmasından irəli gəlir. Hesab edirəm ki, sığorta bazarı olmadan iqtisadiyyatı təsəvvür etmək mümkün deyil. Bu baxımdan hesab edirəm ki, İqtisadiyyat Nazirliyi bir təşəbbüskar olaraq Azərbaycanda könüllü sığorta bazarının böyüməsi üçün yanaşmalar tətbiq etməlidir. Əminliklə deyə bilərəm ki, könüllü sığorta bazarının böyüməsinə imkan var. Agentlik bazarını püxtələşdirmək lazımdır. Çünki agent sığorta məhsullarını insanlara satanlardır. Bir agent olmadan, satıcı olmadan, biz bu vaqonu yerindən tərpədə bilmərik”. Belə hesab edilir ki, ölkədə həm də ikiqat sığorta sistemini inkişaf etdirmək, eyni zamanda sığortaçıların özlərini də sığortalamaq lazımdır. Bundan başqa, vətəndaşlar könüllü sığorta prosesinin iştirakçısı olmaq istəmirlər. Bu da könüllü sığortanın faydalarının lazımınca təbliğ olunmamasından irəli gəlir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ